İNHİSARÇI ŞİRKƏTLƏR ÜÇÜN YENİ MƏRHƏLƏ – Özəlləşdirmə hansı sahələrdə və necə aparıla bilər?

Dünən Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYIB) prezidenti Suma Çakrabarti arasında videokonfrans keçirilib. Konfrans zamanı S. Çakrabarti Azərbaycanda dövlət müəssisələrinin kommersiyalaşdırılması-özəlləşdirilməsi istiqamətində görüləcək işlər barədə danışıb. Müzakirələrdən belə anlaşılır ki, Azərbaycanda müəyyən dövlət müəssisələrinin özəlləşdirilməsinə hazırlıq aparılır. Koronavirus pandemiyasının yaratdığı böhran üzündən gəlirlərin azalması fonunda özəlləşmə mühüm gəlir mənbələrindən biri ola bilər. Hökumət bu addımı atarsa, hansı sahələrdən […]

Körpüdə intihara cəhdin qarşısı alınıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Masazır qəsəbəsində 1 nəfər körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. FHN-dən verilən məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

“ABŞ İranla nüvə proqramına dair iş planına qayıtmayacaq” – Pompeo

Rəsmi Vaşinqton İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli iş Planına qayıtmağa hazırlaşmır, ancaq silah satışı embarqosundan sonra silahlanmalara yol verməmək niyyətindədir. “Report” xəbər verir ki, bu barədə “Fox News” telekanalının efirində ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib. “2020-ci ilin oktyabrında İranla nüvə sazişinin şərtlərinə əsasən istənilən dövlət silahların adi növlərini İranın İslam Respublikasına sata bilərdi. […]

Tramp ABŞ-dakı COVID-19 testlərinin sayını açıqladı

ABŞ-da həkimlər COVID-19-la bağlı təxminən 6 milyon test keçiriblər. “Report” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib. “Biz koronavirusla bağlı təxminən 6 milyon test keçirdik. Bu istənilən başqa ölkədən çoxdur”, – Ağ Evdə biznes nümayəndələri ilə görüşündə dövlət başçısı deyib. Öz növbəsində ABŞ-ın vitse-prezidenti Mayk Pens də bildirib ki, hazırda ölkədə hər həftə koronavirusla bağlı milyon […]

Ər arvadının boğazını kəsərək öldürüb

Abşeronda qətl törədilib. APA-nın məlumatına görə, hadisə Qobu qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Anar Bəkirov aralarında yaranmış ailə münaqişəsi nəticəsində arvadı, 1993-cü il təvəllüdlü Leyla Bəkirovaya çoxsaylı bıçaq xəsarətləri yetirib və boğazanı kəsərək öldürüb. Faktla bağlı araşdırma aparılır.

OPEC+ çərçivəsində tədbirlərin icrası SOCAR-a tapşırılıb

Aprelin 9-da OPEC+ formatının 23 iştirakçı ölkəsi dünya bazarlarında Covid-19 pandemiyasının təsirindən yaranan iqtisadi resessiya şəraitini müzakirə edib, neftə olan tələb-təklifin tarazlaşdırılması üçün cari ilin 1 may tarixindən etibarən neft hasilatının gündəlik 9,7 milyon barel həcmində azaldılması barədə razılığa gəlib. Azərbaycan OPEC+ iştirakçısı kimi görüşdə iştirak edib və digər ölkələrlə birlikdə üzərinə hasilatın könüllü azaldılması […]

Bakıda maskalılar sürücünün 10 min dollar pulunu alıb

Bakı sakinini bıçaqla hədələyib 10 min dollar pulunu alıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 28-də saat 20 radələrində Bakı şəhər sakini C.Səfərovun idarə etdiyi “Renault” markalı avtomobili Bakıxanov qəsəbəsi ərazisində yaşadığı evin qarşısında saxlayarkən 2 maskalı şəxsin avtomobilə oturub ona bıçaqla ayağından xəsarət yetirərək 10.000 ABŞ dollarını cibindən götürərək getmələri barədə […]

Bakıda intihar – Qadın özünü 9-cu mərtəbədən atıb

Bakıda intihar hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1949-cu il təvəllüdlü Səmədzadə Fərqanə Hafiz qızı özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb. O, hadisə yerindəcə ölüb. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

PREZİDENT İCRA BAŞÇISINI VƏZİFƏSİNDƏN AZAD ETDİ – Sərəncam

Prezident İlham Əliyev Mahir Quliyevin Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Mahir Hacı oğlu Quliyev Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

Nərimanovda avtomobil qaz borusuna çırpılıb yandı

Bakıda avtomobil qəza törədib. Fövqəladə Hallar Nazirliyindən (FHN) virtualaz.org-a verilən məlumata görə, paytaxtın Nərimanov rayonunda “Hyundai” markalı minik avtomobili yol kənarındakı qaz borusuna çırpılıb. Nəticədə avtomobilin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930