Bakıda tibbi maska qıtlığı: “Bir nəfərə iki ədəddən artıq satmırıq”- FOTO – VİDEO

Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar insanların tibbi spirt və tibbi ağız maskasına tələbatı artıb. Bununla əlaqədar bəzi insanlar apteklərdə ağız maskasını və tibbi spirti tapmaqda çətinlik çəkdiklərini bildiriblər. “Report”un əməkdaşı vəziyyəti öyrənmək üçün paytaxtda yerləşən bir neçə aptekə baş çəkib və tibbi ağız maskalarına olan tələbatın həcmini öyrənib. Apteklərdən birində əczaçı maskaların limitlə satıldığını bildirib: […]

Martın 1-dən bu ölkədə ictimai nəqliyyat pulsuz olacaq

Qərbi Avropa ölkəsi olan Lüksemburqda martın 1-dən etibarən ictimai nəqliyyat pulsuz olacaq. “Report” NTV-yə istinadən xəbər verir ki, bu tətbiqə qatar, tramvay və avtobuslar şamil ediləcək. Beləliklə, Lüksemburq ictimai nəqliyyatın pulsuz olduğu ilk ölkə olacaq. Ölkə rəhbərliyi bunu nəqliyyat sıxlığının azalması və karbon qazı nisbətinin düşməsi məqsədilə tətbiq edir. Qeyd edək ki, ictimai nəqliyyatın pulsuz […]

Daha bir ölkədə koronavirus aşkarlandı

Daha bir ölkədə koronavirus aşkarlanıb. Qaynarinfo İran mətbuatına istinadən xəbər verir ki, bu dəfə Omanda yoluxma halı qeydə alınıb. Ərəb ölkəsində iki nəfərdə koronavirus aşkarlanıb. Oman Səhiyyə Nazirliyi hər iki şəxsin İrana səfər etdiyini açıqlayıb.

İran parlamentində kritik koronavirus müzakirələri

İran parlamentində ölkədə koronavirusun yayılması ilə əlaqədar kəskin müzakirələr aparılıb. Deputatlar Səhiyyə nazirini məsuliyyətsizlikdə ittiham ediblər. Qum şəhərinin deputatı Əhməd Əmirabadi apteklərdə tibb maskası, spirt və dezinfeksiya üçün məhlulların qıtlığına görə naziri ittiham edib. Qeyd edib ki, bu virus Çində yayıldığı gündən İranın Səhiyyə Nazirliyi lazımi tədbirləri həyata keçirməli idi. Lakin nazirlik heç bir iş […]

Sabahdan güclü külək başlayır

Bakıda və Abşeron yarımadasında fevralın 25-də gün ərzində güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Bu barədə virtualaz.org-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Azərbaycanın rayonlarında fevralın 25-də hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Mülayim […]

Mərkəzi Bank dolların məzənnəsi barədə

Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 25-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən virtualaz.org-a bildirilib ki, sabah üçün dolların məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub. Qeyd edək ki, USD/AZN rəsmi məzənnəsi bu gün də 1,7000 manat təşkil edib.

Türkiyə İrana uçuşları da dayandırdı

Türk Hava Yolları koronavirus səbəbindən İrana uçuşları müvəqqəti dayandırıb. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Türkiyədən İranın İsfahan, Məşhəd, Təbriz və Şiraz şəhərlərinə olan uçuşlar fevralın 27-dək təxirə salınıb. Qeyd edək ki, İranda koronavirusdan 12 nəfər (bəzi məlumatlara görə isə 50 nəfər) dünyasını dəyişib. Qeyd edək ki, dünəndən isə Türkiyə İran ilə arasındakı Gürbulak (Ağrıda), […]

MSK sədri seçkiyə görə kimlərin cəzalandırılacağının anonsunu verdi

“Bülletenləri korlayan məntəqə seçki komissiyalarının üzvləri cəzalandırılmalıdır. Onlar barəsində çox ciddi ölçü götürülməlidir”. Virtualaz.org bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib. MSK sədri bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərin hər birinə çox ciddi şəkildə yanaşılır: “Əgər hər hansı bir pozuntu aşkar edilirsə, bununla bağlı müvafiq qərar qəbul […]

Prezident vəzifəli şəxsləri İranla sərhəddə göndərib – Yenilənib

Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Daxili İşlər, Fövqəladə Hallar, Səhiyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin rəhbər vəzifəli şəxsləri və mütəxəssislər İran İslam Respublikası ilə dövlət sərhədində yerləşən “Astara” və “Biləsuvar” buraxılış məntəqələrinə səfər ediblər. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Səfər çərçivəsində son vaxtlar […]

Koronavirus Naxçıvanın blokadaya düşməsinə səbəb olub

Türkiyə koronavirusun yayılma təhlükəsi səbəbindən təkcə İranla deyil, həm də Azərbaycanın Naxçıvan Muxtar Respublikası (NAR) ilə sərhədlərini bağlayıb. Qeyd edək ki, İran da Naxçıvanla sərhəddi bağlayıb. Nəticədə Azərbaycanın qalan hissəsi ilə birbaşa quru əlaqəsi olmayan muxtar respublika blokadada qalıb. Xarici aləm ilə yeganə əlaqə Bakı ilə hava əlaqəsindən keçir. Yerli mənbələr Turan-a bildiriblər, yolların blokadası […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
242526272829