İmamverdi İsmayılov başı KREDİT QALMAQALINDA:

125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən yenidən deputat “seçilmiş” İmamverdi İsmayılovun başı kredit qalmaqalına qarışıb. Bu barədə jurnalist Cavanşir Həsənli yazıb. O bildirib ki, keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin bankı – “Bank Standard” (ləğv prosesindədir) deputatın oğlu İlmir İsmayılovu və gəlini Pərvanə Azər qızı İsmayılovanı məhkəməyə verib:  ” Fevralın 12-də hakim Gündüz Cəlilovun sədrliyi ilə […]

Ombudsman 10 yaşlı Nərminin qətlində təqsirləndirilən şəxsə baş çəkdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmə həyata keçirilib. Ombudsman Aparatından virtualaz.org-a verilən məlumata görə, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının […]

Çində daha bir həkim koronavirusa yoluxdu

Çində yen növ koronavirusun ocağı olan Uhan şəhərinin 8-ci xəstəxanasının baş həkimi Vanq Pinq bu xəstəliyə yoluxub. “Beiqingbao” xəbər verir ki, xəstəxana rəhbəri şəhərin “Jinintanq” xəstəxanasının intensiv müalicə bölməsinə yerləşdirilib, onun üçün qan plazmasının tapıldığı bildirilir. Qeyd edək ki, ölkənin Milli Səhiyyə Komissiyası ağır vəziyyətdə olan yoluxanların müalicəsi üçün koronavirusdan sağalanların qan plazmasını köçürtməyi tövsiyə […]

Bakıda 7 inək oğurlayan keçmiş məhkum saxlanıldı

Xəzər rayonu ərazisində 7 baş inəyi otlaq sahəsindən oğurlamaqda şübhəli bilinən A.Həsənov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Quliyevə, A.Piriyevə və X.Əsədova məxsus 7 baş inəyi otlaq sahəsindən oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Həsənov saxlanılıb. Ətrafında aparılmış əməliyyat […]

Bakıda torpağın və bağ evlərinin qiyməti ucuzlaşıb

Bakıda ötən ay ərzində torpağın və bağ evlərinin qiyməti azalıb. Bu barədə Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib. N.İbrahimov bildirib ki, yanvar ayında topraq bazarında qiymətlərdə azalma 3.35 faiz təşkil edib, il ərzində isə 0.6 faiz artım olub. Ekspertin sözlərinə görə, bağ evlərinin qiymətində ay ərzində azalma […]

Pop Smoke güllələndi

Amerikalı 20 yaşlı reper Pop Smoke güllələnib. “Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Los-Ancelesdə naməlum silahlı və maskalı şəxslər reperin evinə basqın edib. Onlar Smoke-a bir neçə dəfə atəş açaraq onu qətlə yetiriblər. Qətli törədənlər gizləniblər. Cinayətkarlar hələ tutulmayıb. Polis hazırda onların şəxsiyyətinin müəyyən edilməsinə çalışır.

Azərbaycanda qızıl və gümüş bahalaşır

Azərbaycanda qızıl və gümüş bahalaşıb. Fevralın 19-da qızılın qiyməti fevralın 18-i ilə müqayisədə 26,28 manat artaraq,1 unsiya üçün 2 723,3065 manat təşkil edib. Gümüş 0,62 manat bahalaşaraq, 1 unsiya üçün 31,022 manata bərabər olub. Platinin qiyməti 47,46 manat artaraq 1 700,1275 manat, palladiumun qiyməti 341,03 manat artaraq 4 643,227 manat təşkil edib. Ad 19.02.2020 18.02.2020 […]

Sofi Loren böyük ekranlara qayıtdı

Uzun fasilədən sonra yenidən böyük ekranlara qayıdan 85 yaşlı Sofi Lorenin baş rolda çəkildiyi “Həyat qabaqdadır” adlı film “Netflix” platformunda nümayiş olunacaq. “Report” xəbər verir ki, məşhur aktrisanın oğlu Eduardo Ponti tərəfindən quruluş verilən film yəhudiəsilli fransız yazıçı, rejissor, diplomat Romen Aqarinin eyniadlı əsərinin motivləri əsasında çəkilib. Filmin süjetinə görə, Sofi Lorenin qəhrəmanı madam Roza Xolokostdan […]

Prezident İlham Əliyev Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Romadakı məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib. APA xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva abidənin önünə gül dəstələri qoyublar. Qeyd edək ki, bu abidə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 […]

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Xəbərə görə, zəlzələ yerli vaxtla saat 16:17-də qeydə alınıb. Zəlzələnin maqnitudası 3.2, dərinliyi 62 km olub.

Photo Gallery

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2020
BE ÇA Ç CA C Ş B
« Yan   Mar »
 12
3456789
10111213141516
17181920212223
242526272829