Prezidentdən SENSASİON AÇIQLAMA: “Korona sünidir, bu, iki ölkənin oyunudur”

Belarus Prezidenti Aleksandr Lukaşenko COVID-19 pandemiyasının süni xarakterli olduğunu istisna etmir. KONKRET.az xəbər verir ki, o, bu barədə Minskdə vətəndaşlar qarşısında çıxışında bildirib. “Vaxtilə bir sual vermişdim. İki ay əvvəl bunu soruşdum, yenə də soruşuram: bu pandemiya insan tərəfindən hazırlanmış hadisədir? Bilmirəm. Bu barədə düşünün”, – Lukaşenko bildirib. Belarus prezidenti dünya nəhəngləri – ABŞ və […]

Deputatın biznes imperiyası: donuz, dəvəquşu ferması, mülklər…

78 saylı Lerik seçki dairəsindən deputat seçilmiş İqbal Məmmədov bir neçə gündür kütləvi informasiya vasitələrinin diqqətindədir. BAXAR.AZ xəbər verir ki, vergi əməkdaşlarını döydürməkdə adı keçən İqbal Məmmədovun sosial şəbəkələrdə mülklərinin siyahısı dərc olunmaqdadır. İddialara görə İqbal Məmmədovun mülklərinin siyahısı aşağıdakı kimidir: 1. “Kaspi Yıldız” şirkətlər qrupu (otellər, restoranlar). 2. “Relax” şirkətlər qrupu (Lerikdə “Relax” İstirahət […]

Kür çayı quruyur, problemlər artır – VİDEO

Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi xeyli azalıb, hətta həyətyanı sahələrdə su quyuları quruyub. “Report”un Aran bürosu xəbər verir ki, 10 gün ərzində Kür çayında suyun səviyyəsi 1-1,5 metr aşağı düşüb. Artıq Kürdə də Kürlük qalmayıb. O vahiməli, coşub-daşan Kürə baxdıqda gölməçələr və kiçik adalar görünür. Vəziyyətin belə həddə olması su nasoslarına […]

Rusiya ABŞ hərbi təyyarələrini öz sərhədlərində “ələ keçirdi”

Rusiyanın “Su-27” qırıcıları Qara dəniz üzərindəki Rusiya sərhədlərində iki ABŞ hərbi təyyarəsini ələ keçirib. Virtualaz.org bildirir ki, bu barədə “Ria Novosti” Rusiya Federasiyasının Milli Müdafiə İdarəetmə Mərkəzi istinadən məlumat yayıb. Məlumata görə, sözügedən təyyarələrin ABŞ Hərbi Dəniz Qüvvələrinə aid “P-8A Poseidon” patrul təyyarəsi və ABŞ Hərbi Hava Qüvvələrinə aid “RC-135” strateji kəşfiyyat təyyarəsi olduğu bildirilib. […]

Azərbaycan Ordusunun 15 generalı niyə edam olunub? – İspaniya mətbuatı yazır

İspaniyanın “Style International” qəzeti Azərbaycan ordusu barədə məqalə dərc edib. Azərbaycanın Silahlı Qüvvələr Gününə həsr edilmiş kiçik tanıtım yazısında ordumuzun yaranması və bugünkü vəziyyəti barədə qısa informasiyalar verilib. Məqalədə deyilir: Azərbaycan Silahlı Qüvvələri “Global Fire Power 2020” sıralamasında 138 ölkə arasında  64-cü yerdədir. Qonşu Gürcüstan Ordusu bu siyahıda 89-cu, Ermənistan isə 111-ci sırada yer alır. Demək, Azərbaycan […]

Həbs edilmiş icra başçıları harada saxlanır?

“Həbs edilmiş icra başçılarının əksəriyyəti Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında saxlanır. Həmin əməliyyatlar çərçivəsində saxlanmış şəxslərdən Kürdəxanıda olanlar da var”. Bunu Musavat.com-a açıqlamasında vəkil Anar Məmişov deyib. Vəkil bildirib ki, Azərbaycanda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilən şəxslər, əsasən, 1 saylı İstintaq Təcridxanası (Kürdəxanı) və 3 saylı İstintaq Təcridxanasında (Şüvəlan) saxlanırlar. “Dövlət Təhlükəsizlik Xidmətinin və […]

Koronavirus dərmanının istehsalına başlanılıb – Qiyməti açıqlandı

Misirin “Eva Pharma” əczaçılıq şirkəti koronavirusun müalicəsində istifadə olunan “Remdesivir” və “Favipiravir” preparatlarının istehsalına başlayıb. Anews.az “Reuters”ə istinadən xəbər verir ki, “Eva Pharma” şirkəti iyun ayının əvvəli “Remdesivir” preparatının yaradıcısı “Gilead Sciences Inc” şirkətindən dərmanın istehsalı üçün lisenziya alıb. Dərmanın ilkin mərhələdə 50 000 dozasının istehsal ediləcəyi və bir qutusunun 125 dollara satılacağı bildirilib. Şirkət […]

Bu Azərbaycan əyalətləri qırmızı bölgə ELAN EDİLDİ: koronavirus TÜĞYAN EDİR, 21 İYULADƏK…

İranda son sutkada daha 2 536 nəfər koronavirusa yoluxub. Cumhuriyyet.az “Report”a istinadla xəbər verir ki, bunu ölkənin Səhiyyə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sədət Lari bildirib. Onun sözlərinə görə, son sutkada 162 nəfər koronavirusun qurbanı olub. Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 10 670, yoluxanların sayı isə 225 205 nəfərə yüksəlib. 186 180 pasiyentin sağaldığı bildirilib. Səhiyyə Nazirliyi ölkənin Xuzistan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Hürmüzqan, […]

Ermənistanda koronavirusa yoluxma sayı 25 mini ötdü

Son sutka ərzində Ermənistanda daha 482 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub. Virtualaz.org bildirir ki, məlumatı ölkə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bildirilir ki, bununla ölkədə koronavirusa yoluxanların sayı 25 min 127 nəfərə çatıb. Ötən gün virusa yoluxan daha 7 xəstə ölüb və pandemiyadan həyatını itirənlərin sayı 433 nəfər olub. İndiyədək […]

Lukaşenko ABŞ-ın Çin qarşısında mövqelərini itirməsi haqda

Belarus Prezidenti Aleksandr Lukaşenko Çin və ABŞ-ın dünyanı yenidən bölüşdürmək uğrunda mübarizə apardıqlarını bildirib. Bu barədə “Belarus 1” telekanalı məlumat yayıb. A.Lukaşenkonun sözlərinə görə, “yeni fövqəldövlət” ABŞ-a meydan oxuyur. O həm də Çini “güclü nüvə nəhəngi” adlandırıb. “Əlbəttə, bu, amerikalıları narahat edir. İnhisarçını narahat etmək nə deməkdir? Bu, yoxsullaşmaq deməkdir”, – deyə A.Lukaşenko bildirib. Belarus […]

Photo Gallery

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2020
BE ÇA Ç CA C Ş B
« May   İyl »
1234567
891011121314
15161718192021
22232425262728
2930