Xarici İşlər Nazirinin iki müavini DTX-da istintaq altında! – Sensasion həbslər gözlənilir

Xarici İşlər nazirinin iki müavini bu gün DTX-da saatlarla istintaq altında olublar. Musavat.com-a mötəbər qaynaqlardan verilən məlumata görə, xarici işlər nazirinin iki müavini – Ramiz Həsənov və Nadir Hüseynov XİN-də baş verən pozuntularla bağlı DTX-ya çağırılıb, saatlarla ifadə veriblər. Məlumata görə, aparılan istintaq hərəkətlərinin nəticəsi olaraq yaxın günlərdə Xarici İşlər Nazirliyinin ali rəhbərliyinə aid vəzifəli […]

Karantin rejimi yenidən sərtləşdirilə bilər – AÇIQLAMA

“Karantin rejimində yenidən sərtləşmələr ola bilər”. Bunu KONKRET.az açıqlamasında avqustun 11-də yoluxanların sayının artmasını şərh edən deputat Fazil Mustafa bildirib. Milli Məclisin üzvü deyib ki, çox güman ki, karantin rejimi yenidən sərtləşməyə gedəcək: “Çünki çimərliklərdə və digər yerlərdə insanlar kütləvi toplaşırlar. Hamı ağız-ağıza söhbətləşir. Özlərini elə aparırlar ki, elə bil heç bir problem yoxdur. İnsanlar sanki koronavirus pandemiyası bitmiş […]

Azərbaycanda nə qədər insan siqaret çəkir?

Azərbaycanda yaşı 15-dən çox olan əhalinin 15,2 faizi siqaret çəkir. 2019-cu ildə aparılmış ev təsərrüfatları tədqiqatının məlumatlarına əsasən, Azərbaycanda 15-19 yaşlı əhalinin 0,2 faizi, 20-44 yaşlı əhalinin 13,6 faizi, 45-64 yaşlı əhalinin 21,5 faizi siqaret çəkir. Siqaret çəkənlərin 13,2 faizinin yaşı 65-dən çoxdur. Əhalinin 5,3 faizi gündə 20 ədəddən çox siqaret çəkir. Tədqiqata əsasən, ölkədəki […]

Beyrutda baş vermiş partlayışda ölənlərin sayı artıb

Livanın paytaxtı Beyrutun limanında baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb. Partlayışda ölənlərin sayı 171 nəfərə çatıb. Daha əvvəl 158 nəfərin öldüyü bildirilirdi. Məlumata əsasən, 6 mindən çox insan xəsarət alıb, 300 min nəfər isə evsiz qalıb. Qeyd edək ki, avqustun 4-ü Beyrutun dəniz limanında güclü partlayış baş verib. Partlayış limanın 2700 ton ammonyak selitrası […]

İlham Əliyev Azərsu və ARDNŞ -la bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti əhalisi 65122 nəfər olan 15 rayonun 24 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma […]

Sərnişinlərin regionlara gediş-gəlişi necə təşkil olunacaq? — RƏSMİ AÇIQLAMA

Azərbaycandakı epidemioloji vəziyyətdən asılı olaraq gələn həftədən etibarən respublikanın regionlaırna sərəbəst gediş-gəlişin təmin olunacağı gözlənilir. Bununla bağlı artıq Nazirlər Kabineti yanındaki Operativ Qərargahın üzvləri də bu günlərdə keçirdiyi brifinqlərdə müəyyən mesajlar veriblər. Prezidentin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bir neçə gün öncə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib […]

Azərbaycanda uşaqpulu ilə bağlı mühüm YENİLİK

“Milli Məclisin rəhbərliyi səviyyəsində uşaqpulu ilə bağlı işçi qrup yaradılıb”. Bunu “Report”a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib. Deputat bildirib ki, parlamentin payız sessiyasında xüsusi komitədə uşaqpulu məsələsi müzakirə olunacaq: “Məni də həmin işçi qrupun işində iştirak etməyə dəvət ediblər. Hesab edirəm ki, uşaqpulu çox vacib məsələdir”.

İcra başçısı onun əmlakından yazan hüquqşünası həbs etdirir

Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev bu rayonun sakini, hüquqşünas Fərid Qəribovu həbs elətdirmək istəyir. Səbəb isə hüquqşünasın bu icra başçısının sərvəti, oğlunun maaşına adekvat olmayan bahalı maşını, həmçinin rayonda əhalinin susuzluqdan əziyyət çəkməsi, torpaqlarının əllərindən alınması, Balakəndə abadlaşdırmaya ayrılan büdcə vəsaitlərinin yeyintisi və s. haqda yazdıqlarıdır.   Cumhuriyyet.az Bizimyol.info-ya istinadən xəbər verir ki, 31 […]

Ana oğlu və gəlini boşandığına görə özünü asdı

Goranboy rayonunda intihar hadisəsi baş verib. BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun 1979-cu il təvəllüdlü M.Ə yaşadığı evin qarajından iplə özünü asıb. İlkin məlumata görə, qadının intihar etməsinə səbəb onun oğlu və gəlininin boşanmaq istəyi olub. Bu hadisə ilə bağlı ölümündən öncə qadının yazdığı məktub da tapılıb. Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma […]

Orduda könüllü xidmət üçün qeydiyyatdan keçənlər ölkəni tərk edə bilər? – RƏSMİ AÇIQLAMA

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək istəyən vətəndaşların çoxsaylı müraciətləri davam edir. Qazet.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çağırışına səs verən  on minlərə vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31