Çeçenistan prezidenti Ramzan Kadırov koronavirusa yoluxdu

Çeçenistan prezidenti Ramzan Kadırov koronavirusa yoluxub. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, prezidenti təcili Moskvaya gətiriblər. Qeyd edilib ki, Kadırovda koronavirus şübhəsi yaranıb və o, həkimlərin nəzarətindədir. Tibbi dairələrdən verilən məlumatlara görə, Ramzan Kadırovda artıq ağciyərlərin zədələnməsi müşahidə olunur. Musavat.com

Baş prokurorun yeni müavinləri məlum oldu

Baş Prokurorun işdən çıxarılması üçün Prezidentə təqdimatı göndərilən müavinlərin yerinə kimlərin təyin ediləcəyi artıq məlumdur. Cumhuriyyet.az Bakıpost.az-a istinadən xəbər verir ki, Baş prokuror Kamran Əliyevin birinci müavini postuna Lənkəranın prokuroru Elçin Məmmədov, digər müavin Namiq Əsgərovun yerinə isə Mingəçevirin prokuroru Elmar Camalov gətirilir. Təyinatla bağlı sərəncamın gün ərzində veriləcəyi gözlənilir.

Əbülfəs Qarayev işdən çıxarıldı – SƏRƏNCAM

Əbülfəs Qarayev Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilib. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram: Əbülfəs Mürsəl oğlu Qarayev Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilsin”.

Azərbaycan Ordusu bu gün Şuşada erməniləri vuracaq? – POLKOVNİKDƏN AÇIQLAMA

Ehtiyatda olan polkovnik Şair Ramaldanovun redaktor.az-a müsahibəsi: – Şair bəy, bu gün Şuşada ermənilər qondarma rejimin yeni rəhbərinə “andiçmə” mərasimi keçirəcək. Bəzi ictimai-siyasi fəallar da bunun qarşısını almağı tələb edirlər. Siz bu haqda nə düşünürsünz? – Əlbəttə, insanların bu istəyini anlmaq elə də çətin deyil. Çünki Ermənilərin işğal olunmuş Şuşa şəhərində qondarma “andiçmə” mərasimi keçirməsi […]

Rüstəm Usubov vəzifədən azad edildi

Rüstəm Usubov Baş prokurorun birinci müavini vəzifəsindən azad edilib. “Report”un xəbərinə görə, həmin vəzifəyə Elçin Məmmədov təyin olunub. Qeyd edək ki, 1954-cü il təvəllüdlü R.Usubov 12 avqust 2005-ci il tarixdən Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini vəzifəsində çalışırdı.

Bu rayona Daxili Qoşunlar yeridildi – 21 nəfər saxlanıldı

Yevlaxda “Qaraçılar məhəlləsi” adlanan ərazidə karantin rejiminin tətbiqini pozmağa cəhd edən sakinlərlə polis arasında baş verən insidentlə bağlı cinayət işi başlanıb. Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov apa-nın sorğusuna cavabında bildirib ki, məhəllə sakinləri tərəfindən onları asayişi pozmamağa dəvət edən polis əməkdaşlarına daş atılıb. Nəticədə bir nəfər […]

Ağstafaya yeni icra başçısı təyin olundu

Prezident İlham Əliyev Seymur Orucovun Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla Seymur Vaqif oğlu Orucov Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Qeyd edək ki, 1984-cü il oktyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 2006-06.2009-cu illərdə İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri olub. 2010-cu ildə “Dövlət büdcəsinin gəlir […]

Çindən qorxudan açıqlama: simptomları dəyişir

Çinin aparıcı təcili tibbi yardım mütəxəssislərindən biri Qui Haibo Corona virusunun ölkənin şimal-şərqində baş verən yeni hadisələrdə əvvəlkilərlə müqayisədə fərqli bir yol tutduğunu və bu virusun simptomlarının yayıldıqca dəyişdiyini göstərir. Yenicag.az xəbər verir ki, Çinin şimal-şərqindəki Jilin və Heilongjang bölgələrində, yeni yoluxmaların baş verməsi, ikinci dalğasının yaranması ilə bağlı narahatlıq doğurub. Çin Milli Səhiyyə Komitəsinin […]

İmişli rayonuna icra başçısı təyin edildi

İmişli rayonu icra hakimiyyətinin başçısı vəzifəsinə təyinat olub Sfera.az-ın məlumatına görə, bu vəzifəyə Yasamal Rayon İcra Hakimiyyəti Başçısının I müavini, Rzayev Elçin Adil oğlu təyin edilib. Bununla bağlı rəsmi sərəncamın yaxın dəqiqələrdə elan olunacağı bildirilir.

Yevlaxda qaraçılar polisi yaraladı, DİN açıqlama yaydı

Daxili İşlər Nazirliyi Yevlax rayonunun “Qaraçı məhəllə”sində baş verən insidentlə bağlı daha bir açıqlama verib. DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumatda qeyd olunub ki, ictimai asayişi pozan şəxslər tərəfindən daşla xəsarət yetirilən Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı hələ də xəstəxanada müalicə alır. Hazırda onun vəziyyəti qənaətbəxşdir. Xatırladaq ki, xüsusi karantin rejiminin sərtləşdirildiyi və […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler