Rusiya ABŞ əsgərlərini öldürənlərə mükafatlar təklif edib

ABŞ kəşfiyyatı Rusiya ordusunun Əfqanıstanda Talibanla əlaqəsi olan militantlara amerikalı qoşunları və digər koalisiya qüvvələrini öldürmələri üçün mükafat təklif edib. Bu barədə cümə günü New York Times qəzeti xəbər verib. Qəzet məsələ ilə bağlı məlumatı olan rəsmilərə istinadən bildirib ki, Birləşmiş Ştatlar bir neçə ay öncə Avropada sui-qəsd cəhdləri ilə əlaqəsi olan Rusiya ordusunun kəşfiyyat […]

Ermənilər TƏBİB-in bazasına hücum etdi: Datalar paylaşılır

Erməni hakerlər Azərbaycanın Səhiyyə Nazirliyinin və TƏBİB-in bazasına hücum ediblər. Axar.az xəbər verir ki, bu barədə jurnalist Nurlan Cəfəri məlumat yayıb. O bildirib ki, hakerlər COVİD-19-a yoluxan, ölən şəxslərin datasını açıq olaraq paylaşırlar. Məsələ ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və TƏBİB-ə sorğu göndərilib.

“Facebook”un rəhbəri reklam boykotu səbəbindən 7 milyard dollar itirdi

“Facebook” korporasiyasının rəhbəri Mark Sukerberq bəzi kompaniyaların “Facebook”, “Instagram” və “Twitter” sosial şəbəkə platformalarında reklamlarını dayandırmasından sonra 7 milyard dollar itirib. Virtualaz.org bildirir ki, bu barədə “ Bloomberg” məlumat yayıb. Qeyd olunur ki, bir qədər əvvəl “Coca-Cola”, “Verizon”, “Unilever” kimi iri kompaniyalar “Facebook” və başqa populyar sosial şəbəkələrdə reklamlarını dayandırmaq qərarına gəliblər. Buna səbəb kimi sosial […]

ÜST rəsmisindən pessimist “ikinci koronavirus dalğası” proqnozu – ONU AZƏRBAYCAN DA CİDDİYƏ ALMALIDIR

Hazırda dünyada 10 milyona yaxın insanın yoluxduğu və yarım milyon insanın ölümünə səbəb olan koronavirus son zamanlar artıq Azərbaycanda da narahatlıq doğuracaq tempdə yayılmağa başlayıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimini gücləndirməsinə baxmayaraq, hələ də gündə yüzlərlə insanın yoluxduğu barədə xəbərlər gəlməkdədir. Yoluxma sayı ilə bərabər ölüm faktlarının da artığı müşahidə olunur. Bir sözlə, […]

Merkel ABŞ-ın bundan sonrakı dünya liderliyinə şübhə edir

Avropa ölkələri ABŞ-ın dünya lideri rolunu oynamağa cəhd etmədiyi planetdə özlərinin rolları haqqında düşünməlidirlər. Virtualaz.org bildirir ki, bunu Almaniya Kansleri Angela Merkel Britaniyanın “The Guardian” qəzetinə verdiyi müsahibədə deyib. Kansler Avropa ölkələrinin hərbi vəziyyət də daxil olmaqla yeni şərtlərə və çağırışlara ciddi hazırlaşmalı olduqlarını xüsusi vurğulayıb: “Biz ABŞ-ın dünya gücü olmaq istədiyi ilə bağlı biliklərlə böyümüşük. […]

Koronavirusa üç yeni simptom əlavə edildi

Koronavirusun təsvirinə üç yeni simptom əlavə edilib. Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzinin saytında bildirilib. COVID-19 əlamətlərinə burun tutulması, ürəkbulanma və ishal əlavə olunub. Əvvəllər koronavirusun simptomu kimi yüksək temperatur, öskürək və nəfəs darlığı göstərilirdi. Daha sonra titrətmə, əzələ ağrısı, boğaz ağrısı, dad və qoxu hissinin itirilməsi […]

Klinikalar koronavirus testi müayinələrini dayandırdı

Azərbaycanda klinikaların koronavirusun aşkarlanması məqsədilə test müayinələrinin aparılmasını dayandırdıqları bildirilir. Marja.az xəbər verir ki, dünəndən müayinələr dayandırılıb və bunun səbəbi açıqlanmır. “Mən İnci laboratoriyasında, Referans klinikasında və Memorial Klinikdə, Baku Medical Plazada, Caspian İnternational Hospitalda və Bakı Sağlamlıq Mərkəzində olmuşam. Hamısı test müayinələrinin aparılmasını dayandırdıqlarını bildirdilər”, – vətəndaşlardan biri Marja-ya bildirib. Qeyd edək ki, yaxma […]

Postlardan keçə bilmək üçün icazə kağızı bəs etməyəcək – ŞƏRTLƏR

“Ötən həftə də sərtləşdirilmiş karantin rejimi ilə bağlı vətəndaşların rayona getməməsi üçün müraciət etmişdim”. Cumhuriyyet.az APA-ya istinadla xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib. K. Əliyev deyib ki, ancaq buna […]

Azərbaycan neftinin son qiyməti

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,19 ABŞ dolları, yaxud 0,45% azalıb. “Report” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 42,00 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) […]

“Heç bir təxribat cavabsız qalmayacaq” – XİN

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ilin 25 iyun tarixində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında çıxışı zamanı təcavüzkar ölkə olan Ermənistandakı vəziyyəti bütün çılpaqlığı ilə təsvir etməsi, bu “müstəqil” ölkənin yaşadığı dərin böhranı konkret faktlarla qeyd etməsi, Ermənistan rəhbərliyini acı həqiqətlərlə üz-üzə qoyub”. Bunu Azərbaycan XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib. […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2020
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930