Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb. Bu barədə “Report”a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Eyni zamanda əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma […]

ÜST-dən uşaqlar arasında yayılan virusla bağlı açıqlama

“Avropa ölkələrində uşaqlar arasında yayılan kavasaki virusunun koronavirusun tərkib hissəsi olması məsələsi araşdırılır”. “Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı keçirdiyi onlayn brifinqdə çıxışı zamanı deyib. Handa Harmancı qeyd edib ki, COVID-19 ən az uşaqlara təsir edir: “Ölüm faktları olsa da, bu, çox az saydadır. Valideynlərə burdan üzümü tutub […]

“BU ADAMLARIN LƏĞV EDİLMİŞ BANKLARDAKI PULLARI BATACAQ” – “Təəssüf edirəm…”

Lisenziyaları ləğv edilmiş “AtaBank” və “Amrahbank”da iş adamlarının cari hesablarında olan vəsaitləri bata bilər. Marja.az-ın məlumatına görə, bunu bu gün keçirilmiş mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. O bildirib ki, sahibkarların üzləşdikləri vəziyyətə görə təəssüf hissi keçirir:“Təəssüf edirəm, qanunvericiliyin tələbi belədir. Bu banklarda hesab açmaq iş adamlarının öz seçimləri idi. Əmanətlərin Sığortalanması Fondu […]

16 il əvvəl vəfat etmiş yoldaşının adına maşın olub… – Buna görə, vətəndaşa müavinət verilmir!

Məlum olduğu kimi, pandemiya ilə bağlı hökumətin aztəminatlı vətəndaşlar üçün nəzərdə tutduğu 190 manatlıq birdəfəlik yardımın paylanması zamanı ortaya çoxsaylı problemlər çıxıb. Bu problemlər əsasən rəsmi orqanlarda vətəndaşların qeydiyyatı, ailə vəziyyəti, sosial durumu, rəsmi iş yerləri, sahibkarlıq fəaliyyəti və s. ilə bağlı qeyri-dəqiq məlumatların olmasından qaynaqlanır. “AzPolitika.info” vasitəsilə ölkə başçısına müraciət edən Nağiyev Oruc Sabir oğlu da […]

“”Amrah Bank”ın işçilərinin maaşının ödənilməsinə göstəriş vermişəm” – Elman Rüstəmov

“Amrah Bank”da apardığımız yoxlamalar göstərdi ki, bu bankda da “Atabank”da olduğu kimi ciddi kapital çatışmazlığı var”. “Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında bildirib. “Amrah Bank”ın rəhbərliyinə əlavə vaxt verilmişdi. Biz onlara bildirdik ki, əlavə maliyyələşmə üçün imkanlar var. Onlar da buna razı olmadıqlarını dedikdən sonra biz […]

Prezidentin köməkçisi və DSX rəisi Ermənistanla sərhədə getdi

Azərbaycan Respublikası Preziden­tinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administra­siyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhər­rəm Əliyev və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər. DSX-dan Yenicag.az-a verilən məlumata görə, səfər […]

Bu banklar da bağlana bilər – SİYAHI

Azərbaycanda fəaliyyət göstərən bütün bankların 2020-ci ilin 1-ci rübü üzrə nəticələri məlum olub. Yenicag.az xəbər verir ki, birinci rübün sonunda ölkədə 30 bank fəaliyyət göstərsə də, aprelin 27-də Mərkəzi Bankın qərarı ilə 4 banka müvəqqəti inzibatçı təyin edilib. Onlardan iki bankın «ATABank» və «Amrahbank»ın lisenziyası geri alınıb. Daha iki bank – «Ag bank» və «NBC […]

DTX BİLƏSUVARDAKI ƏMƏLİYYATIN GÖRÜNTÜLƏRİNİ YAYDI – Rəsmi açıqlama + VİDEO

Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin tətbiq edildiyi, dövlət strukturlarının fəaliyyətinin əhalinin sağlamlığının qorunması istiqamətində səfərbər olunduğu bir vaxtda bəzi vəzifəli şəxslərin mövcud vəziyyətdən şəxsi maraqları naminə istifadə edərək vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərə yol vermələrinə dair məlumatlar əsasında araşdırma tədbirləri həyata keçirilməkdədir. Dövlət Təhlükəsizliyi […]

KAMRAN ƏLİYEV BAŞ PROKUROR KİMİ GÖRƏCƏYİ İŞLƏRİ AÇIQLADI – “Əsas vəzifələr bunlardır…”

“Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsindən qaynaqlanan və hazırda davam etdirilən islahatlar bu yeni dövrdə Azərbaycan prokurorluğu qarşısında yeni və olduqca mühüm vəzifələr qoyur”. “Report” xəbər verir ki, bunu Milli Məclis tərəfindən ölkənin Baş prokuroru vəzifəsinə təyin edilməsinə razılıq verilmiş Kamran Əliyev parlamentin bu gün keçirilən iclasında deyib. K.Əliyev bildirib ki, bu konteksdə prokurorluq qarşısında […]

Böyük Vətən müharibəsi iştirakçıları təltif edilib – Sərəncam

Prezident İlham Əliyev Böyük Vətən müharibəsi iştirakçılarının “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 1941–1945-ci illər Böyük Vətən müharibəsi cəbhələrində döyüş əməliyyatlarında iştirak etmiş, faşist işğalçılarına qarşı gizli mübarizə aparmış, arxa cəbhələrdə çalışmış, həmin dövrdə SSRİ Silahlı Qüvvələrində xidmət etmiş şəxslər “Böyük Vətən […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler