Məkkə Azərbaycana qapılarını bağladı: koronovirus islamı çökdürür

Səudiyyə Ərəbistan Azərbaycan da daxil olmaqla, 22 ölkənin vətəndaşlarına turist vizasının verilməsini müvəqqəti olaraq dayandırıb. Bu barədə “Xabar 24” Səudiyyə Ərəbistan Krallığının Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, vizanın verilməsinin dayandırılmasına səbəb koronavirusunun yayılması təhlükəsidir. Siyahıda Azərbaycandan başqa, Qazaxıstan, Özbəkistan, İtaliya, Yaponiya, Çin, İran, Koreya, Tailand, Malayziya, İndoneziya, Pakistan, Əfqanıstan, […]

1/8 final mərhələsinin püşkü atılıb – Avropa Liqası

Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə gələn ay üz-üzə gələcək 8 cütlük müəyyənləşib. Onlardan birində bu gün üz-üzə gələcək “Zalsburq”la “Ayntraxt” arasında duelin qalibinin rəqibi müəyyənləşib. Digər 7 cütdə isə hər iki komanda artıq bəllidir. Qonşu Türkiyənin avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçisi “Başakşəhər” də […]

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib – FOTOLAR

Fevralın 28-də Bakı şəhərində Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçidinin açılışı olub.  AZƏRTAC  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsi […]

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Azərbaycan ərazisində koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. “Report”un Muğan bürosunun məlumatına görə, İran İslam Respublikası ilə sərhəd-keçid məntəqələrindən Azərbaycan ərazisinə daxil olan şəxslərin ilkin müayinəsini təşkil etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çadırlardan ibarət səyyar hospitallar yaradılıb. Bu hospitallardan biri də Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində təşkil edilib. Məlumata görə, ilkin müayinədən keçmiş […]

Daha bir qurumda koronavirusla bağlı “qaynar xətt” fəaliyyətə başladı

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Dənizçilər Poliklinikası” MMC-də koronavirusla bağlı “qaynar xətt” fəaliyyətə başlayıb. ASCO-dan verilən məlumata görə, (050) 274 30 82 nömrəli “Qaynar xətt” vətəndaşların maarifləndirilməsi, məlumatlandırılması və virusla bağlı suallarının cavablandırılması məqsədilə yaradılıb. Zənglər günün 24 saatı ərzində qəbul olunacaq və müraciətlər operativ şəkildə cavablandırılacaq. Qeyd edək ki, ASCO-da “Qaynar xətt”lə […]

QMİ koronavirusla bağlı məscidlərə tapşırıq verib

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycanda məscid və dini ibadətgahlara tapşırıqlar verib. Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik tədbirlərin həyata keçirilməsi nəzərə alınaraq insanların camaat namazları ilə əlaqədar kütləvi şəkildə ibadət etməsi ilə bağlı məscid rəhbərlərinə və imamlara müvafiq göstərişlər verilib. Sədr […]

Ov qaydalarını pozan 10 əcnəbi Azərbaycandan deportasiya edildi

Son ov mövsümündə Azərbaycanda 200-ə yaxın yerli vətəndaş ov qaydalarını pozub. Onlar əsasən ov silahından düzgün istifadə etmədikləri, qadağan olunmuş quş növlərini ovladıqları üçün saxlanılıblar. Ov qaydalarını pozan yerli vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada 1000 manatdan 2000 manata qədər cərimələniblər. Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan […]

Bakıda bazarda mənşəyi məlum olmayan ət aşkarlandı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. AQTA-dan verilən məlumata görə, Agentliyin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarı adlanan ərazidə fiziki şəxs Həsənov İlqar Orucəli oğluna məxsus ət tədarükü sahəsinə baxış keçirilib. Həmin sahədə soyuducularda ümumi çəkisi 635 kq-dan artıq mənşəyi […]

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Rusiya Prezidenti Vladimir Putin və Təhlükəsizlik Şurasının daimi üzvləri İdlibdə baş verənlərlə bağlı narahatlıqlarını ifadə ediblər. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O, Təhlükəsizlik Şurasının bugünkü təcili iclasında Rusiya Prezidentinin və Təhlükəsizlik Şurası üzvlərinin Türkiyə hakimiyyətinin ölkədə olan Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmin olunması üçün bütün […]

Azərbaycanda koronavirus aşkarlanan şəxsin 23 yaşı var

“1997-ci il təvəllüdlü Rusiya vətəndaşı yüksək hərarətlə xüsusi karantin mərkəzinə aparılıb və lazımi analizlər götürülüb. Nəticədə həmin şəxsin koronavirusa yoluxduğu müəyyənləşib. Hazırda vəziyyəti stabildir”. “Report” xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı keçirdiyi brifinqdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, sərhəd keçid məntəqələrində iki mərhələli yoxlamalar […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
242526272829