NAZİRLİYİN BAŞ İDARƏ RƏİSİ DƏ SAXLANILIB – Foto

Daha əvvəl xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti bu gün Mədəniyyət Nazirliyində əməliyyat-istintaq tədbirləri keçirib. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, nazirliyin Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov da saxlanılıb. Məlumatda saxlanılanların evlərində axtarışların aparıldığı da bildirilir

Futbolda əvəzetmələrin sayı rəsmən artırılıb

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) oyun qaydalarında müvəqqəti dəyişikliklər edib. Apasport.az saytının məlumatına görə, bunlar koronavirus pandemiyası üzündən dayandırılan turnirlərin 2020-ci il dekabrın 31-dək keçiriləcək oyunlarına tətbiq ediləcək. Bu müddətdə komandalara 5 əvəzetmə hüququ veriləcək. Bunlar 3 dəfəyə gerçəkləşməlidir. Həmçinin fasilədə dəyişiklik etmək mümkündür. Əlavə vaxtın oynanıldığı matçlarda bu rəqəm 6-ya yüksələ bilər. Bu, həmin […]

“Neftin qiymətində azalma ehtimalı azdır” – Fatih Birol səbəbləri açıqladı

Beynəlxalq Enerji Agentliyinin (UEA) sədri Fateh Birol neftdə keçən ay olduğu kimi yenidən mənfi qiymət gözləmədiyini söyləyib.  “Bloomberg” agentliyinin məlumatına görə, Birol qiymətlərin yüksəlməsi üçün 2 faktora baxılacağını bildirib: “Birincisi, iqtisadi aktivliyin artması, ikincisi ölkələrin karantinləri yüngülləşdirməsinin nəqliyyat sektoruna nə qədər can verəcəyidir. İşlər normal şəkildə davam etsə, qiymətlərin bu səviyyələrdə olacağını düşünürük. İnsanlar evdən çıxarsa ,iqtisadiyyatda […]

Dolların mayın 12-nə olan məzənnəsi açıqlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) dolların mayın 12-nə olan məzənnəsini açıqlayıb. 12.05.2020-ci il tarixindən etibarən Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

DTX BU NAZİRLİKDƏ ƏMƏLİYYAT KEÇİRİB – Nazir müavini və bir neçə vəzifəli şəxs saxlanılıb + ADLAR (Yenilənir)

Dövlət Təhlükəsizliyi Xidmətinin bu gün Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılanların bəzilərinin adları məlum olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yoxlama və əməliyyat-istintaq tədbirləri yekunlaşdıqdan sonra bir neçə şəxs saxlanılaraq DTX-yə aparılıb. Onların sırasında nazirliyin Mədəniyyət baş idarəsinin rəisi Cəlil Məlikov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov və mətbuat […]

DİN vətəndaşlara xəbərdarlıq etdi

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 2020-ci il mayın 1-dən ölkə ərazisində xüsusi sanitar rejim tətbiq edilir. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bu məqsədlə əhalinin sanitar qaydalara əməl etməsi üçün paytaxt Bakı, eləcə də Respublikanın bütün şəhər və rayonlarında polis, həmçinin Daxili Qoşunların […]

DTX DAHA BİR VƏZİFƏLİ ŞƏXSİ HƏBS ETDİ – Bakı memarlığının “qəbirqazanı” saxlanılıb

Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaçları tərəfindən saxlanılıb. Xəbəri haqqin.az portalı yayıb. Xatırladaq ki, portal uzun illər idi Z. Sultanovun korrupsiya əməlləri, xüsusən də yüksək vəzifəli şəxslər və icra hakimiyyəti başçıları ilə sövdələşməyə gedərək köhnə Bakıda dövlət mühafizəsi altında olan […]

DTX ƏMƏLİYYAT APARARKƏN NAZİR DƏ ORADA OLUB

Dövlət Təhlükəsizliyi Xidmətinin bu gün Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılanların bəzilərinin adları məlum olub. Yoxlama və əməliyyat-istintaq tədbirləri yekunlaşdıqdan sonra bir neçə şəxs saxlanılaraq DTX-yə aparılıb. Onların sırasında nazirliyin Mədəniyyət baş idarəsinin rəisi Cəlil Məlikov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov və mətbuat katibi İntiqam Hümbətov də var. Nazirin müavini Rafiq Bayramov və Zakir Sultanovun evində də axtarışlar […]

ÜST koronavirusun mənbəyini açıqladı

Koronavirus yarasalardan təbii yolla keçib və Çindəki heyvan bazarının virusun yayılmasında böyük rolu olub. “Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlayıb. Qeyd edək ki, mayın 6-da Çin Qızıl Xaç Komitəsinin sədri Çen Ju pandemiya bitənədək ölkəsinin koronavirusun mənbəyini araşdıran heç bir beynəlxalq mütəxəssisi qəbul etməyəcəyini vurğulayıb. Xatırladaq ki, son günlər ABŞ prezidenti […]

“Amrah Bank” və “Atabank”dakı əmanətlər “Kapital Bank” vasitəsilə qaytarılacaq

Azərbaycan Mərkəzi Bankının aprelin 28-də lisenziyalarını ləğv etdiyi “Amrah Bank” və “Atabank” ASC-lərdə sığorta hadisəsi “Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq 28 aprel müəyyən edilib. Bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, Fondun Himayəçilik Şurasının qərarına əsasən qorunan əmanətlərin qaytarılması üçün agent-bank qismində “Kapital Bank” ASC seçilib. Kompensasiyalar nağdsız […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler