Türkiyədə şiddətli zəlzələ: qüllə aşdı, yaralananlar var

Türkiyənin Bingöl şəhərinin Qarlıova mahalında 5,8 bal gücündə zəlzələ olub. Axar.az xəbər verir ki, bu barədə Qəndilli Rəsədxanası məlumat yayıb. Zəlzələnin episentrinin yerin 5 kilometr dərinliyində olduğu bildirilib. Yeraltı təkanlardan sonra insanların küçələrə çıxdığı qeyd edilib. Türkiyə Daxili İşlər naziri Süleyman Soylunun sözlərinə görə, Qarlıovada növbətçi qülləsinin aşması nəticəsində 1 təhlükəsizlik qorucusu dağıntı altında qalıb, […]

Bakıda polislərə dəstək: İnsanlar eyvanlara çıxıb, mahnı oxudular – VİDEO

Sərt karantin rejiminin ilk günündə Bakıda maraqlı hadisə yaşanıb. Musavat.com xəbər verir ki, paytaxtın mərkəzi küçələrindən birində insanlar eyvana çıxaraq polislər üçün mahnı oxuyublar. Müğənni Röyanın ifasındakı “Polismen” mahnısını səsgücləndirici ilə küçəyə yayan sakinlər, eyni zamanda onu birağızdan səsləndiriblər. Həmin dəqiqələrdə küçədən karantin qaydalarına nəzarət edən polislər keçib. Həmin görüntüləri təqdim edirik:

“Bakıda xəstəxanalara ancaq vəzifəlilər götürülür”

Son günlər yaranan əsas problemlərdən biri də koronavirusa yoluxan şəxslərin müalicəsi üçün xəstəxanalarda yerin tapılmamasıdır. Bununla bağlı sosial şəbəkələrdə çoxsaylı şikayətlərə rast gəlirik. Medicina.az xəbər verir ki, belə şikayətlərdən biri də med-prosvet.az saytına göndərilib. Həmin şikayəti olduğu kimi təqdim edirik: “Xəstənin adı İsmayılova Səbinə Şıxheybət qızı (Qusar rayon qeydiyyatlı). Hal-hazırda Bakıda kirayə qalır. 3 həftəyə […]

Koronavirus niyə bəzi ölkələrdə çox, bəzilərində az adamı öldürür? – ŞOK AÇIQLAMA

Koronavirusun ölüm saçan yeni növü dünyanın inkişaf etmiş, səhiyyəsinin gücü ilə daim “öyünən” ölkələrində vüsət alır, amma həmin ölkələrin səhiyyəsinin xidmətlərindən istifadə edən, inkişaf səviyyəsi daha aşağı olan ölkələrdə göstəricilər aşağı olur. Pandemiya yayılmağa başladığı vaxtdan yaranan bəzi sual və şübhələri Ümumdünya Səhiyyə Təşkilatının son açıqlamalarından biri daha da artırıb.   Belə ki, təşkilat Rusiyada […]

İsrail Azərbaycana elə bir silah verdi ki: LORA İrəvanı darmadağın edə bilər

Azərbaycanın Müdafiə naziri Zakir Həsənov ötən ilin bu vaxtlarında jurnalistlərə verdiyi açıqlamada maraqlı bir məqama toxunmuşdu. Onun açıqlamasından az əvvəl ermənilər bildirmişdilər ki, onlar təmas xəttinə yaxın ərazilərdəki hərbi hissələrə baş çəkən Zakir Həsənovu məhv edə bilərmişlər. Ancaq bunu etməyiblər. Bu iddiaya münasibət bildirən nazir sual etmişdi ki, ermənilər onu hansı silahla təhdid edə bilərdilər? O, təmas […]

Gəncədə polis koronavirusdan ölən şəxsi dəfn etdi

İyunun 15-də Gəncə şəhər sakini Aqil Əfəndiyev DİN-in 102 zəng mərkəzi xidmətinə zəng edərək bacısının Koronavirus infeksiyasından dünyasını dəyişdiyini və tətbiq olunan sərt karantin rejimi ilə bağlı carəsiz olduğunun bildirib. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”un Qərb Mərkəzinə verilən məlumata görə, müraciətlə bağlı dərhal polis əməkdaşları xüsusi geyimlərdə Məhkəmə Tibbi Ekpertizası və Patalogiya Anatomiya […]

Sərt karantin: polis nələr edir? – Video

Bu gündən ölkənin 9 böyük şəhərində başlayan sərt karantin rejimində yenə də daxili işlər orqanları əməkdaşları xidmət başındadırlar. Axar.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə, sərt karantin rejiminə nəzarəti DİN həyata keçirir. Eyni zamanda, polis zəruri hallarda vətəndaşların yardımına da çatır. Polisin fəaliyyəti ilə bağlı yayılan videonu təqdim edirik:  

“Paşinyan Qarabağın Azərbaycan tərkibinə qayıtmasına razılaşıb” – İrəvanda panika

Bir neçə gün öncə Avropa Birliyinin əsas strukturu olan Avropa Parlamentində (AP) Dağlıq Qarabağla bağlı mühüm bir sənəd qəbul olundu. Qurumun Azərbaycan üzrə məruzəçisi, Ermənistan üzrə məruzəçisi, həmçinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı birgə etiraz bəyanatı yaydılar. Bəyanatda Qarabağ münaqişəsinin […]

“Biz bu dünyanın jandarmı deyilik, daha başqalarının münaqişələrinə qarışmayacağıq…”

ABŞ prezidenti Donald Tramp nüfuzlu Vest-Point Hərbi Akademiyasının məzunları qarşısında çıxışı zamanı ölkəsinin daha dünya jandarmı olmaq istəmədiyini və başqalarının münaqişələrinə qarışmayacağını bəyan edib. Virtualaz.org xəbər verir ki, Tramp Amerika ordusunun bir vəzifəsinin olduğunu bildirib-ölkəni xarici hücumlardan qorumaq. ABŞ-ın qlobal rolunun zəifləməsi və öz hüdudları daxilinə çəkilməsi onun rəqibi Rusiyanın şübhəsiz ki, ən böyük arzusudur. […]

Akademik Kamal Abdullayev koronavirusa yoluxdu

Məşhur professor, “Urologiya Mərkəzi” klinikasının sahibi Kamal Abdullaev koronavirusa yoluxub. Bu barədə virtualaz.org-a səhiyyə sektorundakı məlumatlı mənbələrdən xəbər verilib. Məlumata görə, 80 yaşlı professor virusdan müalicəsini davam etdirir. Qeyd edək ki, Kamal Abdullayev Azərbaycanın ən məşhur uroloqlarından biridir. Uzun müddət ölkənin baş uşaq uroloqu, eyni zamanda Səhiyyə Nazirliyinin baş uroloqu olub. Professor Kamal Abdullayev 4 […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2020
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930