ABŞ-da yeni antirekord

Son bir həftədə Birləşmş Ştatlarda dördüncü dəfə gün ərzində COVID-19 koronavirusuna yoluxma hallarının sayına görə antirekord nəticə qeydə alınıb. Virtualaz.org federal və yerli hakimiyyətin məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universitetinə istinadən bildirir ki, bu dəfə gün ərzində yoluxanların sayı 71 min 389 olub. Universitetin hesablamalarına görə, bu, ötən günlə müqayisədə yoluxanların sayının 2,3% artdığını göstərir. […]

Polis küçədə gəzən daha bir koronavirus xəstəsini saxladı

Sumqayıtda yaşadığı evi qanunsuz tərk edən daha bir aktiv koronavirus xəstəsi saxlanılıb. Virtualaz.org bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhərin inzibati ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar. Məlum olub ki, aktiv koronavirus xəstəsi Sumqayıtın 9-cu mikrorayonunda yaşayan 1978-ci il […]

Azərbaycan BMT-nin Davamlı inkişaf məqsədləri indeksində qonşularını necə qabaqladı?

Azərbaycanın BMT-nin “Davamlı inkişaf məqsədləri indeksi – 2020” hesabatında dünyanın 166 ölkəsi arasında 54-cü pillədə qərarlaşıb. Virtualaz.org bildirir ki, ölkəmiz indeksin mümkün 100 balından 72,6-sını toplayıb. Nəzərə alsaq ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunda Davamlı inkişaf məqsədləri indeksi üzrə orta göstərici 70,9-dur, bu, çox gözəl nəticədir. Önəmli olan həm də odur ki, ölkəmiz bu göstərici […]

Ermənistan Müdafiə Nazirliyi təxribat xarakterli bəyanat yaydı

Bu gün saat 12:30 radələrində Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri bizə məlum olmayan səbəbdən UAZ markalı avtomobil ilə “dövlət sərhədini keçməyə cəhd ediblər”. BAXAR.AZ xəbər verir ki,  Ermənistan Müdafiə Nazirliyinin sözçüsü iddia edir ki, Azərbaycan tərəfi Tovuz istiqaməti tərəfdən artileriya atəşi edərək atəşkəsi pozub, ancaq itki verərək geri çəkilib. İddia edirlər ki, onların itkisi yoxdur. Azərbaycan Müdafiə […]

Müdafiə Nazirliyi: İtki verən düşmən geri otuzdurulub, şəhidlərimiz var

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Müdafiə Nazirliyindən “Report”a verilıən məlumata görə, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb. Müdafiə […]

Azərbaycan-Ermənistan sərhədində döyüş gedir: “Hər iki tərəfdən itki var”

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Hər iki tərəfdən itki var. Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. İctimaiyyətə əlavə məlumat veriləcək.

Bu gün Milli Qəhrəman Rafiq Alıcanovun 55 yaşı tamam olur

Bu gün Azərbaycanın Milli Qəhrəmanı kapitan Alıcanov Rafiq Cəfər oğlunun 55 yaşı tamam olur. Ölkənin, xalqın tarixini şəxsiyyətlər yaradır. Hər bir şəxs mərdliyin, cəsarətin zirvəsinə yüksəldikdə qəhrəmana çevrilir. Alıcanov Rafiq Cəfər oğlu 11 iyul 1965-ci ildə Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açmışdır. Ailələri Ağstafa rayonunun Köçvəlili kəndinə köçdüyündən, Rafiq səkkizinci sinfə kimi bu kənddə […]

Dünyanın ən varlı qadınlarının reytinqi açıqlandı

“Amazon” şirkətinin rəhbəri Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Bezos ABŞ-ın ən varlı qadını olub. Bu barədə “Report” “Forbes”ə istinadən xəbər verir. Məlumata görə, hazırda qadının sərvəti 62,3 milyard ABŞ dolları dəyərində qiymətləndirilir. Qeyd edilir ki, iyulun 2-dən 9-dək olan dövrdə “Amazon”un səhmləri 10% artıb. Nəticədə şirkətin banisinin və rəhbəri Ceff Bezosun səhmləri 16,2 milyard ABŞ dolları artıb. Ceff […]

Tramp pandemiya ərzində ilk dəfə tibbi maska taxdı – FOTO

ABŞ prezidenti Donald Tramp koronavirus pandemiyası ərzində ilk dəfə ictimaiyyət qarşısına tibbi maska ilə çıxıb. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, dövlət başçısı Vaşinqton ətrafındakı şəhərlərdən birində yerləşən, döyüş hərəkətləri zonasında yaralanmış hərbi qulluqçuların müalicə aldığı “Walter Reed” hospitalına səfər edib. Tramp hərbçilər qarşısına tünd göy rəngli maskada çıxıb. “Düşünürəm ki, bu – maska […]

Dərman bazarındakı özbaşınalıq baş alıb gedir – “Bir-iki oliqarxın nəzarətinə verdilər…”

“Apteklərdə – dərman bazarında – durum bütün əndazələri aşır. Dərmanların qiyməti durmadan artır. Srağagün aptekdən bir neçə dərman aldım: bunlar mənə 1 ay bundan əvvəl aldığımdan 11 manat baha başa gəldi. Srağagün bir hissəsini aldığım dərmanın qalan hissəsini dünən alanda məlum oldu ki, həmin dərmanın yeni qiyməti 1 manat artıb. Aptekçi and-aman elədi ki, yeni […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031