Təhsil nazirindən əmr: Mayın 31-dək təhsil müəssisələrində iş rejimi

Təhsil naziri Ceyhun Bayramov koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə tətbiq edilən xüsusi iş (əmək) rejiminin müddətinin uzadılması barədə Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli, 163 nömrəli Qərarının, 16 mart 2020-ci il tarixli 1/384 nömrəli və 2 may 2020-ci il 10/541 nömrəli məktublarında verilən tapşırıqların icrasını […]

Karantin rejimi sərtləşdirilə bilər, vəziyyət pisləşməyə doğru gedir – XƏBƏRDARLIQ

Əgər yoluxma halları artarsa, ola bilər ki, regional olaraq, yaxud da ölkə ərazisində karantin rejimi sərtləşdirilsin. Publika.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın brifinqində deyib. “Hər birimiz normal həyat tərzinə qayıtmaq istəyirik. Amma ilk olaraq insanların sağlamlığı əsas məsələdir. Bu gün qaydalara heç kim riayət etmək […]

Ermənilər Qarabağda PUA-ların iştirakı ilə hərbi təlimlərə başladı – FOTOLAR

Ermənistan ordusu Azərbaycanın müdafiə naziri Zakir Həsənovun cəbhənin Talış kəndi istiqamətinə gəlməsi fonunda hərbi təlimlərə start verib. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, taktiki təlimlərdə xüsusi təyinatlı qüvvələr və pilotsuz uçuş aparatlarından istifadə olunub. Təlimlər zamanı şəri düşmənin arxa cəbhəsinə keçərək diversiya aksiyalarının törədilməsi məşq olunub.

DÖVLƏT VERGİ XİDMƏTİNİN ƏMƏKDAŞLARI TUTULDU

etÖlkəmizdə əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi mənfi amillərə, o cümlədən müxtəlif sahələrdə korrupsiya hüquqpozmalarına və onları törətmiş vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsinə müvafiq olaraq kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir. Baş Prokurorluğun və İqtisadiyyat Nazirliyinin mətbuat xidmətlərinin “Report”a daxil olan birgə məlumatında bildirilir […]

“BAĞLANMIŞ BANK YAĞLI TİKƏDIR, ƏMLAKINI DA TALAMAQ LEŞYEYƏN MƏMURUN…” – Ekspertdən ŞOK ittihamlar

Birneçə gün əvvəl Azərbaycan Mərkəzi Bankı tərəfindən 4 bankın – “Amrahbank”, “NBC Bank”, “Ata Bank” və “AGBank”-ın bağlanmasına və onlardan ikisinin lisenziyasının ləğv edilməsinə dair verilən qərar ölkənin bank sektoruna olan zəif inamı bir qədər də sarsıtmış oldu. Bu bankların əmanətçiləri və onlarda depozitləri olan biznes subyektləri olduqca çətin duruma düşdü. Təcrübə göstərir ki, əksər hallarda […]

Bundesliqanın bərpa tarixi bilinib

Almaniya Bundesliqasında koronavirus pandemiyası ilə əlaqədar dayandırılan mövsümün bərpa olunması tarixi müəyyənləşib. Apasport.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Bildirilir ki, Bundesliqada oyunların mayın 15-dən bərpa edilməsi qərara alınıb. Almaniya hökumətinin bunu sabah açıqlaması gözlənilir. Qərara asasən, mövsümün qalan oyunları azarkeşsiz keçiriləcək. Qeyd edək ki, Almaniya Bundesliqası XXV turdan sonra dayandırılıb.

MUSA QASIMLI İCRA BAŞÇISINI MÜDAFİƏ ETDİ – Sabir Rüstəmxanlı cavabını verdi

“Yaranmış şəraitdən həm ölkə daxilində, həm də xaricdə siyasi alver məqsədilə istifadə edənlər, öz şəxsi maraqları naminə dövlətin ümumi siyasətinə kölgə salmaq istəyənlər dövlətin hər şeyi gördüklərini bilməlidirlər”. “Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Musa Qasımlı deyib. Onun sözlərinə görə, dövlət orqanlarının fəaliyyətinə heç bir şəkildə […]

Bakı Ali Neft Məktəbinin daha 6 tələbəsi diplomsuz işə qəbul oldu

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri qlobal neft-qaz şirkəti olan “Technip FMC”-də işə qəbul olub. Onlar Ali Məktəbin Kimya mühəndisliyi ixtisasının V kurs tələbələri Cavid Məmmədli, Fidan Quliyeva, Cavid Məcidov, Faiq Hacıbalayev, Arzu Abdullayeva və Neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbəsi Elgün Yusifovdur. Tələbələr sözügedən şirkətdə Kiçik proses mühəndisi kimi işə başlayıblar. Adıçəkilən tələbələr Heydər Əliyev Fondu və […]

Sabahın hava proqnozu

Mayın 06-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gecəyə doğru isə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 21-26° isti olacaq. Bakıda gecə 17-19° isti, […]

Avropada koronavirusdan ən çox ölümün qeydə alındığı ölkə dəyişdi

Böyük Britaniya pandemiya qurbanlarının sayına görə Avropada birinci yerə yüksəlib.“Report” xəbər veri ki, bu barədə məlumatı ölkənin Milli Statistika Komitəsi yayıb. Yenilənmiş statistikaya görə, krallıqda koronavirusdan ölənlərin sayı 30 000-dən çoxdur. Beləliklə, Böyük Britaniya ABŞ-dan sonra dünyada koronavirusun ən çox ölümə səbəb olduğu ikinci ölkədir. Qeyd edək ki, ötən gün ölkənin Səhiyyə Nazirliyinin açıqlamasında 28 734 nəfərin pandemiya qurbanı […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler