“Bakcell” yeni irihəcmli internet paketini təqdim edib

Abunəçilərin irihəcmli internet trafikinə olan tələbatını ödəmək məqsədilə “Bakcell” şirkəti 30 manat dəyəri olan yeni 50 GB internet paketini təqdim edib. Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bu təklif sayəsində “Bakcell” öz abunəçilərinə Azərbaycanın ən üstün və ən sürətli mobil şəbəkəsinin tam potensialından istifadə etmək imkanı qazandırır. İri həcmli internet paketi yüksək keyfiyyətli video kontentə baxmaq və ya yükləmək, […]

Daha bir ölkədə koronavirusdan ilk ölüm qeydə alınıb

Ruandada koronavirusa yoluxan şəxs vəfat edib. Bu, ölkədə virusdan ilk ölüm faktıdır. “Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi açıqlayıb. Məlumata görə, Afrika ölkəsində indiyədək 359 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb. Onlardan 250-si sağalıb. Qeyd edək ki, Ruandada koronavirusa ilk yoluxma faktı martın 14-də qeydə alınıb. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında […]

ABŞ-da iğtişaşlar zamanı 1400-ə yaxın insan saxlanıb

ABŞ-da afroamerikalı Corc Floydun polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra ölməsi hadisəsinin səbəb olduğu iğtişaşlar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları mayın 28-dən bəri 17 şəhərdə 1383 nəfəri saxlayıb. Agentlik saxlananların sayının daha çox ola biləcəyini də qeyd edib. Xatırladaq ki, Corc Floydun ölümü ilə nəticələnən saxlanma anının videogörüntülərinin yayılması Minneapolisdə və başqa şəhərlərdə kütləvi qarışıqlıqlara səbəb olub. […]

Merkel G7-dən niyə imtina etdi? – Səbəb korona deyil…

ABŞ prezidenti Donald Trampla Almaniya kansleri Angela Merkel arasındakı Şimal Axını-2 layihəsinə görə olan fikir ayrılığı Merkelin G7 sammitində iştirakdan imtina etməsinə səbəb olub. Axar.az xəbər verir ki, bunu Tvitter hesabında rusiyalı senator Aleksey Puşkov qeyd edib. O bildirib ki, Trampla Merkel arasında bəzi məsələlərlə bağlı fikir ayrılıqları var: “Merkel hələlik ABŞ-da G7 sammitinə qatılmamaq […]

ABŞ-da Azərbaycanla bağlı bəyannamə qəbul edilib

ABŞ-ın Cənubi Karolina ştatının qubernatoru Henri MakMaster Azərbaycan Demokratik Respublikasının yaranmasının 102-ci ildönümü ilə əlaqədar bəyannamə imzalayıb. AZƏRTAC xəbər verir ki, bəyannamədə 1918-ci il mayın 28-də Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur. Sənəddə bildirilir ki, Azərbaycan Demokratik Respublikası […]

Tramp: “Tezliklə tarixin ən böyük silahına sahib olacağıq”

ABŞ Prezidenti Donald Tramp ölkəsinin tezliklə indiyə qədər mövcud olan ən böyük silaha sahib olacağını açıqlayıb. “Tezliklə Marsa eniş edəcəyik və tarixdə təsəvvür edilə bilən ən böyük silahlara sahib olacağıq”, – deyə, D.Tramp bildirib. ABŞ prezidenti hansı silahları nəzərdə tutduğunu açıqlamasa da, artıq hazırlıqlarla tanış olduğunu vurğulayıb. Bu cür silahın mövcudluğuna prinsipial olaraq inana bilmədiyini […]

Yaponiya dörd ölkənin vətəndaşları üçün giriş məhdudiyyətlərini yüngülləşdirə bilər

Yaponiya hökuməti koroanvirus pandemiyası ilə əlaqədar Vyetnam, Avstraliya, Yeni Zelandiya və Tailand vətəndaşları üçün ölkəyə giriş məhdudiyyətlərini yüngülləşdirə bilər. AZƏRTAC xəbər verir ki, bu barədə mayın 31-də “Yomiuri shimbun” qəzeti məlumat yayıb. Bildirilir ki, Yaponiya hökuməti virus yoluxmasının azalmasının qeydə alındığı həmin ölkələrlə iqtisadi əməkdaşlığı tezliklə bərpa etməkdə maraqlıdır. İlkin məlumatlara görə həmin ölkələrdən gələn […]

Sabahdan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanır

Sabahdan, iyunun 1-dən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start veriləcək. “Report”un xəbərinə görə, müsabiqədə iştirak etmək istəyən namizədlər www.miq.edu.az/yerdeyishme linki vasitəsilə qeydiyyatdan keçməlidirlər. Elektron sənəd qəbulu iyunun 5-i saat 23:59-da başa çatacaq. Qeyd edək ki, müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul […]

Nazirlikdən Şəkiyə girən ayı ilə bağlı açıqlama: Yatdı – Video

Bu gecə saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub. Şəki regional ekologiya idarəsindən Axar.az-a verilən məlumata görə, idarənin əməkdaşları polislə birgə ayının insanlar üçün təhlükə yaratmaması üçün tədbirlər görür, onun vəhşi təbiətə qaytarılması üsulları nəzərdən keçirilir. Vətəndaşlardan xahiş edilir ki, ehtiyatlı olsunlar, ayının müvəqqəti təcrid edildiyi, Axundzadə prospektinin 20 Yanvar […]

ABŞ-ın 25 böyük şəhərində komendant saatı tətbiq edilib

ABŞ-ın Minneapolis (Minnesota ştatı) şəhərində afroamerikalı Corc Floydun ölümünün səbəb olduğu etirazlarla əlaqədar ölkənin azı 25 böyük şəhərində komendant saatı tətbiq edilib. CNN-in məlumatına görə, əhalinin hərəkətinə məhdudiyyət gecə saatlarında Los-Anceles və Beverli-Hillz (Kaliforniya ştatı), Denver (Kolorado), Mayami (Florida), Atlanta (Corciya), Çikaqo (İllinoys), Luisvill (Kentukki), Minneapolis və Sent-Pol (Minnesota), Roçester (Nyu-York), Sinsinnati, Kolumbus, Deyton, Toledo və […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler