Azay Möhnətova qarşı İTTİHAM: “Eurohome”dəki yanğının səbəbi necə ört-basdır edilir?

Ötən ilin dekabrında Bakının Binəqədi rayonu ərazisindəki “Eurohome” tikinti materialları bazarındakı birinci yanğın hadisəsində bazarda 100-ə yaxın dükan ziyan çəkmişdi. Bu ilin may ayında baş verən yanğında da onlarla tikinti malları satan dükan yanaraq yararsız hala düşdü. Bu dəfə yanan dükanlar əsasən ötən yanğında ziyan çəkməyənlər, bazarın arxa hissəsində yerləşənlərdir. Ümumilikdə 160-a yaxın sahibkara 100 […]

Moskvadan gələn zənglə oyanan Əli Həsənov: 25 ildir…

Ermənistanla sərhəddə baş verənlər və bir qəhrəman generalımız başda olmaqla ard-arda gələn şəhid xəbərləri Bakıda və ölkənin bir çox digər bölgələrində Ordumuza dəstək məqsədilə kütləvi aksiyaların keçirilməsinə səbəb oldu. Və təbii ki, paytaxtda keçirilən aksiya kütləviliyi və gərginliyi ilə daha çox seçildi.  Bu son hadisələr cəmiyyət olaraq son 30 ilə yaxın müddətdə az qala mənəviyyatımızı, […]

Prezidentdən çağırış: “”Dünən “Qarabağda vuruşmaq istəyirəm” deyənlər hamısı getsin”

“Mən bu gün səhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri ilə danışmışam və maraqlanmışam. Dedim, mənə de, bu günlər ərzində sizin rayon şöbələrinə nə qədər adam müraciət edib ki, gedib vuruşmaq istəyir. Mən bu rəqəmi deyəcəyəm, hər kəs onu eşitsin və özü təhlil aparsın. Dedi təqribən 150 nəfər. Dünən Şəhidlər xiyabanının qabağında […]

Prezident xalq yürüşündən danışdı: “Mən bu vətənpərvər addımı alqışlayıram”

Bizim ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, əlbəttə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu. Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev onun sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. “Bayaq dediyim kimi, mənə ünvanlanan məktublarda gördüyümüz […]

Tovuzun Ağdam kəndində hazırkı vəziyyət

Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqaməti üzrə cəbhə xəttində nisbi sakitlik müşahidə olunur. Oxu.Az-ın cəbhəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, hazırda Ağdam, Dondar Quşçu, Əlibəyli kəndlərində həyat öz axarındadır. Ermənistanın intensiv artilleriya atəşlərinə ən çox məruz qalan Ağdam kəndində sakinlər gündəlik qayğıları ilə məşğuldurlar. Kimisi dükanında ərzaq məhsulları satır, kimisi domino oynayır, kimisi bulaqdan su […]

Azərbaycanda daha 559 nəfər koronavirusa yoluxdu, 7 nəfər vəfat etdi

Bu gün Azərbaycanda daha 559 nəfər koronavirusa yoluxub, 7 nəfər isə vəfat edib. Bu barədə AZXEBER.COM-a Operativ Qərargahdan məlumat verilib. Son sutka ərzində ölkədə daha 545 nəfər sağalıb.

Arye Qut: “Azərbaycan ordusu öz gücünü nümayiş etdirmək üçün həqiqət anını gözləyirdi və bu həqiqət anı yetişib”

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına görə, hərbi insident Ermənistan silahlı qüvvələri bölmələrinin hərbi əməliyyatları nəticəsində baş verib. Onlar Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycan ordusunun mövqelərini ələ keçirmək məqsədilə artilleriyadan istifadə etməklə hücuma keçməyə cəhd göstəriblər. Məlumatda bildirilir ki, atışma erməni piyada qoşunlarının Azərbaycan ordusunun mövqelərini ələ keçirmək cəhdi ilə müşayiət olunub. Bu cəhd baş […]

Ermənilər Azərbaycanın Fransadakı Səfirliyinin binasına qarşı vandalizm aktı törədib

İyulun 14-də Azərbaycanın Fransadakı Səfirliyinin binasına qarşı vandalizm aktı törədilib. Erməni radikal gənclər təşkilatının bir qrup üzvü tərəfindən törədildiyi ehtimal olunan bu vandalizm aktı özündə terror elementlərini ehtiva etməklə yanaşı, 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır. Baş vermiş hadisə ilə bağlı Fransanın ölkəmizdəki Səfiri XİN-ə çağırılaraq qarşı tərəfə etiraz bildirilib. Bu […]

Armen Vardanyan: “KTMT-də Azərbaycanın müttəfiqləri Ermənistanınkından çoxdur”

Ermənistan Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutununmütəxəssisi, politoloq Armen Vardanyan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Azərbaycan-Ermənistan sərhədində gərginləşən münaqişəyə müdaxilə etməsinin mümkünlüyünü şərh edərkən deyib ki, Ermənistanın bu qurumdan kömək gözləməsi lazım deyil. Virtualaz.org bildirir ki, bu barədə 1in.am saytı məlumat yayıb. A.Vardanyan bildirib ki, Azərbaycanın KTMT-də müttəfiqləri daha çoxdur və bu, yeni xəbər deyil: “Belarus Prezidenti Aleksandr […]

Çində daşqınlar: 6,4 milyon insan zərər çəkib

Çinin cənub-qərbində yerləşən Szyansi əyalətində baş verən daşqınlar nəticəsində 6,42 milyon insan zərər çəkib. Bu barədə əyalətin daşqınlar və quraqlığa nəzarət üzrə komandanlığının məlumatında deyilir. Məlumata əsasən, təxminən bir həftə bundan öncə başlayan leysan yağışları 584 min hektar əkin sahəsini məhv edib və 654 min yerli sakinin təxliyəsinə səbəb olub. İyulun 4-dən başlayan yağışlar ölkə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031