Dünyada koronavirusdan ölənlərin sayı 20 min 500 nəfəri keçdi – Yeni CƏDVƏL

Koronavirus (COVİD-19) infeksiyası ilə bağlı dünyada yoluxma və ölüm sayı sürətlə artır. Musavat.com xarici mənbələrə istinadən bildirir ki, yoluxmaya görə ümumi göstəricilər üzrə ilk beşlikdə Çin, İtaliya, Amerika, İspaniya və Almaniya gəlir. Artıq 4 gündür ki, bu göstərici dəyişməz olaraq qalır. Çində son saatlarda koronavirusa 47 nəfər yoluxub, 4 nəfər isə dünyasını dəyişib. Bu ölkədə […]

TARİXİ SINAQ DÖVRÜ – Hansı sahibkarlar dövlətin yardımına bel bağlaya bilər?

Hazırda dünyanın demək olar ki, bütün ölkələri koronavirus (COVID-19) pandemiyasının iqtisadiyyata mənfi təsirlərindən əziyyət çəkir. Hər bir ölkə öz iqtisadi gücünə və milli iqtisadiyyatın xüsusiyyətlərinə uyğun olaraq bu virusun mənfi təsirlərini minimuma endirmək üçün tədbirlər görür.  Prezident İlham Əliyev bu günlərdə koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluğa və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması […]

Putin referendumu təxirə saldı

Rusiya Prezidenti Vladimir Putin koronavirus təhlükəsi ilə bağlı xalqa müraciət edib. APA nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Prezidenti koronavirus epidemiyasının yayılmasına görə Konstitusiyaya dəyişikliklərlə bağlı aprelin 22-nə təyin olunan ümumxalq səsverməsinin qeyri-müəyyən vaxtadək təxirə salındığını bildirib. O, ölkə əhalisinin sağlamlığının daha vacib olduğunu söyləyib.

Satışda kifayət qədər spirt olacaq, zəruri sayda maska istehsal ediləcək- RƏSMİ

Yaxın günlərdə pərakəndə satışda kifayət qədər spirt olacaq və maskaların istehsalı üçün əlverişli şərait yaradılacaq Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ökədə spirt və maskalarla bağlı yaranmış qıtlıq bu məhsullara həm dünyada, həm də daxildə tələbatın qısa müddətdə artması ilə əlaqəlidir. Hazırda dünyada maska istehsalçıları 24 saatlıq istehsal rejimində işləsələr də tələbi ödəməkdə çətinlik […]

COVİD-19 və QİÇS: Bənzərliklər və fərqliliklər

Koronavirus epidemiyası miqyasından daha çox yayılma sürətinə görə digər infeksiya xəstəliklərindən fərqlənir. Məlum olduğu kimi, miqyasına görə dünyada hazırda virusla keçən xəstəliklərin başında QİÇS, yəni qazanılmış immun çatışmazlığı sindromu gəlir. Fransız jurnalist, yazıçı, QİÇS-ə qaşrı mübarizə üzrə aktivist və “Act Up” təşkilaırnın təsisçisi Didye Lestrad “Slate.fr” saytında məqaləsində iki epidemiya arasındakı bənzərliklərə və fərqliliklərə diqqət […]

Almaniyanın Köln Universitetinin professoru: Azərbaycan koronavirusa qarşı mübarizədə bir çox ölkələrə örnəkdir

Əvvəla onu bildirmək istəyirəm ki, son günlər Azərbaycanda atılan alqışa layiq profilaktik tədbirlərə nəzər salsaq, onların birbaşa insanların sağlamlığına hesablandığını görürük. Bu da Avropa ölkələrindən heç də fərqlənmir. Hətta diqqətlə nəzər salsaq görərik ki, bəzi profilaktik tədbirlər bir çox ölkədən daha tez atıldı. Ona görə də cəsarətlə pandemiya dövründə Azərbaycanda ölüm sayının çox olmayacağı proqnozlaşdırılır. […]

Koronavirus: tarixin gedişini dəyişən 5 epidemiya

Koronavirus epidemiyası dünya miqyasında milyonlarla insanın yaşayış tərzini ciddi şəkildə dəyişir və bu dəyişiklərin çoxu qalıcı olacaq. Xəstəliklər xanədanlıqların çökməsindən tutmuş müstəmləkəçiliyin artmasına, hətta iqlim dəyişikliyinə qədər uzunmüddətli təsir gücünə malik olub. XIV əsr vəbası və Qərbi Avropanın yüksəlişi 1350-ci illərdə Avropanı bürüyən böyük vəba epidemiyası əhalinin 3 faizinin ölümüylə nəticələnib. Ancaq milyonlarla insan itkisindən […]

Dünyada koronavirusa yoluxanların sayı 400 MİNİ ÖTDÜ

Ötən sutka ərzində bütün dünyada koronavirusa təxminən 40 min yeni yoluxma halı qeydə alınıb. Virtualaz.org xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında deyilir. Yoluxanların sayı 39 min 827, ölənlərin sayı isə 1722 nəfər artıb. Bununla da Covid-19 daşıyıcılarının sayı 422 min 829, virusdan dünyasını dəyişənlərin sayı 18 min 904 nəfər olub. Məlumatda qeyd edilir […]

Moskva və Londondan 151 nəfər Azərbaycana qaytarıldı

Martın 25-nə keçən gecə AZAL Moskva və Londondan iki reys yerinə yetirərək 151 nəfər Azərbaycan vətəndaşını vətənə qaytarıb. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən virtualaz.org-a daxil olan məlumata görə, ölkəyə qayıdan hər bir vətəndaş tibbi müayinədən keçib və karantinə yerləşdirilib. Qeyd edək ki, vətəndaşların ölkəyə qayıtması tarixləri Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın apardığı hazırlıq […]

Azərbaycanla İran arasında sərhədin bağlanması müddəti uzadıldı

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədinin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadılır. Bu barədə virtualaz.org-a Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirus infeksiyasının (COVİD-19) qlobal pandemiya elan olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikası ərazisində […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031