Bu gün deputatlar koronavirus yoxlanışından keçiriləcək

Bu gün deputatlar Milli Məclisə çağırılıb. “Report”un əldə etdiyi məlumata görə, koronavirus təhlükəsi ilə əlaqədar olaraq, VI çağırış Milli Məclisin deputatları iclasqabağı test yoxlanışından keçiriləcək. Koronavirus təhlükəsinə görə parlamentin girişində termovizor qurğusu quraşdırılıb. Məqsəd Milli Məclisə daxil olan bütün şəxslərin, o cümlədən deputatların hərarətinin yoxlanılmasıdır. Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya […]

İngiltərənin məşhur klubu satışa çıxarıldı

Çinli iş adamı Yao Çzişen sahibi olduğu İngiltərənin “Sautgempton” futbol klubunu satışa çıxarıb.  “Report” “The Times” nəşrinə istinadən xəbər verir ki, Çzişen kluba 250 milyon funt-sterlinq qiymət qoyub. “Sautgempton”dakı həssələrinin 80 faizini satmaq niyyətindədir. Qeyd edək ki, asiyalı futbol funksioneri klubu 2017-ci ildə Katarina Libherrdən 250 milyon funt-sterlinq qarşılığında satın alıb. 3 ildir Yao Çzişenin […]

İranda saxta spirtli içkidən 14 nəfər ölüb

İranda saxta spirtli içkidən 14 nəfər ölüb. APA-nın Tehran bürosunun məlumatına görə, ötən gecə İranın Xuzestan əyalətinin Əhvaz şəhərində spirtli içkidən zəhərlənmə diaqnozu ilə 100-dən çox insan xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, onlardan 14 nəfər ölüb, bəziləri görmə qabiliyyətini tamam itirib. İranın Səhiyyə Nazirliyi ölənlərin sayının artacağını istisna etməyib. Bildirilir ki, həmin şəxslər sosial şəbəkələrdə […]

Çində koronavirusdan ölənlərin sayı 3 119 nəfərə çatıb

Çində yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayı 80 735, bu virus səbəbindən ölənlər isə 3 119 nəfərə çatıb. “Report” Çin Dövlət Səhiyyə Komitəsinə istinadla xəbər verir ki, ötən sutka ərzində 40 yoluxma, 22 ölüm faktı qeydə alınıb. İndiyədək 58 600 nəfər sağalaraq xəstəxananı tərk edib. Çin üzrə son sutka ərzində 1 535 nəfər sağalıb. Hazırda […]

Neftin qiyməti kəskin ucuzlaşdı – Bir gecədə 33 faiz!

“Brent” markalı Şimal dəniz neft qatışığının may fyuçerslərinin qiyməti 33,4% azalaraq 33,94 ABŞ dollar/barelə düşüb. “Report” xəbər verir ki, Bakı vaxtı ilə 02:25-də “Brent” markalı neftin qiyməti yüksəlib və 35,23 ABŞ dolları təşkil edib. “WTI” (West Texas Intermediate) markalı yüngül neftin may fyuçerslərinin qiyməti isə bir barelə görə 27,1% azalaraq 32,48 ABŞ dolları təşkil edib. […]

Azərbaycanda “işbazlardan” 1 milyon ədəd maska aşkarlandı – FOTO

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ölkə ərazisində son günlər tibbi maskalara artan tələbatdan sui-istifadə edərək bu ləvazimatların real dəyərindən dəfələrlə baha qiymətə satışını həyata keçirməyə cəhd edən, habelə qaçaqmalçılıq yolu ilə ölkə hüdudlarından kənara çıxarmağa çalışan şəxslərə qarşı kompleks əməliyyat tədbirləri həyata keçirilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən […]

UEFA avrokubok oyunları öncəsi əllə görüşməyi qadağan etdi

UEFA koronavirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədilə növbəti qərar qəbul edib. “Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, futbolçulara avrokubok oyunları öncəsi əllə görüşmək qadağan olunub. Bu addım Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə atılıb. Qeyd edək ki, qitə futbol qurumu daha əvvəl Çempionlar Liqasının 1/8 final mərhələsində “Valensiya” (İspaniya) – “Atalanta” (İtaliya), həmçinin Avropa […]

Şəhid anaları danışdı, Ərdoğan göz yaşlarını sağlaya bilmədi – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Haliç Konqres Mərkəzində keçirilən tədbirdə iştirak edib. Tədbirdə “Türkiyənin qəhrəman qadınları” proqramında şəhid analarının çıxış etdiyi süjet yayımlanıb. Türkiyə Prezidenti videonu göz yaşları ilə izləyib.

Dünya Bankı Azərbaycanın 22 min vətəndaşına iş verəcək

Dünya Bankının Direktorlar Şurası ölkəmizdə özünüməşğulluq proqramının əhatə dairəsinin daha da genişləndirilməsinə, həmçinin məşğulluq xidmətləri və proqramlarının gücləndirilməsinə dəstək məqsədi daşıyan “Azərbaycanda məşğulluğa dəstək layihəsi”ni təsdiq edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq proqramın genişləndirilməsi istiqamətində Dünya Bankı ilə əməkdaşlığın həyata keçirilməsi üçün ötən dövrdə məqsədyönlü […]

Gürcüstanda 15-ci şəxsdə koronavirus təsdiqləndi

Gürcüstanda koronavirusun təsdiqləndiyi halların sayı 15-ə çatıb. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə məlumat Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi saytda verilib. Bildirilib ki, karantində 141, stasionar nəzarətdə isə 51 nəfər saxlanılır. Koronaviruslu pasiyentlərin ikisinin vəziyyəti nisbətən ağır qiymətləndirilir.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031