Kamil Seyidov təbliğata ulu öndər Heydər Əliyevin Saatlıdakı abidəsini ziyarətlə başladı

O, daha sonra rayondakı Şəhidlər Xiyabanına və Cümə Məscidinə baş çəkmişdir 62 saylı Saatlı seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri, siyasət elmləri üzrə fəlsəfə doktoru Kamil Seyidov təbliğatın ilk günündə Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, dahi şəxsiyyətin […]

“Bakcell” yeni “099” prefiksini istifadəyə verib

Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti yeni “099” (və ya beynəlxalq yığım qaydası +99499 olan) mobil prefiksini kommersiya istifadəsinə verib. Nömrələrin satışı bu gündən etibarən həyata keçiriləcək. Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, yeni “099” prefiksi sayəsində istifadəçilər geniş çeşidli yeni nömrələrdən seçim imkanı əldə edəcəklər. İlkin mərhələdə “Bakcell” abunəçilərinə “099”la başlayan və uşaqların […]

MSK-dan şübhəli qərar: Zahir Əzəmətin hüquqları növbəti dəfə pozuldu

Bu bir daha onu göstərir ki, bu MSK və DSK-larla, köhnə komandanın formalaşdırdığı bu köhnə tərkiblə nə seçki, nə də islahat aparmaq olar”. Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) 45 saylı Abşeron Seçki Dairə Komissiyasının növbədənkənar parlament seçkiləri üçün namizədliyini qeydə almaqdan imtina etdiyi tanınmış yazar, Qaynarinfo.az-ın baş redaktoru Zahir Əzəmətin şikayətinə baxıb. Bu barədə […]

Cənnət Səlimova “Şərəf” ordeni ilə təltif edildi

Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Cənnət Əlibəy qızı Səlimova “Şərəf” ordeni ilə təltif edilib. APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

İstirahət günlərinin HAVASI

İstirahət günlərinin hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Cümhuriyyət”ə verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava əsasən yağmursuz olacaq. Lakin yanvarın 18-də axşam, 19-da yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti olacaq. […]

Bakıda 71 yaşlı qadın dəm qazından ölüb

Bakıda evdə meyit tapılıb. APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Belə ki, Yasamal rayon sakini, 1949-cu il təvəllüdlü Əliyeva Fatmaxanım İsgəndər qızının meyiti yaşadığı evin hamamında tapılıb. Meyitin ilkin müayinəsi zamanı onun dəm qazından öldüyü məlum olub. Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

“Sovetski” ərazisində söküntü işləri dayandırılıb

“Sovetski” ərazisində söküntü işləri dayandırılıb. Bu barədə “Report”a həmin ərazidə yaşayan sakinlər məlumat verib. Bildirilib ki, sakinlər Yasamal Rayon İcra Hakimiyyətinə görüşə dəvət edilib. Qeyd edək ki, bu gün “Sovetski” ərazisində 24 ailənin yaşadığı evlərin söküntü işlərinə başlanılmışdı.

“Depressiyanın intiharla birbaşa əlaqəsi var” – Direktor

“Kardioloji xəstələrin 30 faizində depressiv hallar müşahidə edə bilərik”. “Report” xəbər verir ki, bunu Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov “Kardiologiya və psixiatriya: kardioloji pasiyentlərdə psixi pozuntuların profilaktikası” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, ilkin şikayətlər depressiya ilə bağlı olmur: ‘”Onlar ürəkdə ağrı ilə bağlı müraciət edirlər və bu depressiv xəstələrə xasdır. […]

DYP-nin iki şöbə rəisinə yeni vəzifə verilib

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. “Report” xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev vəzifəsindən azad edilib. Nazirin digər əmri ilə o, Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin olunub. BDYPİ-nin Yol Patrul Xidməti Şöbəsinin rəisi Kamran Əliyev isə […]

Seçkilərlə əlaqədar 81 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib

Azərbaycanda fevralın 9-na təyin edilən Milli Məclisə seçkilərlə əlaqədar 81 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. “Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. MSK sədri bildirib ki, hazırda bu proses davam edir.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031