Bu da 190 manat alanların tam siyahısı

İşsizlərdən və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılardan daha 100 min aztəminatlı üçün birdəfəlik vəsait (190 manat) köçürülüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, bununla da pandemiya ilə əlaqədar mühüm sosial dəstək proqramlarından biri olan birdəfəlik ödəmə proqramı üzrə 600 min şəxsin müəyyən edilməsi və onlara […]

“Yelo Bank”ın vəzifəli şəxslərinə cinayət işi açıldı

“Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində bankın 12 saylı filialının direktoru Şükür Həsənovun filialın xəzinədarı Babək İbrahimli ilə birgə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və ya üçüncü […]

Ərinin 12 dəfə bıçaqladığı qadının dəhşətli həyatı (VİDEO)

Onların makiyajı həyat yoldaşları tərəfindən edilir. Ya yumruq, ya da təpik zərbələri ilə. Gözlərinin içinə sızan qan qədər vəhşətli, bədənləri kimi qapqara həyat yaşayan bu şəxslər zorakılığa məruz qalan qadınlardır. Elə müsahibimiz də həyatın bu acı tərəfini yaşayan qadınlardan biridir. Qaynarinfo APA TV-yə istinadla xəbər verir ki, şərti adı Xalidə Rzayeva olan 30 yaşlı həmin […]

Sabahdan bu istiqamətdə qatarların sayı çoxaldılır – Yeni hərəkət qrafiki

Mayın 4-dən etibarən ölkə ərazisində karantin rejiminin yumşaldılması ilə əlaqədar bəzi iş yerlərinin açılması nəticəsində Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara sərnişin tələbatı artıb. “Azərbaycan Dəmir Yolları” QSC-dən “Qafqazinfo”ya verilən məlumata görə, bunu nəzərə alaraq, sabahdan həmin istiqamətdə qatarların sayı çoxaldılacaq. Qatarların yeni hərəkət qrafiki ilə ətraflı aşağıdakı cədvəldə tanış ola bilərsiniz:

Azərbaycan cəbhəboyu zonada yeni hərbi hissə tikir (FOTO/VİDEO)

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Prezidentin köməkçisi –  Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan Ordusunun şəxsi heyətinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan islahatlar çərçivəsində cəbhəboyu zonada tikintisi yekunlaşmaqda olan hərbi hissədə olublar. Bu […]

Alimlərdən istilərlə bağlı xəbərdarlıq: 3,5 milyard insan…

İqlim dəyişikliyi ilə mübarizə aparılmasa, dünya miqyasında milyonlarla insan 2070-ci ilə qədər ağır şərtlər altında yaşaya bilər. Qaynarinfoxarici mətbuata istinadən xəbər verir ki, bu barədə Hollandiyanın Vageningen Universitetinin alimləri araşdırma aparıb. Karbon emissiyalarının miqdarının pik səviyyələrə çıxarıldığı bir modeldən istifadə edilərək aparılan araşdırma göstərib ki, emissiyalar kəsilməsə istilər 15 dərəcəyə qədər arta bilər. Bunun isə […]

Qəhrəman İbrahimovun cənazəsi ailəsinə təhvil verildi

Qazaxıstan Respublikasının Sərhəd Xidmətinin Sahil Mühafizə­sinin əməkdaş­ları tərəfindən öldürülən Neftçala rayonu sakini, 1969-cu il təvəllüdlü İbrahimov Qəhrəman Kamil oğlunun cənazəsi bu gün qəbul edil­ib. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı Dövlət Sərhəd Xidməti məlumat yayıb. Artıq cənazə mərhumun ailəsinə təhvil verilib. Xatırladaq ki, Q. İbrahimov 30 apreldə Xəzər dənizinin mərkəzi istiqamə­tində Qazaxıstanın Sərhəd Xidmətinin Sahil Mühafizə­sinin əməkdaş­ları tərəfindən Xəzər dənizində 4 […]

Bu tarixdən etibarən karantin rejim yenidən sərtləşdirilə bilər – XƏBƏRDARLIQ

Xəbər verdiyimiz kimi dünən Azərbaycanda daha 76 nəfər koronavirusa yoluxub, 28 nəfər isə sağalıb. Ölkə ərazisində koronavirusa yoluxanların sayı artarsa mayın 11-dən karantin rejim sərtləşdirilə bilərmi? Bununla sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, etiraf etməliyəm ki, son günlərin statistikası məyus edicidir: “Vətəndaşlarımız hər gün koronavirusa yoluxanların sayının azalması və karantin rejiminin yüngülləşdirilməsi ilə bağlı […]

Azərbaycanda koronavirusla bağlı yeni qayda – SMS göndəriləcək

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində ölkədə həyata keçirilən tədbirlərə dəstək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsi tərəfindən ölkə üzrə 120 nümunə qəbulu məntəqəsi və 19 laboratoriya avtomatlaşdırılıb. Agentlikdən Cumhuriyyet.az-a verilən məlumata görə, sözügedən müəssisələr kompüter avadanlıqları, printerlər, bar kod oxuyucuları, operativ şəkildə nümunələrin qəbulu və nəticələrin əldə […]

İctimai TV-yə tülkü girdi – Video

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yerləşdiyi binanın həyətinə tülkü girib.  “Qafqazinfo” xəbər verir ki, vəhşi heyvanı kanalın mühafizə xidmətinin əməkdaşları həyətyanı sahədən tapıblar. Onların sözlərinə görə, bala tülkü ətrafda yaşayan pişiklər üçün təhlükə yaradıb. Qeyd edilir ki, sözügedən heyvan aidiyyatı üzrə təhvil veriləcək.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler