Distant təhsillə bağlı onlayn təlimlərə start verilir: Birlikdə öyrənək

Avqustun 31-dən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə distant tədris sahəsində müəllimlərin bilik və bacarıqlarının artırılması məqsədilə onlayn təlimlərə start verilir. “Distant təhsildə tədrisin təşkili və metodik təminatı” mövzusuna həsr olunan təlimlər sentyabrın 4-dək davam edəcək. Təlimlər ABŞ-ın Şimali Dakota, Kanzas, George Vaşinqton, Klemson, Radford universitetlərində və İsveçrənin Luqano Universitetində fəaliyyət göstərən azərbaycanlı alimlər, […]

“Hazırda COVID xəstələri üçün 46 xəstəxana fəaliyyət göstərir” – Prezident

Xəbər verdiyimiz kimi, avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda iştirak edib. “Report” dövlət başçısının hospitalın açılışındakı çıxışından bəzi məqamları təqdim edir. “Hazırda COVID xəstələri üçün 46 xəstəxana fəaliyyət göstərir. Bu xəstəxanaların 41-i son 17 il ərzində inşa edilmişdir. Məhz […]

“RUSİYA RAMİZ MEHDİYEVİN ÜZƏRİNDƏN ƏLİNİ ÇƏKİB…” – “Ən prinsipsiz insanları toplayaraq elita yaratmışdı”

“Kitablarını qaldırıb müzakirə etmək, akademik titulundan mərhum etmək olar…” Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun sabiq direktoru, hazırda isə həmin institutun Müasir fəlsəfə problemləri şöbəsinin müdiri, professor Əli Abbasov AMEA prezidenti Ramiz Mehdiyevin mərkəzində dayandığı son proseslərlə bağlı “AzPolitika.info”-nun suallarını cavablandırıb. Professorla müsahibəni təqdim edirik: – Əli müəllim, Ramiz Mehdiyevin karantin rejimində nəvəsinə toy […]

Türkiyədə yeni tədris ili başlayıb

Türkiyədə 2020-2021 tədris ilinə başlanıb. APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Təhsil naziri Ziya Səlcuq Ankaradakı Muazzez Karaçay ibtidai məktəbində yeni dərs ilinin ilk zəngini simvolik olaraq çalıb. Nazir bildirib ki, sentyabrın 18-dək dərslər distant şəkildə davam edəcək. Sentyabrın 21-də məktəblərin açılması üçün hazırlıqla əlaqədar müəyyənləşdirilmiş siniflərdə xüsusi hazırlanmış proqramlarla dərslər keçiləcək. Daha sonra Türkiyə […]

“eSAS” Könüllülük Proqramına qeydiyyat başlayır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “eSAS” Elektron Sosial Aktivlik Sistemi yaradılıb və onun üzərindən nazirliyin Könüllülük Proqramı təsis edilib. Musavat.com bu barədə Nazirliyin mətbuat xidmətinə istinadən məlumat verir. Məlumata görə, Prezident İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli sərəncamı ilə ölkəmizdə 2020-ci il “Könüllülər ili” elan olunub. “eSAS” Elektron Sosial Aktivlik Sistemi yaradılması və onun bazasında nazirliyin […]

Prezident: “Adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir”

“Hazırda COVID xəstələri üçün 46 xəstəxana fəaliyyət göstərir. Bu xəstəxanaların 41-i son 17 il ərzində inşa edilib. Məhz regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində bütün bölgələrimizdə, bütün şəhərlərimizdə müasir tibb ocaqları yaradılıb. Təsəvvür etmək çətin deyil ki, əgər biz bu addımı vaxtında atmasaydıq, bu gün hansı problemlərlə üz-üzə qala bilərdik. Tam məsuliyyətlə deyə bilərəm […]

Vətəndaşların Baş Prokurorluğa “instaqram”la müraciəti nəticəsində cinayət işi başlanıldı

Sessiya zamanı daxil olmuş müraciətlər zəruri tədbirlərin görülməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən dərhal Baş Prokurorluğun rəhbərliyinə, o cümlədən əlaqədar idarə və şöbələrə təqdim olunur. Avqustun 28-də keçirilmiş növbəti sessiya zamanı “Avanqard” turizm şirkətinin direktoru Yeganə Nağıyevanın vətəndaşları aldadaraq xarici ölkələrə turlar təşkil etmək adı altında müxtəlif məbləğlərdə pul vəsaitlərini dələduzluq yolu ilə ələ […]

Könül Nurullayeva 3 aylıq fəaliyyəti ilə bağlı hesabat verdi

24 saylı Nizami 1-ci seçki Dairəsinin deputatı Könül Nurullayevanın ünvanına son 3 ay ərzində (iyun, iyul, avqust) birbaşa, sosial şəbəkə, telefon vasitəsilə ümumilikdə 478 müraciət daxil olub. Trend-in məlumatına görə, müraciətlər təkcə Nizami rayonu ilə məhdudlaşmamış, o cümlədən respublikanın müxtəlif bölgələrindən və rayonlarından da daxil olmuşdur. Müraciətlərin 83,1 % müsbət həll olunmuş, digər müraciətlər isə […]

Azərbaycanda 7 xəstəxana qeyri-COVID xəstəxana kimi xidmət göstərəcək

Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə tədbirləri davam etdirilir. Görülən əks-epidemik tədbirlərin səmərəliliyi nəticəsində pandemiya xəstəxanalarında olan xəstələrin sayı kifayət qədər azalıb. TƏBİB-dən Musavat.com-a verilən məlumata görə, bu səbəbdən, TƏBİB bəzi pandemiya xəstəxanalarının yenidən əvvəlki qaydada fəaliyyət göstərməsi ilə bağlı qərar verib. Belə ki, xüsusi rejimli xəstəxanalara ehtiyat kimi ayrılan Saatlı, Salyan, Neftçala, Qusar və Xızı Rayon […]

“Monteneqronun anti-Rusiya kursu dəyişəcək” – Rusiya

Monteneqronun parlament seçkisindən sonra antirusiya kursunun dəyişəcəyinə ümid edirəm. Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri Konstantin Kosaçev deyib. “Cukanoviçin hakim partiyası 30 ildə ilk dəfə böyük çoxluq əldə etmir. Seçkiqabağı kampaniyanın ən mərkəzinə atılan antirusiya kartını bu dəfə oynamaq mümkün olmadı”, – deyə o bildirib.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31