SOCAR prezidenti Belarusun baş naziri ilə görüşüb – FOTO

Belarus Azərbaycan neftinin tədarükü ilə bağlı uzunmüddətli müqavilədə maraqlıdır. “Report” BELTA agentliyinə istinadən xəbər verir ki, bu sözləri Belarusun baş naziri Sergey Rumas bu gün SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşdə bildirib. “Belarus Azərbaycan neftinin tədarükü üçün uzunmüddətli müqavilə bağlamaqda maraqlıdır. Biz bu nefti Odessa-Brodı-Mozır neft kəmərindən istifadə edərək Mozır Neft Emalı Zavodunda emal etməyi planlaşdırırıq. […]

Fransada koronavirusdan daha 2 nəfər öldü

Fransada daha 2 nəfər koronavirusdan dünyasını dəyişib. “Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, ölüm faktı Uaz departamentində qeydə alınıb. Ölənlərdən biri kişi, digəri qadındır. Bununla da Fransada koronavirusdan ölənlərin sayı 4 nəfərə çatıb. Qeyd edək ki, Fransada 130-dan çox insan Covid-19 daşıyıcısıdır.

Portuqaliyada ilk yoluxma qeydə alındı

Portuqaliyada ilk dəfə koronavirusa yoluxma halı qeydə alınıb.  “Qafqazinfo”nun xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, COVİD-19 İtaliyadan Portuqaliyaya qayıdan kişidə aşkarlanıb. 60 yaşlı şəxs fevralın 29-da tibb işçilərinə müraciət edib. Bundan əlavə, ilkin analizlər bir müddət əvvəl İspaniyanın Valensiya şəhərində işgüzar səfərdə olan başqa bir kişinin də virusa yoluxa biləcəyini […]

Karantin xəstəxanasının baş direktorundan əhaliyə müraciət

“Əhali bu tədbirin mahiyyətini başa düşməlidir. Bu, istirahət tədbiri deyil. Bu, əhalini düşünərək verilmiş bir qərardır”.  “Qafqazinfo” xəbər verir ki, bunu Karantin xəstəxanasının baş direktoru Emin Hüseyn “REAL TV”-yə açıqlamasında deyib. Emin Hüseyn tövsiyə edib ki, vətəndaşlar kütləvi yerlərdən uzaq olsunlar: “Həkim kimi əhaliyə məsləhət görərdim ki, mümkün qədər ev şəraitində olsunlar. Geniş kütləvi yerlərdə […]

Qumdakı xəstəxanalarda 1 325 nəfər yatırılıb

12 gün ərzində yeni koronavirus şübhəsi ilə İranın Qum xəstəxanalarında 1 325 nəfər yatırılıb. Trend-in məlumatına görə, bunu İranın Qum vilayəti Tibb Elmləri Universitetinin rektor əvəzi Əli Əbrazə deyib. Onun sözlərinə görə, onların 610 nəfəri tam şəkildə sağalaraq evə buraxılıb. Əbrazə əlavə edib ki, analizlərin nəticələrinə görə, indiyədək Qumda 139 nəfər yeni koronavirusa yoluxub. Onlardan […]

Ermənistanda ilk koronavirusa yoluxma halı qeydə alınıb

Bazar günü Ermənistanda ilk koronavirusa yoluxma halı aşkarlanandan sonra Ermənistan İranla sərhəd rejimini sərtləşdirməyi qərara alıb. Bunu bazar ertəsi Koronavirusun Yayılmasının Qarşısını Alınması komissiyasının iclasından sonra Baş nazir Nikol Paşinyan bəyan edib. Martın 1-də İrandan Ermənistana qayıtmış 29 yaşlı Ermənistan vətəndaşının Covid-19 virusuna yoluxması testi müsbət nəticə verib. Bu, Ermənistanda qeydə alınan ilk koronavirusa yoluxma […]

Prezident İlham Əliyev Mikayıl Cabbarova yeni vəzifə verdi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 2999 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri dəyişib. Dəyişikliyə əsasən, İqtisadiyyat naziri komissiyanın […]

ÇL-in oyunları koronavirusa görə təxirə salındı

Asiya Çempionlar Liqasında qrup mərhələsinin oyunları təxirə salınıb. Fanat.AzAsiya Futbol Konfederasiyasının rəsmi saytına istinadən xəbər verir ki, mart və aprel aylarına planlaşdırılan matçlar koronavirus üzündən planlaşdırılan tarixdə keçirilməyəcək. Qrup mərhələsinin matçları 19 – 24 may aralığında, pley-off görüşləri isə avqustda gerçəkləşəcək. Qeyd edək ki, daha öncə İran və Cənubi Koreya təmsilçilərinin turnirdəki görüşləri ertələnib.

Universitet, məktəb və bağçalarda tədris dayandırıldı – RƏSMİ

Nazirlər Kabinetinin yanında operativ qərargahı bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib. Operativ qərargahdan Musavat.com-a bildirilib ki, koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin […]

İranda ziyarətgahdakı bu görüntülər tənqidə səbəb oldu – Video

Son günlər ölümcül koronavirusla mübarizə aparan İranda vətəndaşlar fərqli üsula əl atıblar. “Qafqazinfo” “Al Arabiya” telekanalına istinadən xəbər verir ki, bəzi iranlılar koronavirusa yoluxmaqdan qorxmadıqlarını göstərmək üçün şiə ziyarətgahlarını öpməyə başlayıblar. Qısa müddətdə sosial şəbəkədə yayılan bu görüntülər qınaqla qarşılanıb. Qeyd edək ki, hazırda İran COVİD-19 virusunun yayıldığı ölkələr arasında ilk üçlükdədir. Ölkədə 593 nəfər […]

Photo Gallery

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2020
BE ÇA Ç CA C Ş B
« Fev   Apr »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031