Rusiya Bankı dollar alışını dayandırdı

Rusiya Bankı (Mərkəzi Bank) yaxın 1 ay ərzində daxili bazardan xarici valyutanın (ABŞ dolları) alışının dayandırılması barədə qərar qəbul edib. “Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. Tənzimləyici qurum qərarını əmtəə birjalarında neftin ucuzlaşması fonunda valyuta bazarında volatilliyin azaldılması istəyi ilə izah edib. Rusiya Bankı həmçinin bəyan edib ki, dollar alışının bərpa edilib-edilməməsi bu […]

Adi bir məktəbli zarafatı, yoxsa təxribat? – “Araşdırmaq DTX -nın işidir”

Dünən bir sıra dövlət internet resurslarına bir müddət giriş mümkün olmayıb. Həmin vaxt isə sosial şəbəkələrdə məktəblərin mayın 1-nə kimi bağlanması haqda xəbər paylaşılırdı. Məsələyə şərh verən texnologiya üzrə mütəxəssis Osman Gündüz deyib ki, kimlərsə adıçəkilən məlumatı fırıldaqçılıq edərək, sanki Təhsil Nazirliyinin rəsmi saytının yaydığı məlumat olaraq sosial mediada təqdim edib. “Maraqlıdır ki məhz bu məlumalar […]

“Neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatında şok yaratmayacaq” – RƏY

“Dünya bazarında neftin ucuzlaşması neft ölkələri, o cümlədən Azərbaycan üçün heç də yaxşı hal deyil, amma qiymət azalması iqtisadiyyatımızda şok yaratmayacaq” Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. Onun sözlərinə görə, milli iqtisadiyyat Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində xeyli şaxələndirilib: “Son illər ölkədə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən tədbirlər Ümumi Daxili […]

Çində müvəqqəti xəstəxanaların 11-i bağlandı

Çinin Uhan şəhərinin stadionlarında və sərgi mərkəzlərində təşkil olunan 14 müvəqqəti xəstəxanadan 11-i bağlanıb. “RİA Novosti” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Qeyd olunub ki, çox sayda müalicə almış xəstənin sağalmasından sonra Uhanda təşkil edilən 14 müvəqqəti xəstəxanadan 11-i ləğv edilib. Digər xəstələr koronavirus infeksiyası olan xəstələrin qəbul edildiyi ixtisaslaşdırılmış xəstəxanalara […]

Bakı toyxanalarında koronavirus yoxdur, vur çatlasın, çal oynasın var

Ötən ilin dekabrında Çində peyda olan və bu günədək 101 ölkədə 105 min nəfərə yoluxan ölümcül koronavirus (COVID-19) səbəbindən bir çox ölkədə kütləvi tədbirlər, o cümlədən toylar təxirə salınıb. Hətta dünyanın məşhur cütlükləri də koronavirus təhlükəsinin davam etdiyi ərəfədə toydan imtina ediblər. Azərbaycanda da kütləvi tədbirlər, həmçinin konsert və tamaşalar  təxirə salınıb, təhsil müəssisələrində martın 27-nə kimi tətil elan olunub.  Lakin toylar hələ də davam […]

Dünya Bankı Azərbaycanda kiçik biznesə dəstək verəcək

Bu ildən icra olunacaq layihə 2020-2025-ci illərdə ölkəmizdə əlavə 22 min şəxsin özünüməşğulluq proqramı üzrə kiçik biznesə çıxışına dəstək verəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Dünya Bankının Direktorlar Şurası ölkəmizdə özünüməşğulluq proqramının əhatə dairəsinin daha da genişləndirilməsinə, həmçinin məşğulluq xidmətləri və proqramlarının gücləndirilməsinə dəstək məqsədi daşıyan “Azərbaycanda məşğulluğa dəstək layihəsi”ni […]

Neft 20 dollara qədər ucuzlaşa bilər – “Goldman Sachs”

ABŞ-ın “Goldman Sachs” investisiya bankı bəyan edib ki, dünya bazarında neftin 1 barelinin qiyməti qeyri-sabit vəziyyət fonunda 20 ABŞ dollarına düşə bilər. “Report” bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir. Bankın hesabatında deyilir ki, qiymətlərin bu cür azalması neft və qaz bazarları ilə bağlı proqnozları kökündən dəyişdirəcək. Xatırladaq ki, bu gün London əmtəə birjasında bu […]

Koronavirusun yayıldığı ölkələrin sayı açıqlandı

Koronavirusa yoluxma faktı dünyanın 101 ölkəsində qeydə alınıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında deyilir. Covid-19 xəstələrinin sayı isə 105 min 586 nəfərdir. Son sutka ərzində 3610 yeni yoluxma halı qeydə alınıb. Son 24 saatda koronavirus Bolqarıstan, Kosta-Rika, Moldova, Fransa Qvianası, Maldiv, Malta, Farer adaları, Martinika adasında […]

Neftin qiyməti yenidən ucuzlaşdı

“Brent” markalı neftin qiyməti ucuzlaşaraq bir barrelə görə 32,28 dollar olub. Virtualaz.org xəbər verir ki, “qara qızıl”ın may fyuçerslərinin qiyməti 28,69% azalıb. WTI markalı neft isə 31,35% ucuzlaşma ilə bir barrelə görə 28,33 dollar olub. Qeyd edək ki, neftin qiymətində minimum göstərici 2016-cı ilin yanvarında müşahidə olunub. “Blumberq” nəşri bu göstəricini 1991-ci ildə Fars körfəzindəki […]

Devalvasiya olacaq, yoxsa yox, yaxud da nə etməli? (ŞƏRH)

Azərbaycandan və ölkədən kənarda yaşayanlardan manatın taleyi ilə bağlı xeyli suallar daxil olmaqdadır. Qaynarinfo xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Qubad İbadoğlu Azərbaycan neftinin 32 dollaradək ucuzlaşmasını şərh edərkən qeyd eləyib. Ekspert demək olar ki, hamının vəziyyətinin eyni, müraciətlərin də oxşar olduğunu vurğulayıb: “Çoxunu banklarda manatla olan əmanətlərin taleyi narahat edir. Bildirmək istəyirəm ki, neftin […]

Photo Gallery

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2020
BE ÇA Ç CA C Ş B
« Fev    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031