Karantinə alınan müğənninin prodüseri: “Sərhədi keçəndə Damlanın hərarəti 37,5 göstərdi”

Mart ayında el məclisində iştirak etmək üçün prodüseri Şamil İbrahimovla Novruz bayramı günlərində Moskvaya gedən populyar müğənni Damla iki aydan sonra nəhayət ki, Azərbaycana qayıdıb. Bu barədə Oxu.Az-ın əməkdaşı ilə söhbətində sənətçinin prodüseri Ş.İbrahimov deyib. O, Damla ilə birgə Azərbaycan vətəndaşlarını ölkəyə gətirən avtobusla Samux sərhəd-keçid məntəqəsinə gəldiklərini, daha sonra isə xüsusi nəqliyyat vasitəsilə Siyəzən rayonunda karantinə alındıqlarını bildirib: […]

Şəkidə 1 tona yaxın çətənə kolu məhv edilib

“Xaş-xaş 2020” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib. Bu barədə “Report”un Şimal-qərb bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, rayonun Baş Göynük kəndi ərazisində ümumi çəkisi 936 […]

Lənkəranda zəlzələ olub

Lənkəran şəhərində zəlzələ olub. “Report”un xəbərinə görə, bu barədə Lənkəranda olan sosial şəbəkə istifadəçiləri məlumat verib. Zəlzələnin maqnitudası təxminən 3,5 olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a bildirilib ki, zəlzələ yerli vaxtla saat 11:39-da Lənkəran stansiyasından 19 km. şimal-qərbdə Lənkəran ərazisində zəlzələ qeydə alınıb: “Zəlzələ hiss edilib. Zəlzələ ocağının dərinliyi 10 km, maqnitudası isə 3,5 olub”.

BDU-da şöbə müdiri vəfat edib – FOTO

Bakı Dövlət Universitetinin (BDU) şöbə müdiri vəfat edib. “Report” xəbər verir ki, bu barədə BDU məlumat yayıb. Belə ki, universitetin Elmi Kitabxanasının “Elmi biblioqrafiya və informasiya” şöbəsinin müdiri Zülfünaz Həsənova 81 yaşında vəfat edib. Allah rəhmət eləsin!

Azərbaycanda polisdə koronavirus aşkarlandı

Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşında koronavirus aşkarlanıb. Unikal.org xəbər verir ki, rayon ərazisində xidmət aparan polis əməkdaşının səhhətində problem yarandığı üçün həkimə müraciət edib. Ondan götürülən testin nəticəsi pozitiv çıxıb. Daxili İşlər Nazirliyininin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumatı təsdiqləyib: “Karantin rejiminə polislər nəzarət etdiyi üçün Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən, […]

Ermənistanda daha 372 nəfər koronavirusa yoluxdu – 98 ÖLÜ

Ermənistanda son sutka ərzində daha 372 nəfər koronavirusa yoluxub. Virtualaz.org bildirir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bildirilib ki, bununla da Ermənistanda ümumi yoluxma sayı 7774-ə çatıb. Son sutkada 7 nəfər olmaqla, indiyədək 98 xəstə pandemiyanın qurbanı olub. 3255 nəfər sağalaraq evə buraxılıb.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler