DTX-nin tutduğu məmur işinə qayıtdı

Mayın 8-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanıldığı deyilən Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov yenidən vəzifəsinin icrasına başlayıb. Cumhuriyyet.az-a daxil olan məlumata görə, hazırda Cəlil Məlikov vəzifəsinin başındadır.

Baş prokuror beş prokuroru və Məzahir Pənahovun qardaşını vəzifəsindən AZAD ETDİ

Azərbaycanda 5 rayonun prokuroru vəzifədən azad edilib. Qazet.az xəbər verir ki, bununla bağlı yeni Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, aşağıda adları qeyd olunan şəxslər təqaüdə göndərilib: Xətai rayon prokuroru Yusif İldırımzadə, Sabunçu rayon prokuroru Ceyhun Şirinov, Nəsimi rayon prokuroru Salman Məmmədli, Qəbələ rayon prokuroru Məqsəd Orucov, Yevlax rayon prokuroru Elxan Pənahov. Eyni […]

Bakıda ağılasığmaz hadisə – Kişi avtomobilini pivəxanaya çevirdi – FOTO/VİDEO

Bakıdanın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində sanitar-karantin rejimi qaydalarına zidd olaraq gizli şəkildə fəaliyyət göstərən pivəxana aşkar edilib. Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı qəsəbənin R.Axundov küçəsində yerləşən “Kabak” restoranının sahibi Samir Qəhrəmanovun sanitar-karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi və müştəriləri qəbul etdiyi məlum […]

DTX tərəfindən saxlanan general kimdir? -DOSYE

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb. Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları […]

ARB və Xəzər TV-nin yayımı dayandırılacaq

Milli Televiziya və Radio Şurasının iclası keçirilib. Axar.az xəbər verir ki, iclasda həmçinin 7-10 may tarixlərində ölkənin televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub. 7 may 2020-ci il tarixdə “Xəzər” televiziya kanalının efirində yayımlanan “Qəlb oğrusu” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 40.2.2.-1-ci maddəsinin […]

BMT-dən yeni böhran xəbərdarlığı – Dünya əhalisini nələr gözləyir?

“Koronavirus pandemiyası dünyada zehni sağlıq böhranı yarada bilər, çünki bütöv cəmiyyətlər xəstəlik, ölüm, təcrid, iqtisadi əziyyətlərlə bağlı ümidsizlik içindədirlər”. Bu barədə BMT-nin yaydığı bəyanatda bildirilir. Qurumun səhiyyə ekspertləri mayın 14-də deyiblər ki, pandemiyanın ilk aylarında fiziki sağlığı qorumaq prioritetə çevrilsə də, mental sağlıq əhalinin özünə gəlməsinin əsas komponenti olacaq. “Depressiya və narahatlıq daxil mental sağlıq problemləri dünyamızda yaranmış mənəvi düşkünlüyün ən böyük […]

Sabah havanın temperaturu 28 dərəcəyədək artacaq

Sabah, mayın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-15, gündüz 19-22, Bakıda gecə 13-15, gündüz 20-22 dərəcə isti təşkil edəcək. Atmosfer […]

DTX-NIN HƏBS ETDİYİ RƏİSIN OBYEKTİ SÖKÜLDÜ – Fotolar

DTX-nın həbs etdiyi sabiq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması Dövlət Xidmətinin rəisi Zakir Sultanovun obyektinin əlavə tikilisi sökülüb. Musavat.com xəbər verir ki, Zakir Sultanova məxsus Nizami küçəsi, 62C ünvanında yerləşən “Casual Brasserie” kafesinin əlavə tikilisinin söküntüsünə mayın 12-də başlanıb. Söküntüdən sonra maraqlı mənzərə ortaya çıxıb. Məlum olub ki, kafenin əlavə tikilisi 3 kanalizasiya lyukunun üzərində […]

Azərbaycanda növbəti tədris ili ilə bağlı qərar nə vaxt açıqlanacaq?

“Növbəti tədris ilində hansı tədbirlərin görüləcəyi ilə bağlı işçi səviyyəsində ciddi görüşlər keçirilir və müzakirələr aparılır. Bununla bağlı qərar yəqin ki, iyun ayında ictimaiyyətə açıqlanacaq”. “Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. Nazirlik rəsmisi qeyd edib ki, bu tədris ilinin sonunda tədqiqat xarakterli qiymətləndirmə aparılacaq: “Əsas məqsəd şagirdlərin pandemiya […]

Azərbaycanda COVID-19 testlərinin aparılması üçün laboratoriyaların sayı 24-ə çatıb

“Azərbaycan hökumətinin koronavirusla mübarizə istiqamətində gördüyü qabaqlayıcı tədbirlər səmərəli nəticələr verir”. “Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O bildirib ki, ölkədə epidemioloji vəziyyət nəzarət altındadır: “Azərbaycanda testlərin aparılması üçün 24 laboratoriya fəaliyyət göstərir və gündəlik 7 minə yaxın test icra olunur. Səhiyyə sisteminin […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler