“Qarabağın 30 il işğal altında qalması bizi alçaltdığı kimi “bir millət iki dövlət” şüarını qəbul edən Türkiyəni də alçaldır”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az- a müsahibəsini təqdim edirik:   – Qüdrət bəy, Milli Məclisin növbəti iclasında Azərbaycanla Türkiyə arasında hərbi maliyyə əməkdaşlığı haqqında sazişin təsdiq olunması barədə Qanunun  müzakirəyə çıxarılacağı gözlənilir, söhbət nədən gedir?  – Söhbət 25 fevral 2020-ci il tarixdə Bakıda imzalanmış sazişə görə Türkiyə hökumətinin Türkiyədə 100% […]

“Azərişıq” əməkdaşlarının güllələnməsi ilə bağlı cinayət işi başlanıldı

Masallı rayonunda “Azərişıq” ASC-nin əməkdaşlarının güllələnməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb. Virtualaz.org bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən rayonun Yeddioymaq kənd sakini, 1969-cu il təvəllüdlü Mansur Şahmuradov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq […]

Bayden Trampı “axmaq” adlandırdı

ABŞ-da Demokrat Partiyasını təmsil edən prezidentliyə namizəd Co Bayden Donald Trampı “axmaq” adlandırıb. O, bu barədə CNN-ə verdiyi müsahibəsində deyib. Baydenin fikrincə, Tramp koronavirus pandemiyasının fonunda yalançı kişilik nümayiş etdirir. O, bunu Trampın “Anım Günü” mərasimində maskasız görünməsi ilə izah edib. Həmin mərasimdə Bayden maska və eynək taxıb. “O, əsl axmaqdır… Prezidentlər ölkəyə rəhbərlik etməli, […]

Salyanda kanaldan tapılan meyit: 51 yaşlı qadını öldürən kimdir…

Ötən gün günorta saatlarında Salyan rayonunun Yenikənd kəndində cəsədi şor suları axıdan kollektordan tapılmış qadının kimliyi müəyyən edilib. Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, onun 51 yaşlı Saatlı şəhər sakini İbrahimova Şəhla Xudaşükür qızı olduğu məlum olub. Qeyd edək ki, qadının meytinin müayinəsi zamanı onun qətlə yetirildiyi aşkar edilmişdi. Faktla bağlı cinayət işi qaldırılıb.

Ata 13 yaşlı qızının başını kəsdi

Ata 13 yaşlı qızının başını kəsdi… Cumhuriyyet.az Cebhe.info-ya istinadla xəbər verir ki, İranda ata yatan qızının başını oraqla kəsib. “Namus cinayəti” törətdiyini bildirən şəxs hadisədən sonra polisə təslim olub. Bildirilir ki, hadisəyə səbəb 13 yaşlı Romina Əşrəfinin 35 yaşlı kişiylə evdən qaçması olub. Qeyd edilir ki, hüquq-mühafizə orqanları tərəfindən yaxalanan R.Əşrəfi evə qayıtdığı təqdirdə həyatının […]

Ermənistan mediası: Azərbaycan batalyon komandirinin maşınını vurdu – MÜDAFİƏ NAZİRLİYİ ŞƏRH VERMİR

Ermənistan mediası Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan istiqamətində gərginlik olduğunu iddia edib. Virtualaz.org bildirir ki, bu barədə “Qraparak” qəzeti yazıb. “Bir gün əvvəl, Azərbaycan tərəfdən atılan atəş nəticəsində Ermənistan hərbi hissələrindən birinin batalyon komandirinin” Nissan Patriot “markalı avtomobili yanıb”, – deyə qəzet bildirib. “Atəş Naxçıvan tərəfdən, sərhədin 2018-ci ildən sonra düşmənin mövqelərini irəli çəkdiyi hissədən açılıb. Bundan əvvəl, aprelin […]

Honkonqda etirazçılara qarşı bibər qazı tətbiq edildi

Honkonq polisi şəhər mərkəzində toplaşan nümayişçiləri dağıtmaq üçün bibər qazı tətbiq edib. “Report” RTHK-ya istinadən xəbər verir ki, şəhərin işgüzar bölgəsində nahar fasiləsi zamanı küçəyə çıxan yüzlərlə ofis işçisi Çinin milli marşına ehtiram göstərilməsi və təhlükəsizliklə bağlı qəbul edilən qanunlara etiraz edərək hakimiyyəti qınayan şüarlar səsləndiriblər. Polis də onlara qarşı minimum səviyyədə güc tətbiq etdiklərini […]

Əlikram Hümbətovun yaxın tərəfdaşı Kahin Əbilov koronavirusdan öldü

Belarusun paytaxtı Minskdə talış separatçılarının lideri Əlikram Hümbətovun yaxın dostu və tərəfdaşı, Beynəlxalq Talış Mədəniyyətinin Dirçəlişi Fondunun sədri və biznesmen Kahin Əbilov (Mirzəlizadə) koronavirusa yoluxma şübhəsi ilə yerləşdirildiyi xəstəxanada ölüb. Virtualaz.org xəbər verir ki, bu haqda yerli KİV-lərə onun qohumları məlumat veriblər. 52 yaşlı Mirzəlizadəni pnevmoniya ilə xəstəxanaya yerləşdiriliblər, ona iki koronavirus testi etsələr də hər iki halda […]

İngiltərəli futbolçu 24 yaşında qəflətən öldü

İngiltərənin “Morkam” klubunun futbolçusu Kristian Mbulu dünyasını dəyişib. “Report” 4-cü liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, yerli oyunçu 24 yaşında qəflətən vəfat edib. Hələlik müdafiəçinin ölümünün səbəbi açıqlanmayıb. Qeyd edək ki, Kristian Mbulu karyerası ərzində “Morkam”dan əlavə, İngiltərədə “Brentvud”, “Milluoll”, “Kanvi-Aylend”, “Breyentri Taun”, “Kru Aleksandra”, həmçinin Şotlandiyada “Moteruell” klublarının formasını geyinib.

Bakıda qadın sürücü 6 qat dünya çempionu olan polisi xəstəxanalıq etdi — FOTO

Azərbaycanda tanınmış polis zabiti xidmət zamanı ağır xəsarət alıb. Əməkdar idman ustası, kiqboksinq üzrə 6 qat dünya, 12 qat Azərbaycan çempionu “Prins Baku” təxəllüsü ilə tanınan polis kapitanı Kamil Şərifov ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Suraxanı rayonu 31-ci Polis bölməsi əməkdaşı olan K.Şərifov Şərifov mayın 11-də karantin postunda olarkən polisin qanuni tələbinə tabe olmayan xanım sürücü […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler