Bakıda seçicilərin əleyhinə reklam kağızları yapışdıran şəxs cəzalandırılıb

“Özünü Həqiqət Sosialist Hərəkatın üzvü kimi təqdim edən Ənvər Cəlilov Xətai rayonu ərazisində qanunverciliyin tələblərini pozduğuna görə saxlanılıb”. Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, yanvarın 30-da rayon ərazisində yerləşən məktəblərin birinin qarşısında seçki lövhəsinə seçicilərin əleyhinə olan reklam kağızları yapışdırmaqla ictimai qaydanı pozması müəyyən olunub. Vətəndaş müvafiq olaraq, ərazi üzrə polis bölməsinə gətirilməklə […]

Səməd Seyidov: “Avropa Şurası ilə münasibətlər qurarkən milli maraqlar çərçivəsində ciddi düşünməliyik”

“Avropa Şurası ilə hər hansı münasibətləri qurarkən milli maraqlar çərçivəsində ciddi düşünmək lazımdır”. Bunu APA-ya açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. Seyidov bildirib ki, Avropa Şurasının daxilində çox ciddi proseslər gedir: “AŞPA-nın yanvar sessiyası bunu bir daha göstərdi. Bu qurumda sistemli böhran yaşanır. Buna görə də bu təşkilatın dövlətlərlə […]

Ağciyər Xəstəlikləri İnstitutunda daha bir xəstə ölüb

Bakıda 23 yaşlı kişi soyuqdəymədən ölüb. TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 1997-ci il təvəllüdlü Bakı şəhər sakini son 20 gün ərzində ev şəraitində soyuqdəymədən müəlicə alırmış. Hal pisləşdikdən sonra yanvarın 31-də saat 16-da olduqca ağır vəziyyətdə Elmi-Tədiqat Ağciyər Xəstəlikləri İnstitutuna müraciət edib. Xəstə ikitərəfli pnevmoniya, ağır gedişli, kəskin ağ ciyər-ürək çatışmazlığı ilə diaqnozu ilə […]

Sabahın hava proqnozu

Sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  bildirilib ki, fevralın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 2-4° isti, gündüz  7-9° isti, Bakıda  gecə […]

Əli Həsənovun əsas media orqanı bağlandı

Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənova məxsus informasiya agentliyi Azadinform.az fəaliyyətini dayandırıb. BakuPost xəbər verir ki, agentliyin ləğvi dünən axşam kollektivə elan edilib və bu gündən bütün əməkdaşlarla müqavilələrə xitam verilib. Dünən gecədən saytda heç bir yenilənmə yoxdur. 1999-cu ildən fəaliyyət göstərən Azadinform İnformasiya Agentliyi Əli Həsənovun əsas media orqanlarından idi. O, vəzifəsindən […]

Siqaretlər bahalaşdı – YENİ QİYMƏTLƏR

Azərbaycanda siqaret bahalaşıb.   BakuPost day.az-a istinadən xəbər verir ki, bugün bir sıra market və dükanlarda siqaretlər fərqli qiymətlə satılmağa başlanılıb.Qiyməti 2 manat 50 qəpiyə qədər olan siqaretlər 20 qəpik, qiyməti 2 manat 50 qəpikdən baha olan siqaretlər isə 30 qəpik baha satılıb. Şəhərin bir sıra dükan və marketlər də isə köhnə qiymətlər qalmaq da davam […]

Azərbaycanda 6 yaşlı uşaq qripdən ölüb? – Rəsmi açıqlama

Azərbaycanın baş infeksionisti Cəlal İsayev sosial şəbəkələrdə 6 yaşlı uşağın qripdən ölməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. C.İsayev Trend-ə açıqlamasında Azərbaycanda qripdən ölüm halının baş vermədiyini açıqlayıb. Qeyd edək ki, bu gün sosial şəbəkələrdə 6 yaşlı uşağın qripdən ölməsi ilə bağlı məlumatlar yayılıb. Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu da bu müəssisədə koronavirusdan ölüm halının […]

Çində xəstəliyə xoluxanların sayı 11,1 min nəfərə, ölənlərin sayı 259 nəfərə çatıb

Çində koronavirusdan ölənlərin sayı artıb. “Report” xəbər verir ki, bu barədə “Vani” portalı məlumat yayıb. Məlumata görə, yeni pnevmaniyadan dünyasını dəyişənlərin sayı 259 nəfərə, virusa yoluxanların sayı isə 11,1 min nəfərə çatıb. Cümə günü səhər Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Komitəsi ölkədə 9692 virusa yoluxma və 213 ölüm hadisənini qeydə alındığını bildirib. Virus ən çox Hubey əyalətində […]

ATƏT PA-da Azərbaycandakı parlament seçkiləri də müzakirə olunacaq

Fevralın 20-21-də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in Parlament Assambleyasının (PA) 19-cu qış sessiyası keçiriləcək. “Report” ATƏT PA-nın Mətbuat xidmətinə istinadən xəbər verir ki, 300-dək deputatın, həmçinin müxtəlif beynəlxalq təşkilatların, ayrı-ayrı ölkə hökumətlərinin nümayəndələrinin iştirakı ilə keçiriləcək sessiyanın açılışında Avstriya parlamentinin aşağı palatasının sədri Volfqanq Sobotka, ATƏT PA-nın prezidenti Georgi Tsereteli, ATƏT-ə sədrlik edən Albaniya rəsmiləri […]

DSX zabitini öldürməyə cəhd edən iranlı narkotacirə hökm oxunub

  Lənkəran Ağır Cinayətlər Məhkəməsində Dövlət Sərhəd Xidmətinin zabitini öldürməyə cəhdə, narkotiklərin qanunsuz dövriyyəsində, qaçaqmalçılıqda ittiham olunan İran İslam Respublikasının vətəndaşı Nəsiri Əbabeyglu Şəhzad Şükür oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, hakim Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən N. Ə. Şəhzad 17 il müddətə azadlıqdan məhrum […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
242526272829