Muzdlu işçilərə və fərdi sahibkarlara 96 mln manat vəsait ödənilib

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında bildirilir. Məlumatda deyilir ki, Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən, indiyə qədər Nazirliyə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün 27 164 vergi ödəyicisi […]

“Ermənistan danışıqlar prosesindən geri çəkilir” – Prezidentin köməkçisi

“Ermənistan öz aqressiv ritorikası ilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə fəaliyyətinə zərbə vurur”. “Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “EurActiv” portalına müsahibəsində deyib. Danışıqlarda irəliləyiş üçün Yerevanın konstruktiv fəaliyyətinin olmamasından təəssüfləndiyini bildirən H.Hacıyev deyib ki, Ermənistan danışıqlar prosesindən […]

Xəstə məhbuslar azad ediləcəkmi? – İctimaiyyət hökumətdən operativ qərarlar gözləyir

“Bütün məhkumlar virusla əlaqədar test olunmalıdır” Həbsxanalarda koronovirusun yayılması məhbus yaxınlarını olduqca narahat edir. Xüsusən, müxtəlif xəstəliklərdən əziyyət çəkən, şəkərli diabətlər, yaşlı dustaqlar üçün təhlükəli vəziyyət yaranıb ki, bu da narahatlığı ikiqat artırır.  Virusun yayıldığı barədə xəbərlərin mətbuatda yayılmasına baxmayaraq, Penitensiar Xidmətin  ciddi-cəhdlə onu təkzib etməyə çalışması da vətəndaşlarda bu quruma etimadsızlığını artırır. Çünki cəmi […]

DTX -nın SƏRHƏD XİDMƏTİNDƏKİ ƏMƏLİYYATININ TƏFƏRRÜATLARI MƏLUM OLDU – Kimlər həbs olunub?

Xəzəri talayan brakonyerlərə şərait yaradanların əməlləri ifşa edildi Əməliyyat zamanı Lənkəran, Neftçala və Xaçmaz rayonlarının Sahil Mühafizə idarələrinin rəislərinin saxlanıldığı bildirilir Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb. Bu barədə DTX-nın rəsmi saytı məlumat yayıb. […]

Putin Əsədi devirməyə hazırlaşır? DƏMƏŞQDƏN MOSKVAYA TƏHDİDLƏR

Rusiya prezidenti Vladimir Putinlə Suriya diktatoru Bəşər Əsəd arasında bir vaxtlar sarsılmaz görünən müttəfiqlik indi əməlli-başlı çat verib. Hətta iş o yerə çatıb ki, Dəməşqdən Moskvaya açıq demarşlar da müşahidə olunur. Virtualaz.org qeyd edir ki, Putinin Əsədə münasibətinin dəyişdiyinin əlamətləri bu yaxınlarda, təxminən iki ay əvvəl Rusiyada “Kremlin aşbazı” kimi tanınan və o cümlədən Suriyada döyüşən […]

Mübariz Mənsimovun bərəsi və kranı… 16 MİLYON DOLLARDAN HƏRRACA ÇIXARILDI

Rusiyanın Rostov vilayətində “Palmali Kaspisykie Morskie proyektı” MMC şirkətinin əmlakı hərraca çıxarılıb. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, şirkətə məxsus “Yuri Kuvıkin” nəqliyyat-montaj bərəsi (2013-cü ildə inşa edilib) və “Liebherr” mobil dizel hidravlik kranı vahid lotda 1.2 milyard rubl (16 milyon dollara yaxın) start qiymətinə alıcılara təklif ediləcək. Bu obyektlərin balans dəyəri 1.7 milyard rubl […]

Səfirlik bu ölkədə yaşayan azərbaycanlılara müraciət etdi

Azərbaycanın Polşadakı səfirliyi bu ölkədən vətənə təxliyyə olunmaq niyyətində olan həmvətənlərimizə müraciət edib. Virtualaz.org-un məlumatına görə, müraciətdə deyilir: “Hörmətli həmvətənlər! Xatırladırıq ki, AZAL tərəfindən təşkil edilməsi nəzərdə tutulan mümkün xüsusi reys vasitəsilə ödənişli əsasda təxliyyə edilmək niyyətində olan Polşada yaşayan Azərbaycan vətəndaşları üçün aşağıdakı sənədlərin və məlumatların 14.05.2020-ci il gündüz 12:00-a qədər səfirliyin warsaw@mission.mfa.gov.azelektron ünvanına göndərilməsi tələb […]

Yaponiya fövqəladə vəziyyət rejimini qismən ləğv edir

Yaponiya 39 prefekturasında fövqəladə vəziyyət rejimini ləğv edəcək. Virtualaz.org bildirir ki, bunu Dövlət Ekspert Şurasının iclasında İqtisadiyyatın Bərpası İşləri üzrə nazir Yasutosi Nisimura bildirib. İclasın əvvəlində nazir 16 aprel tarixindən etibarən ölkədə tətbiq olunan fövqəladə vəziyyət rejiminin 39 prefekturada ləğv ediləcəyini elan edib. Fövqəladə vəziyyət rejimi Hokkaydo, Tokio, Saytama, Tibe, Kanaqava, eləcə də Kioto, Osaka və […]

Tərtərin icra başçısı – ingilis kralı deyil, lakin şübhə altındadır…

Bir neçə gün əvvəl sosial şəbəkələrdə Dövlət Təhlükəsizliyi Xidmətinin korrupsionerlərə qarşı keçirdiyi xüsusi əməliyyatdan sonra Tərtər rayon İH başçısı Müstəqim Məmmədov bütün maaş kartlarının icma xidmətində olan insanlara qaytarılmasına əmr edib. Rayon rəhbəri yayılan şayiələri şəxsən təkzib etməyə tələsib. “Bizim ərazidə belə qanunsuz hərəkətlər ola bilməz. Heç vaxt yoxsul insanların çörəyini mənimsəməmişik. Həqiqətən bölgədə belə […]

NAXÇIVANIN BAŞ NAZİRİ İŞDƏN ÇIXARILDI – Fərman

Naxçıvan Muxtar Respublikasının Baş naziri Əlövsət Baxşıyev vəzifəsindən azad edilib. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 14-də fərman imzalayıb. Fərmana əsasən, Əlövsət Qəzənfər oğlu Baxşıyev Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilib. Qeyd edək ki, Ə.Baxşıyev 2000-ci ilin fevralın 11-dən Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsində çalışırdı.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler