Sumqayıtda sevgilisi ilə mübahisə edən kişi özünü ağzından güllələyib

Sumqayıtda sevgilisi ilə mübahisə edən balıqçı özünü güllələyib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində dənizkənarında qeydə alınıb. 1975-ci il təvəllüdlü Qreçkin Vitaliy Sergeyeviç Rusiyada yaşayan sevgilisi ilə telefonda mübahisə edib. Sevdiyi xanımdan rədd cavabı alan kişi silahla özünü ağzından güllələyib. Nəticədə o aldığı xəsarətdən ölüb. Onun meyiti müayinə olunmaq üçün […]

Malayziya təyyarəsinin yoxa çıxması bununla bağlıdır – İDDİA

2014-cü ildə Hind okeanı üzərində “Malaysia Airlines”ə məxsus təyyarənin yoxa çıxması pilotun intiharı ilə bağlı ola bilər. “Report” “The Australian”a istinadən xəbər verir ki, bu barədə həmin vaxt Avstraliyanın baş naziri olmuş Toni Abott bildirib. “Malayziya hökumətinin yüksək rütbəli rəsmiləri arasında elə əvvəldən pilotun intiharı fikrinin qəbul olunduğunu çox aydın dərk edirdim. Kimin kimə nə […]

Bakıda xüsusi zolaqlar yaradıla bilər

Bakıda ictimai nəqliyyatın hərəkəti üçün 19 küçədə xüsusi zolaqların yaradılması mümkündür. Axar.az xəbər verir ki, bu sözləri Real TV-nin canlı yayımına qonaq olan Bakı Nəqliyyat Agentliyinin (BNA) Aparat rəhbəri Gülşən Rzayeva deyib. “Bu barədə Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təkliflər verilib. Onların bir hissəsi artıq müsbət rəy alıb və digərlərinin üzərində iş gedir”, – deyə G.Rzayeva […]

İmamverdi İsmayılovun BAŞI DƏRDƏ: KREDİT QALMAQALI

125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən yenidən deputat “seçilmiş” İmamverdi İsmayılovun başı kredit qalmaqalına qarışıb. Bu barədə jurnalist Cavanşir Həsənli yazıb. O bildirib ki, keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin bankı – “Bank Standard” (ləğv prosesindədir) deputatın oğlu İlmir İsmayılovu və gəlini Pərvanə Azər qızı İsmayılovanı məhkəməyə verib: ” Fevralın 12-də hakim Gündüz Cəlilovun sədrliyi ilə […]

Sarkisyanın məhkəməsinin vaxtı açıqlandı

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın məhkəməsinin vaxtı məlum olub. Bu barədə datalex.am saytı məlumat yayıb. Məhkəmənin hazırlıq iclası fevralın 25-də keçiriləcək. İş hakim Vaqe Misakyanın icraatına verilib. Qeyd edək ki, yanvar ayının sonunda S. Sarkisyanın cinayət işi baxılması üçün İrəvan məhkəməsinə göndərilib. Xatırladaq ki, cinayət işi üzrə daha 4 nəfər ittiham olunur. Onlardan biri “Fleş” […]

Bakıda çoxmərtəbəli binada yanğın söndürülüb – YENİLƏNİB

Bakı şəhərinin Nizami rayonunda tikintisi başa çatmayan çoxmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində ümumi sahəsi 64 m² olan 2 otaqlı mənzildə 3 m² sahədə tikinti materialları yanıb. Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. *** 19:54 Bakıda hündürmərtəbəli binada yanğın başlayıb. APA xəbər verir ki, ilkin […]

Avstraliya səmasında iki təyyarə toqquşdu: 4 ölü – VİDEO

Avstraliyanın Viktoriya əyalətində Manqalor şəhəri yaxınlığında kiçik tutumlu iki təyyarə toqquşub. Hadisə nəticəsində azı dörd nəfər ölüb. RİA Novosti xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının nümayəndələri, təcili xilasetmə xidməti cəlb olunub. “Qəzadan əvvəl iki təyyarənin havada toqquşmasına dair sübutlar var. Təyyarələrin hər birində iki nəfər olub, onlar hadisə yerində ölüblər”, – məlumatda bildirilib. Hadisə […]

Cənubi Koreyanın sabiq prezidentinə 17 il həbs cəzası verildi

Seul Ali Məhkəməsi 2008-2013-cü illərdə Koreya Respublikasının prezidenti olmuş Li Myon Bakı mənimsəmə və külli miqdarda rüşvət almaqda təqsirkar bilib. Ölkənin keçmiş lideri barəsində 17 il müddətinə azadlıqdan məhrumetmə şəklində həbs qətimkan tədbiri seçilib. Bundan əlavə, 78 yaşlı Li Myon Bak, təxminən, 15,7 milyon ABŞ dolları məbləğində cərimə ödəməlidir. O, məhkəmə zalında nəzarət altına alınıb. […]

Bir ildə məhkəmələr 143 milyon manat aliment ödətdirib

“Ötən il Ədliyyə Nazirliyi tərəfindən məhkəmə qərarlarının icrası sahəsində də böyük işlər görülüb”. “Report”un xəbərinə görə, bu, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsində yer alıb. Məqalədə qeyd edilib ki, bütövlükdə fiziki və hüquqi şəxslərə əvvəlki illə müqayisədə 50 faizdən çox – 1,74 milyard manata yaxın vəsait ödətdirilib ki, […]

Monteneqrodakı Azərbaycan bankının sahibi dəyişib

Monteneqroda fəaliyyət göstərən Azərbaycana məxsus “Nova Banka Polgorica” SC-nin (əvvəllər “Azmont Bank”) sahibi dəyişib. “Report” xəbər verir ki, Kumbor şəhərində yerləşən “Azmont İnvestments LLC” şirkəti bankı tam həcmdə ABŞ-ın Uilminqton şəhərində yerləşən “Adriatic Capital LLC” şirkətinə satıb. 299 511 761 ədəd səhmin satışı Monteneqro Fond Birjasında həyata keçirilib. Alqı-satqı predmeti olan bankın 2019-cu il üzrə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
242526272829