Vitse-spiker Fəzail İbrahimli milli qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət edib

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhadət günüdür. Bu münasibətlə Milli Məclis sədrinin müavini, VHP sədrinin müavini Fəzail İbrahimli Milli Qəhrəmanın məzarını ziyarət edib. 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz […]

İcra başçısı koronavirusa yoluxdu – İcra Hakimiyyəti karantinə alındı

Goranboyun icra başçısı Məhərrəm Quliyev koronavirusa yoluxub. Cumhuriyyet.az-ın Haqqın.az-a istinadən məlumatına görə, son günlərdə onunla ünsiyyətdə olanlar həkim nəzarətinə alınıb. İcra başçısı özü isə xəstəxanaya yerləşdirilib. Təyin olunmuş prosedura əsasən, Goranboy İcra Hakimiyyəti karantinə alınıb.

Putin Nazarbayevə teleqram göndərdi

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevə teleqram göndərib. Bu barədə rəsmi Kremlin saytı məlumat yayıb. Bildirilir ki, Putin koronavirusa yoluxan Nazarbayevə dəstəyini bildirib. O, Nazarbayevin həyat eşqinin, ruh yüksəkliyinin və optimizminin siyasətçiyə yaxın vaxtlarda xəstəliyə qalib gəlməkdə kömək edəcəyinə əminliyini ifadə edib. “Səmimi qəlbdən sizə tamamilə sağalmağı və uzun ömür, can sağlığı […]

Koronavirusa qarşı vaksin əldə olunmaq üzrədir, amma…

Dünyanın bir neçə ölkəsində koronavirusa qarşı vaksin tədqiqatlarının yekun mərhələyə daxil olduğu barədə xəbərlər alınır. Çin üzərində işlədiyi koronavirus vaksininin təcrübələrin iki mərhələsindən uğurla keçdiyini bildirib. Britaniyanın səhiyyə naziri Matt Hankok isə deyib ki, ölkə kliniki səviyyədə təsdiq mərhələsini keçməməsinə baxmayaraq yeni vaksinin istehsalına başlayıb. Nazirin sözlərinə görə, potensial vaksinin istehsalı üçün AstraZeneca əczaçılıq şirkəti ilə Oksford Universiteti […]

Koronavirusa yoluxanların sayı 8,5 milyonu ötdü

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 8,5 milyonu ötüb. Virtualaz.org bildirir ki, bu barədə “Worldometers” məlumat yayıb. Bildirilir ki, dünyada indiyədək 8 milyon 583 min 928 nəfər koronavirusa yoluxub. Xəstəliyə yoluxanlardan 456 432 nəfər həyatını itirib. 4 milyon 532 min 598 nəfər isə xəstəlikdən sağalıb.

Bazar günündən iyulun 5-dək qoyulan qadağaların siyahıIsı

Ciddi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin siyahısı məlum olub. Baku.ws xəbər verir ki, bu barədə Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva məlumat verib. Məhdudiyyətlər aşağıdakılardır: SMS xəbərdarlıq və xüsusi icazə ilə evdən çıxma tətbiq ediləcək, dövlət və özəl təşkilatlarda işləyənlərlə bağlı məhdudiyyətlər tətbiq olunacaq, yəni işçilər qruplara bölünərək müxtəlif vaxtlarda işə başlayacaq (işçi heyətin 3 qrupa […]

Prezidentin köməkçisi Anar Ələkbərov media nümayəndələri ilə görüşdü – FOTO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov media nümayəndələri ilə Heydər Əliyev Mərkəzində qeyri-rəsmi şəraitdə görüş keçirib. Oxu.Az xəbər verir ki, görüşdə media nümayəndələrindən başqa TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı və Nazirlər Kabineti yanında operativ qərargahın tibbi eksperti Rəşad Mahmudov da iştirak edib. Görüşdə pandemiya dövründə görülən işlərin və operativ qərargahın verdiyi qərarların cəmiyyət tərəfindən necə […]

Əhaliyə xəbərdarlıq – Bu tarixdə küçəyə çıxmayın!

Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə, bazar günü, iyun ayının 21-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bu barədə Bakı şəhər İcra Hakimiyyətindən baku.ws-ə bildirilib. Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı […]

FHN zabitini hoppandırdı, Putini məhkəməyə verdi və…koronavirusdan öldü

Rusiyada Çuvaşiya respublikasının keçmiş rəhbəri Mixail İqnatyev koronavirusa yoluxduğu üçün yerləşdirildiyi xəstəxanada bir aydan çox davam edən müalicədən sonra ölüb. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu haqda İqnatyevin müalicə olunduğu xəstəxanadan ötən gün iyunun 18-də açıqlayıblar. “İqnatyev öldü, o, koronavirusa yoluxmuşdu”,-mənbə deyib. Mixail İqnatyev Rusiyada bu səbəbdən məşhurdur ki, ilin əvvəllərində bir-birinin ardınca qalmaqallara […]

“HAMIMIZ BU VİRUSA YOLUXACAĞIQ…” – Professordan qorxudan açıqlamalar

Adil Qeybulla: “Operativ Qərargahın tədbirləri özünü doğrultmur, biz faciə qarşısındayıq” “Korona” xəstəsi Səfər Hümbətov: “Məqsədimiz çalışıb sağ qalmaq və yoluxmamaqdır” Azərbaycanda koronavirusla bağlı vəziyyət pisləşib. İyunun 17-də 7 nəfərin dünyasını dəyişməsi xəbəri belə əsas yaradır ki, vəziyyət daha da pisləşməkdədir. Artıq hər gün yoluxma sayı 300-dən aşağı düşmür. Dövlətin gördüyü kompleks tədbirlərə, qadağalara, tövsiyələrə baxmayaraq, koronavirus xəstələrinin […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2020
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930