Ağciyərləri koronavirusdan qoruyan məhsullar açıqlandı

Tənəffüs sisteminin fəaliyyətinə yumurta, tam taxıl düyü, göy balıq və qoz yardımçı olur. “Report” “La Vanguardia”ya istinadən xəbər verir ki, bunu ispaniyalı həkimlər bildiriblər. Onların sözlərinə görə, ağciyərlərin vəziyyəti pisləşərkən onların zülala tələbatı böyüyür. A vitamini kimi, o da yumurtada olur. Məlumata görə, içində C vitamini olan tomat, həmçinin tam taxıl süd məhsulları və su […]

Çin və Hindistan hərbçiləri toqquşdu – Ölənlər və yaralananlar var

Çin hərbçiləri ilə silahlı toqquşmada Hindistan ordusunun 3 hərbçisi ölüb. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə iki ölkə arasında yerləşən sərhəddə, Qalvan vadisində baş verib. Bildirilib ki, Hindistan tərəfdən bir zabit və iki əsgər ölüb. Çin hərbçiləri arasında yaralananlar var. Hər iki tərəfin yüksək rütbəli hərbçiləri vəziyyəti sabitləşdirmək üçün hadisə yerində görüş keçirib.

AZƏRBAYCANDAN “VALYUTA QAÇIŞI” BAŞLAYIB – “Mərkəzi Bank cavab verməlidir…”

Mərkəzi Bankın yaydığı hesabatdan aydın olur ki, 2020-ci ilin 1-ci rübündə Azərbaycanın tədiyyə balansında 1 milyard 343 milyon 500 min dollar məbləğində kəsir yaranıb. Halbuki, 2019-ci ilin 1-ci rübündə tədiyyə balansında 2 milyard 19 milyon dollar profisit formalaşmışdı. Məlumat üçün bidirək ki, tədiyyə balansında kəsirin yaranması ixracın azalması, idxalın isə artması ilə bağlıdır. Tədiyyə balansı […]

“LIDER TV” MÜFLİS ELAN EDİLDİ – Məhkəmə qərar çıxardı

Bakı Kommersiya Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə iddiasına baxılıb. “Report” xəbər verir ki, hakim İlham Əhmədovun sədrlik etdiyi iclasda iddia təmin edilib. Qeyd edək ki, “Lider TV və Radio-Azərbaycan” MMC 1998-ci ildə […]

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb

NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hindistanla Nepal arasında gərginlik artır – Çinin “barmağı” olduğu bildirilir

Hindistan-Nepal sərhədində gərginliyin artması fonunda Çinin bu qarşıdurmada Nepalı təhrik etdiyinə dair xəbərlər yayılmaqdadır. “AzPolitika.info” xəbər verir ki, “Zee News” kanalının yayımladığı materialda Nepalın özünün tərtib etdiyi yeni xəritədən qonşu Hindistana qarşı istifadə etdiyi iddia olunur. “Zee News” həmçinin bildirir ki, Çinin Nepaldakı səfiri Hou Yanqi, Nepalın Hindistana qarşı təhrik edilməsində böyük rol oynayıb. İddia olunur […]

Azərbaycanda COVID-19-la bağlı yeni xidmət istifadəyə verildi

İyunun 18-dən ölkə ərazisində daxili uçuşların – Naxçıvan Muxtar Respublikasına bərpa edilməsi nəzərdə tutulur. Ölkə ərazisində koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin daxili reyslərindən istifadə edən sərnişinlərdən COVID-19 testinin verilməsi tələb olunur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən virtualaz.org-a verilən məlumata görə, bu təşəbbüsə dəstək olaraq Agentlik tərəfindən “Sərnişinlər üçün […]

Koronavirusa yoluxanların sayı 8 milyonu ötdü

Son sutka ərzində dünyada koronavirus infeksiyasına yoluxanların sayı 124 min 600 nəfər artıb. Virtualaz.org bildirir ki, məlumatı pandemiyanın statistikasını aparan “Worldometer” saytı yayıb. Bildirilir ki, ötən gün COVID-19 xəstəliyindən daha 3 min 415 nəfər həyatını itirib. Saytın Bakı vaxtı ilə bu gün saat 12:50-yə olan məlumatına əsasən, dünyada koronavirusa yoluxanların sayı 8 milyon 128 min 606 […]

MTX Paşinyana yalançı deyən milyarderi saxladı

Hər şey bizim “Çiçəklənən Ermənistan” Partiyası Siyasi Şurasının iclasını təşkil etməsindən sonra başladı. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qagik Tsarukyan parlamentdə çıxışı zamanı deyib. O, Paşinyan hakimiyyətinə zamanında xalqa görə dəstək verdiyini bildirib. Bununla belə, Q.Tsarukyan hazırkı hökumətin erməni xalqını yalanlarla idarə etdiyini deyib. Partiya lideri xalqın onun yanında olduğunu […]

Qarabağda koronavirusa yoluxan ermənilərin sayı artdı

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində koronavirusa yoluxanların sayı 79 nəfərə yüksəlib. Erməni KİV-i xəbər verir ki, bir yeni yoluxma faktı qeydə alınıb, 54 nəfər virusdan sağalıb. Hazırda işğal olunmuş ərazilərdə 99 nəfər təcrid olunub, 1373 test həyata keçirilib.

Photo Gallery

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2020
BE ÇA Ç CA C Ş B
« May   İyl »
1234567
891011121314
15161718192021
22232425262728
2930