Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus infeksiyasına 193 yeni yoluxma faktı qeydə alınıb, 492 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 33 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 28 840 nəfər müalicə olunaraq […]

Bu vərdiş xərçəng riskini 30 dəfə artırır

“Görürsən ki, genetik sağlam ailədir. Lakin sonra kimdəsə ağciyər xərçəngi, sidik kisəsi xərçəngi əmələ gəlir. Məlum olur ki, burada zərərli vərdişlər mövcuddur”. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya Səhiyyə Nazirliyinin baş onkoloqu Andrey Kaprin söyləyib. Onun sözlərinə görə, genetika vasitəsilə onkoloji inkişaf hallarının yalnız 15%-ni izah etmək olar. Belə […]

TƏBİB sədri koronavirusdan vəfat edənlərin yaş göstəricisini açıqlayıb

“Bu gün Azərbaycanda koronavirusdan vəfat edənlərin sayı 2%-dən daha azdır. Vəfat edənlərin orta yaş göstəricisi isə təxminən 65 civarındadır. Bu da onu göstərir ki, tibb müəssisələrimiz vaxtında hazırlanıb, müalicə protokolları düzgün tərtib olunub”. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. TƏBİB sədri qeyd edib […]

Türkiyədə dincəlmək şərtləri – Məhdudiyyətlər o qədər çoxdur ki…

Rusiyanın “Gazeta.ru” portalı sərhədlər açılandan sonra Türkiyədə kurortlarda koronavirusa yoluxmaların kəskin artdığını yazıb. Turistlərin sözlərinə görə, indi istirahət tamamilə başqa cür görünür: onların temperaturunu daim ölçürlər, “İsveç masası”na yaxınlaşmağı yasaqlayırlar və kondisionerləri söndürürlər. Türkiyədə istirahəti seçənlər animatorlar, diskotekalar, SPA haqda düşünməməlidirlər. Türkiyənin Səhiyyə naziri Fəxrədiin Qoca “Twitter”-də yazıb ki, “uzun müddətdən bəri ilk dəfə olaraq yoluxma sayında ciddi artım görürük”. Nazirin sözlərinə […]

Payızda koronavirusun növbəti dalğası gözlənilir – TƏBİB-dən RƏSMİ AÇIQLAMA

Yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması və vaxtında qabaqlayıcı tədbirlərin həyata keçirilməsi sahəsində ölkə rəhbərliyinin müvafiq göstərişləri əsasında görülən işlərin davamı olaraq Gənclər və İdman Nazirliyinin tabeliyində olan Hövsan və Abşeron Olimpiya İdman Komplekslərinin müvəqqəti xəstəxanaya çevrilməsi ilə bağlı qərar verilib. Qazet.az xəbər verir ki, komplekslərdə COVID-19 xəstələrinin müalicəsində zəruri hesab edilən oksigenin […]

Təhsil Nazirliyindən yeni tədris ilinin başlaması ilə bağlı açıqlama

Hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2020-2021-ci tədris ilinə hazırlıq məqsədilə sistemli tədbirlər həyata keçirilir. Bu barədə “Report”a Təhsil Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, ümumi təhsil müəssisələrinin I siniflərinə şagirdlərin qəbulu prosesi aparılır, müəllimlərin işə qəbulu imtahanının növbəti həftədən başlanması nəzərdə tutulur, təhsil müəssisələrinin tikintisi və təmiri, tədris resurslarının hazırlanması və digər sahələr üzrə […]

FTB ukraynalı milyarderləri “vurdu” – Ofislərində axtarış aparılıb…

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Ukrayna maqnatları İqor Kolomoyski Gennadi Boqanolovun Klivlend və Mayamidəki ofislərinə reyd keçirib. Bu xəbəri avqustun 4-də”Azadlıq” radiosuna FTB-nin xüsusi agenti Vicki Anderson-Qreq təsdiq edib. Xanım Anderson-Qreq deyib ki, hazırda davam edən təhqiqat barədə təfərrüatlı məlumat verə bilməz. Kolomoyski və Boqanolov Mayamidən idarə olunan bir neçə şirkətlərə sahibdirlər. Bu şirkətlərə daşınmaz əmlak və polad biznesləri daxildir. […]

60 min manat borcunu istəyən həmkəndlisini güllələdi – MƏHKƏMƏ

Ağdam rayonunda adam öldürməyə cəhddə təqsirləndirilən Cəbrayıl İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. “Report”un xəbərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib. Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Ağdam rayonunun Aşağı Yüzbaşılı kəndində baş verib. 1956-cı il təvəllüdlü C.İsmayılov mübahisə zəminidə 1988-ci il təvəllüdlü Məmmədov Orxan […]

ƏDALƏT VƏLİYEV GENERALLA GÖRÜŞÜB – Ordudakı vəziyyət müzakirə edilib

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin son çıxışlarında ideoloji işin gücləndirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrasının təmin edilməsi ilə bağlı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin görüşü keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdə müvafiq sahə üzrə […]

Rayona getmək üçün icazələr belə alınacaq – QAYDA

COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında tətbiq olunacaq. Nəzərdə tutulan müddətdə həmin şəhər və rayonlarda giriş-çıxış əvvəlki qaydada tənzimlənəcək. Nazirlər Kabinetinin müvafiq qərarı ilə fəaliyyətinə icazə verilmiş sahələrdə çalışan əməkdaşların ezamiyyələrinin […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31