Sabah 26 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər saatlarında duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 9-11° isti, gündüz 18-21° isti, Bakıda gecə 9-11° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi […]

“Koronavirusa qalib gəldik” deyən ölkədə yenidən karantin başladı

Koronavirus pandemiyası ilə əlaqəda artıq bir çox ölkələrdə sosial məsafə və karantin rejimində yumşalma tətbiq edilsə də Asiyada virusun ikinci dalğası özünü göstərməyə başlayıb.  Belə ki, Çinin Rusiya və Cənubi Koreya ilə sərhəd əyaləti olan Jilində 11 nəfərdə koronavirus aşkarlanıb. Bu səbəbdən əyalət yenodən karantin altına alınıb. Uhanda isə 6 nəfər virusa yoluxub, onların hamısı […]

Sabahdan ali təhsil müəssisələrinə sənəd qəbulu başlayır

Sabahdan ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin sənəd qəbulu başlayır. “Report” xəbər verir ki, onlayn şəkildə keçiriləcək proses 12 may-5 iyun tarixlərini əhatə edəcək. Qəbul imtahanlarının iyulun 20-dən sonra bir dəfə keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq. I-IV ixtisas qruplarının biri üzrə imtahanda […]

Dünya Kubokunun Bakıda keçirilməsi müzakirə olundu

Beynəlxanlq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) İdarə Heyəti videokonfrans keçirib. “Report”un məlumatına görə, iclas zamanı bir sıra məsələlər, eləcə də 2020-ci ilin noyabr ayında Bakıda paracüdo üzrə Dünya Kubokunun və beynəlxalq təlim-məşq toplanışının keçirilməsi məsələsi müzakirə edilib. Qərara alınıb ki, Dünya Kubokunun keçirilməsi ilə bağlı son qərar dünyada yayılmış koronavirus (COVID-19) pandemiyasının bitəcəyi halda veriləcək […]

Koronavirusun ikinci dalğasına hazırlaşın – Avrokomissiyadan çağırış

Avropa İttifaqına (Aİ) üzv ölkələr yeni koronavirus (COVID-19) infeksiyasının mümkün ikinci dalğasının başlamasına hazırlaşmalıdır. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının nümayəndəsi bildirib. “Risklərin son qiymətləndirilməsinin nəticələrinə əsasən, üzv ölkələr ikinci dalğaya hazırlaşmalıdır”, – deyə o qeyd edib.

Paşinyan Təhlükəsizlik Şurasının katibini Qarabağa göndərdi

Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan işğal olunmuş Dağlıq Qarabağa göndərilib. Virtualaz.org bildirir ki, xəbəri “Novosti Armeniya” yayıb. Qeyd olunur ki, səfər iki gün (11-12 may) davam edəcək. A. Qriqoryan qayıtdıqdan sonra üç gün ərzində səfərin nəticələri barədə N.Paşinyana məlumat verəcək.

Çin-Hindistan sərhədində qarşıdurma

Hindistan və Çinin sərhədində yerləşən Sikkim əyalətinin Naku La rayonunda iki ölkənin əsgərləri arasında qarşıdurma olub. Bu barədə “Hindustan Times” məlumat yayıb. Bildirilir ki, 150 Hindistan və Çin əsgəri arasında baş vermiş qarşıdurmada 4 hindistanlı və 7 çinli sərhədçi yaralanıb. Qarşıdurmanın səbəbi məlum deyil. Azvision.az xatırladır ki, tərəflər arasında tez-tez insident yaranır. Bu isə Hindistanı […]

Rusiya koronavirusa yoluxanların sayına görə Britaniyanı ötdü

Rusiyada son sutkada 11 min 656 nəfər koronavirusa yoluxub, ölkədə ümumi yoluxma sayı 221 min 344-ə yüksəlib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, yoluxma halları 85 bölgədə qeydə alınıb. Qeyd olunur ki, son 24 saat ərzində 94 nəfər ölüb. Xəstəlikdən vəfat edənlərin ümumi sayı 2009 nəfərdir. İndiyə kimi 39 min 801 nəfər (5495 son sutkada) sağalıb. […]

Güclü yağış Qubada fəsadlar törədib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Quba rayonunun Çartəpə kəndində, yağan yağışlar nəticəsində Qusarçay çayında suyun səviyyəsi qalxmış və kəndin bəzi ərazilərinin (həyətyanı sahələr, yollar) yağış suları ilə dolması barədə məlumat daxil olub. Virtualaz.org FHN-in saytına istinadən bildirir ki, yağışın törətdiyi fəsadların aradan qaldırılması üçün nazirliyin Şimal Regional Mərkəzindən 3 nəfərdən ibarət canlı qüvvə, […]

“Azərbaycan konstruktivdir” dediyi üçün Paşinyana cinayət işi?

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru David Şahnazaryan yenə də Qarabağ məsələsinə görə baş nazir Nikol Paşinyana hücum çəkib. Virtualaz.org xəbər verir ki, bu dəfə Şahnazaryan Paşinyanın mayın 6-da parlamentdə çıxışı zamanı danışıqlarda Azərbaycan prezidentinin “konstruktiv görünməyə çalışdığı” haqda dedikləridir. Erməni KİV-lərinin xəbərlərinə görə, David Şahnazaryan yaydığı yazılı bəyanatında bunu “xəyanət” kimi qiymətləndirin. Onun bildirdiyi kimi, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler