Çində koronavirusa yeni yoluxmalar qeydə alınıb

Çində cümə günü COVID-19 virusuna 21 nəfər yoluxub. “Report” “Xinhua”ya istinadən xəbər verir ki, ölkənin Milli Səhiyyə Komissiyasının məlumatına görə, yoluxanlardan 17-si yerli, 4-ü isə xaricidir. Bununla da ölkədə yoluxanların ümumi sayı 83 483 nəfərə çatıb ki, bunlardan 405 nəfəri hazırda müalicə olunur, aralarında 8 nəfərin vəziyyəti ağırdır. Yoluxanlardan 78 444 nəfəri sağalaraq evə buraxılıb, 4 634 nəfəri isə ölüb.

“Düşmən cavab atəşi ilə susdurulub” – Müdafiə Nazirliyi

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı silahlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 45 dəfə pozub. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Respublikası Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Ağdam rayonunun Yusifcanlı, […]

SABİQ NAZİRİN ŞİRKƏTİ 10 MİLYONLUQ TENDERİN QALİBİ OLUB – Son 9 ay ərzində ikinci dəfə

Azərbaycanda pandemiya dövründə hansı sahənin fəaliyyətində çətinliklər, fasilələr olsa da, tender və dövlət satınalmalarında hər şey “öz qaydasında” davam etməkdədir. “AzPolitika.info” xəbər verir ki, iyunun 18-də Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq strukturlları üçün kommunal texnika alınmasına dair  böyük tenderə yekun vurub. «Kommunal təyinatlı maşın və mexanizmlərin alınması» tenderdə «İmprotex Trucks and Buses» MMC qalib gəlib. Müqaviləyə görə, sözügedən şirkət Bakı Şəhər […]

ABŞ-ın 51-ci ştatı yaradıla bilər

ABŞ Konqresinin Nümayəndələr Palatası Kolumbiya paytaxt dairəsinin ştat statusu almasına səs verib. Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir. Bildirilir ki, müvafiq qərarın lehinə Konqresin 232 üzvü səs verib, daha 180 nəfər buna qarşı çıxıb. Beləliklə, ABŞ paytaxtı Vaşinqton ayrıca ştat kimi genişləndirilmiş hüquqlar ala bilər. Sənəd Senatın təsdiqini almalıdır, bundan sonra isə onu imzalanması üçün […]

“Siyasi hakimiyyət naminə xalqı parçalamaq olmaz”

Qüdrət Həsənquliyev: “Əlahəzrət zaman hər şeyi olduğu kimi ortaya qoyacaq” Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini oxucularımıza təqdim edirik -Qüdrət bəy 24 iyun Elçibəyin doğum günüdür,həm də bu il onu itirməyimizdən 20 il keçir,i llər ötdükcə Elçibəyə münasibət necə dəyişir? -Elçibəy dövlət başçısı kimi 4 iyun qiyamının qarşısını alıb uğurla […]

Yay aylarında necə qidalanmalıyıq? – DİETOLOQ MƏSLƏHƏTİ

“Hər fəslin özüənməxsus qida rasionu var. Yay aylarında daha çox maye qəbul edilməli və tərkibində suyu ehtiva edən ərzaqlarla qidalanmaya üstünlük verilməlidir”. Bu fikirləri “Report”a açıqlamasında Azərbaycan Tibb Universitetinin həkim-dietoloqu Leyla Zülfüqarlı deyib. Onun sözlərinə görə, həmin ərzaqlara meyvə-tərəvəzlər, göyərtilər və giləmeyvələr aiddir: “May-avqust ayları giləmeyvələrin mövsümüdür. Ona görə də həmin meyvələrdən bol-bol qəbul edilməlidir. Eyni zamanda […]

Koronavirusun ilk yarandığı yer müəyyənləşdirildi

SARS-CoV-2 koronavirusu hələ 2019-cu ilin martında Barselonanın yağış sularında mövcud olub. “Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Barselona Universitetinin tədqiqatçılar qrupu bildirib. “Araşdırma nəticələri infeksiyanın dünyada ilk COVID-19-ə yoluxma hadisəsi haqqında bilinəndən daha erkən olduğunu göstərir”, – deyə universitetin saytındakı məlumatda qeyd edilir. Tədqiqat İspaniyanın virusun məzmununu müəyyənləşdirmək və vaxtında tədbirlər görmək çirkab […]

Üç uşaq anası intihar edib

Bu gecə Qax rayonunun Qaratala kəndində intihar hadisəsi baş verib. APA-nın şimal-qərb bürosunun məlumatına görə, kənd sakini, 1992-ci il təvəllüdlü Fatma İbadullah qızı Abbasovanın meyiti asılmış vəziyyətdə yaşadığı ünvanda yaxınları tərəfindən aşkar edilib. Üç uşaq anası olan F. Abbasovanın intihar etməsinin səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2020
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930