Rusiya bütün ölkələrlə sərhədlərini bağlayır

Rusiya bütün ətraf ölkələrlə sərhədlərini bağlayır. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə müvafiq qərarı Rusiyanın Baş naziri Mixail Mişustin imzalayıb. Qərara əsasən, ətraf ölkələrlə olan bütün quru, su, çay, avtomobil, piyada keçid məntəqələri, həmçinin Rusiya – Belarus sərhədi müvəqqəti bağlanacaq. Martın 30-dan etibarən tətbiq olunacaq məhdudiyyətlər rus diplomatlarına və onların ailələrinə, Rusiya vətəndaşlarına və […]

Karantində qalmaq üçün kişi namizəd axtarır – FOTOLAR

Futbol matçlarını izləyərkən geyimləri ilə daim diqqət mərkəzində olan Maria Liman maraqlı açıqlama verib. Fanat.Az xəbər verir ki, Londonda yaşayan gənc model koronavirus səbəbi ilə karantin günlərini onunla birgə evdə keçirmək üçün kişi namizəd axtardığını bildirib. Marianın tələbi həmin şəxsin koronavirus xəstəsi olmaması, yaraşıqlı və cəsarətli olmasıdı.

Türkiyədə koronavirusdan ölənlərin sayı 108 oldu

Türkiyədə koronavirusdan ölənlərin sayı 108 nəfərə çatıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter səhifəsində yazıb. O bildirib ki, son sutka ərzində daha 16 nəfər dünyasını dəyişib. Bu gün aparılan 7 min 461 testdən 704-ü pozitiv çıxıb. Bununla da koronaviruslu xəstələrin sayı 7 min 402-yə çatıb.

“QOHUMLARLA ÜNSİYYƏTDƏN QAÇIRAM…” – Siyasətçilər karantin rejiminə necə əməl edir?

“Karantin rejiminə əməl edirəm, amma Milli Məclisin iclasında da iştirak edəcəm”. Sfera.az-a açıqlamasında bu sözləri koronavirus təhlükəsi fonunda tanınmış siyasətçilərin evdə qalaraq karantin rejiminə əməl edib-etmədikləri barədə sualı cavablandırarkən Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının 67 yaşlı sədri Asim Mollazadə deyib: “Karantin rejiminə əməl edirəm, bunu hamıya da tövsiyyə edirəm. Pandemiyaya ciddi yanaşmalıyıq. Ona qarşı ən gözəl mübarizə üsulu […]

“8-ci kilometr” bazarı bağlandı: Satıcıların son iş günü belə yadda qaldı – VİDEO

Əhalinin çox sıx olduğu və koronavirus təhlükəsinin yüksək olduğu yerlərdən biri də “8-ci kilometr” bazarıdır. Sabahdan etibarən bazarın meyvə-tərəvəz satılan hissəsi istisna olmaqla, qalan bütün geyim və xırdavat dükanları bağlı olacaq. Musavat.com-un müxbiri axşam saatlarında bazara baş çəkərək vəziyyətlə maraqlanıb. Bazarın qapalı hissələrinin qapısı qıfıllı olsa da bayırda açıq havada piştaxta quraraq mallarını satanlar gün […]

“Yalnızam, yalnız, 70 yaşında qadın da olsa, məni evləndirin” – 86 yaşlı kişi polislərə belə dedi

Türkiyənin Çorum şəhərinnin Baxçalıevlər məhəlləsində yalnız yaşayan 86 yaşlı kimi sərt karantin rejiminə görə polisin “Qaynar xətti”nə zəng edib, bitən dərmanlarını gətirmələrini xahiş edib. Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 86 yaşlı kişi dərmanlarını gətirən polislərdən özəl xahiş də edib: “Məni evləndirin, yalnızam, yalnız. 70 yaşında bir qadınla da evləndirsəniz də, olar”. Polislər isə “Cəlal əmi, evləndirmə işçinə biz […]

Türk həkimlər koronavirusun müalicəsində İLKƏ imza atdılar

Türkiyə həkimləri koronavirus xəstələrinin müalicəsi üçün fərqli üsuldan istifadə edəcək. Publika.az xəbər verir ki, bu barədə Gaziantep Universitetinin rektoru, professor Ali Gür deyib. A.Gür bildirib ki, onlar koronavirusdan sağalan xəstələrdən qan örnəkləri götürəcəklər: “Bu qan örnəklərindəki bakteriyaları və digər virusları təmizləyərək, koronavirus xəstələrinin müalicəsində istifadə edəcəyik. ABŞ bu üsuldan istifadə etməyə başlayıb. Lakin onlardan fərqli […]

Professordan hamilə qadınlara XƏBƏRDARLIQ

Reproduktiv Tibb və Cərrahiyyə Dərnəyinin başçısı professor Timur Gürkan koronavirusun hamilə qadından körpəyə keçmə ehtimalı haqqında təəccüblü bir məlumat verib. Publika.az xəbər verir ki, T. Gürkan ana bətnindəki döllərin virusa yoluxma ehtimalının 20 faiz olduğunu deyib. Professor bildirib ki, 80% hamilə qadında yoluxma halı gerçəkləşməyəcək: “Bir həftə əvvələ qədər baş verən hadisələrdən əldə etdiyimiz məlumatlar […]

Almaniya qərar verdi – Ordu səfərbər edilir

Alman ordusu koronavirus epidemiyası ilə mübarizədə federal torpaqların rəhbərliyinə dəstək məqsədilə 15 min əsgəri səfərbər edəcək. İlkin məlumata görə, 15 min əsgər komendat saatına yuridiksiyasının sərhədlərini aşmamaq şərti ilə nəzarəti həyata keçirəcək. Teleqraf.com xəbər verir ki, bu barədə xəbəri general-leytenant Martin Şelleis mətbuat konfransında bildirib. General deyib ki, gələn həftə təcili yardım tələbləri səbəbindən 4 […]

Azərbaycan yığmasının 2 üzvü karantinə alındı

Voleybol üzrə Azərbaycan millisinin 2 üzvü karantinə alınıb. Publika.az federasiyaya istinadla xəbər verir ki, İsraildə çıxış edən Yuliya Kərimova və Polşada legioner həyatı yaşayan Marqarita Əzizova ölkəmizə yeni qayıtdıqlarından qaydalara uyğun olaraq, təcrid olunublar. Onlar müəyyən edilmiş karantin müddətini keçdikdən sonra evlərinə yollanacaqlar. Bundan başqa, koronavirus pandemiyası səbəbindən ölkə xaricində çıxış edən Azərbaycan millisinin bəzi […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031