ABŞ hökuməti ermənilərə ayrılan maliyyə yardımını dayandırdı

ABŞ hökuməti Dağlıq Qarabağdakı erməni separatçılarına mina təmizlənməsi fəaliyyətləri üçün ayırdığı yardımı tamamilə dayandırıb. “MediaPost” xəbər verir ki, Vaşinqtonda yerləşən “Caspian Policy Center”dən verilən məlumata görə, ABŞ bu yardımları 1999-cu ildən ayırırdı. Lakin bu ildən etibarən buna son qoyulub. ABŞ-ın “USAID” təşkilatı tərəfindən Qarabağda mina təmizlənməsi məqsədi ilə Britaniya mərkəzli “HALO Trust” fonduna ayrılan və […]

Banklarda dollar, avro, rubl və lirənin alış-satış qiymətləri

Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan 13,353 mln ABŞ dolları dəyərində elektrik enerjisi idxal edib. “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib. Azərbaycandan qonşu ölkəyə ixrac olunan elektrik enerjisi dəyər baxımından illik müqayisədə 1,719 mln dollar və ya 11,4% azalıb.

Azərbaycandakı miqrantların icazə müddətinin artırılmasına başlandı

Sərhədlərin bağlanmasından sonra Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə müddəti başa çatan əcnəbilərin müraciətlərinə baxılması prosesinə başlanıb. Bu barədə Trend-ə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi Elnur Kələntərli deyib. Onun sözlərinə görə, hazırda icazə müddəti başa çatan miqrantların ölkədə qalması üçün Dövlət Miqrasiya Xidmətinə onlayn müraciətlər qəbul edilir: “Artıq 2 gündür ki, həmin miqrantların müraciətləri daxil […]

10 yaşlı Nərmini qətlə yetirməkdə təqsirləndirilən şəxsin həbs müddəti uzadılıb

Tovuz rayonunun Dondar Quşçu kəndində öldürülən 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirin müddəti uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Vəkil Əlibaba Rzayevin APA-ya verdiyi məlumata görə, Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin olunub və İlkin Süleymanovun barəsində seçilmiş həbs qətimkan […]

Almaniya səfirliyi viza verilməsini dayandırıb

COVID-19 pandemiyası ilə əlaqədar Almaniyanın Azərbaycandakı səfirliyi viza verməyi dayandırır. APA-nın xəbərinə görə, bu barədə səfirliyin “Facebook” səhifəsində məlumat verilib. “Hazırkı vəziyyətlə əlaqədar olaraq martın 19-dan etibarən viza və konsulluq şöbəsinin fəaliyyəti 15 aprel tarixinədək dayandırılır”, – deyə səfirliyin məlumatında qeyd olunub.

Manat bu valyutalar qarşısında 24 faizədək bahalaşıb

Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutaları Manat qarşısında ucuzlaşırlar. Marja-nın Mərkəzi Banka istinadən məlumatına görə, 2020-ci ilin əvvəlindən bəri 1 Rusiya Rublu Manat qarşısında 24,4% dəyərdən düşərək 0,0275 manatdan 0,0208 manata düşüb. Eyni dövrdə 1 Türk Lirəsi 8,9% ucuzlaşaraq 0,2870 manatdan 0,2616 manata geriləyib. 1 Gürcüstan larisi 9,8% ucuzlaşaraq 0,5947 manatdan 0,5365 manata, 1 Qazaxıstan tengəsi […]

“Sovqatların göndərilməsi və məhkumlarla görüş məhdudlaşdırılıb” – Ombudsman Aparatı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri, o cümlədən Müvəkkilin Gəncə və Şəki regional mərkəzlərinin nümayəndələri tərəfindən Koronavirus (COVİD-19) infeksiyasına qarşı görülən qabaqlayıcı tədbirlərin və sanitariya vəziyyətinin öyrənilməsi üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, 10 və 17 saylı cəzaçəkmə müəssisələrinə, 2 saylı İstintaq […]

Bu gündən birinci sinfə qeydiyyat dayandırılır

Martın 19-u saat 16:00-dan etibarən birinci sinfə elektron qeydiyyat müvəqqəti dayandırılır. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Elektron qeydiyyat sistemi martın 29-u saat 12:00-dan etibarən yenidən aktivləşəcək. Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Birinci sinfə elektron qeydiyyat prosesinə martın […]

Kürdəmirdə 49 yaşlı kişi intihar etdi

Kürdəmir rayon sakini intihar edib. “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında Cəyli kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 1971-ci il təvəllüdlü Yusif Əlmövsüm oğlu Dadaşov yaşadığı evdə özünü asıb. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanları və prokurorluğunun əməkdaşları cəlb olunub. Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd […]

“Müşahidə olunan hava koronavirusun inkişafına mənfi təsir göstərir” – Umayra Tağıyeva

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva son günlərin hava şəraitini şərh edib. APA-nın xəbərinə görə, o bildirib ki, bir neçə gündür hava şəraiti gözlənildiyi kimi nəzərəçarpacaq dərəcədə dəyişib. Əgər mart ayının birinci ongünlüyündə nisbətən alçaq təzyiq sahəsi və cənub-şərq, cənub hava axınları fonunda temperatur iqlim normasından 5-7 dərəcə artıq idisə, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031