Nazirlik: Qarlı havaya görə sosial sığınacaqlar gücləndirilmiş iş rejiminə keçib

Hava şəraitinin kəskin soyuması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığınacaqları gücləndirilmiş iş rejimində işləyir”. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib. Onun sözlərinə görə, sığınacağa ehtiyacı olanların Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağına və […]

Bakıda 1 milyon manatlıq mənzillər satışa çıxarılıb – Alıcıları kimlər olacaq?

Bakıdakı yaşayış komplekslərinin birində qiyməti 1 milyon manatı keçən mənzillər satışa çıxarılıb. “AzPolitika.info” xəbər verir ki, paytaxtın məşhur binalarından biri olan plazadakı mənzillərin satışa çıxarılması barədə məlumat mənzillərin satışı ilə məşğul olan qrup tərəfindən Fed.az-a verilib. Sözügedən yaşayış kompleksi ölkənin ən böyük biznes qruplarından olan “Azərsun Holdinq”ə məxsusdur və 10 il bundan əvvəl inşa olunub. “İçəri […]

Nazirlik: Çindən gələn və KTM-ə yerləşdirilən hər bir şəxs koronavirusa qarşı testlər vasitəsi ilə yoxlanılıb

“Kliniki Tibbi Mərkəzdən Səhiyyə Nazirliyinə verilən məlumata görə, yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilən hər bir şəxs virusun müəyyənləşdirilməsi  üçün ölkəyə gətirilən testlər vasitəsi ilə yoxlanılıb”. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib: “Bu testlərin cavabları mənfi olub, yəni həmin şəxslərdə xəstəlik aşkarlanmayıb. Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilənlər barədə mətbuata gündəlik məlumat verilib”.

Nazir müavini: “Xəzəryanı ölkələr arasında əməkdaşlığa dair doqquz saziş üzərində iş gedir”

“Xəzəryanı dövlətlərin ratifikasiya prosesini başa çatdırması üçün müəyyən vaxt lazımdır”. APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko “Rossiya Seqodnya” agentliyinə müsahibəsində bildirib. “Kənardan elə bir təəssürat yaranır ki, 2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanmasından sonra danışıqlar prosesində durğunluq hökm sürür. Bu fikir doğrudurmu” sualına cavab […]

“Kanal 13″ün rəhbərinin şərti məhkumluğu ləğv edildi

Bakı Apelyasiya Məhkəməsində “Kanal 13” internet televiyasının rəhbəri Əziz Orucovun barəsində olan şərti məhkumluğun götürülməsi ilə bağlı şikayətə baxılıb. APA-nın məlumatına görə, keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, onun şikayəti təmin edilib və barəsində olan şərti məhkumluq ləğv edilib. Qeyd edək ki, Ə.Orucov 2017-ci il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona məhkəmə […]

İctimai Şurada məktəbli formalarına dair müzakirələr keçirilib

Fevralın 10-da Təhsil Nazirliyi yanında İctimai Şurada ümumi təhsil müəssisələrində məktəbli formasının tətbiqinə dair müzakirələr keçirilib. APA-nın xəbərinə görə, görüşdə Təhsil nazirinin müavinləri Məhəbbət Vəliyeva, İdris İsayev, Təhsil nazirinin müşaviri Elnur Məmmədov, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu, nazirlik yanında İctimai Şuranın üzvləri, istehsalçı şirkətlərin mütəxəssisləri və KİV nümayəndələri iştirak ediblər. Görüşdə […]

Türkiyə genişmiqyaslı əməliyyata başladı

Türkiyənin hüquq-mühafizə və təhlükəsizlik orqanları terrorçulara qarşı genişmiqyaslı əməliyyata başlayıb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Diyarbakır-Batman arasında keçirilən “Kapan-6 Zori” adlı əməliyyata 1440 jandarma, polis və asayiş keçikçisi qatılıb. Məqsəd Zori sığınacaq sahəsində gizlənən terrorçuları zərərsizləşdirməkdir.

Hava şəraiti ilə əlaqədar Bakıda təcili yardıma iki müraciət olub

Hava şəraiti ilə əlaqədar Bakıda təcili yardıma iki müraciət olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”dən (TƏBİB) məlumat verilib. Onlardan birində sol diz oynağının çıxığı, digərində sol qolun əzilməsi müşahidə olunub.

Azərbaycanda yanvarda gündəlik neft hasilatı 769 min barel olub

Bu ilin yanvar ayı üzrə Azərbaycanda gündəlik neft hasilatı 769 min barel olub. Bunun 678 min barelini xam neft, 91 min barelini kondensat təşkil edib. Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, gündəlik 540 min barel xam neft, 87 min barel kondensat, 22,3 min barel neft məhsulları ixrac edilib. Məlumata görə, Energetika Nazirliyi yanvar ayında gündəlik neft […]

Əfqanıstanda teror aktında 5 nəfər ölüb

Əfqanıstanın paytaxtı Kabildə baş verən terror aktı nəticəsində 5 nəfər ölüb. APA-nın “TOLO News” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin sözçüsü Nəsrət Rəhimi bildirib. Terror aktı Kabildə Marşal Rəhim adına hərbi akademiyanın yaxınlığında baş verib.  Hadisə nəticəsində 4 hərbçi və bir mülki şəxs ölüb, 5 hərbçi və bir mülki vətəndaş isə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
242526272829