Ukrayna əcnəbi vətəndaşların ölkəyə daxil olmasına

Ukrayna koronavirusun yayılması təhlükəsi səbəbindən avqustun 29-dan sentyabrın 28-dək bir ay müddətinə əcnəbi vətəndaşların ölkəyə girişi üçün sərhədləri bağlayıb. Virtualaz.org-un məlumatına görə, müvafiq təklif Baş nazir Denis Şmıqal tərəfindən irəli sürülüb. “Xəstəliyin səviyyəsini nəzərə alaraq, həmvətənlərimizi qorumalı və əcnəbi tərəfdaşlarımıza qarşı  məsuliyyətli olmalıyıq. Hökumət bu gün əcnəbi vətəndaşların girişi üçün sərhədlərin sentyabr ayının sonuna qədər bağlanması […]

Polis Bakıda küçələrə nəzarəti gücləndirdi

Paytaxtda fəaliyyətinə icazə verilmiş sahələr üzrə xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblər, küçə ticarəti, avara və tufeyli həyat tərzi sürən şəxslərin profilaktikası, antisanitariya normalarının tam və hərtərəfli təmin olunması üçün polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər keçirilir. Bakı şəhər BPİ Mətbuat Xidmətindən verilən məlumata görə, tədbir çərçivəsində xidmət […]

Böyük Britaniyada hava taksilərindən istifadə olunacaq

Böyük Britaniyanın “Vertical Aerospace” şirkəti hava taksisi yaratmaq planlarını açıqlayıb. 76 kilometrlik məsafəni 30 dəqiqəyə qət edəcək hava nəqliyyatının prototipi 2021-ci ilin sentyabr ayında təqdim olunacaq. Təyyarədə pilot da daxil olmaqla beş nəfər yerləşə biləcək. Hava taksisinin maksimal sürəti saatda 241 kilometr təşkil edə bilər.(Virtualaz.org)

Müəllimlərin pulunu mənimsəyən sabiq direktordan xəbər var

Ölkəmizdə həyata keçirilən islahatlara kölgə salan vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək qanun pozuntuları törədilməsi hallarına qarşı prokurorluq orqanlarının mübarizə tədbirləri davam etdirilir. Həmin tədbirlərdən biri kimi Gədəbəy rayonu, Çobankənd kənd orta məktəbinin sabiq direktoru Sahib Babayevin qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında Gədəbəy rayon prokurorluğunda araşdırma aparılıb. Gədəbəy rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, […]

MEHDİYEVİN HƏDƏLƏDİYİ ŞƏXSLƏR DANIŞDI – “Ona 3 gün vaxt verirəm…”

Prezident Administrasiyasının (PA) sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyev dünən yaydığı növbəti açıqlamada onu tənqid edən depuatlara, media nümayəndələrinə, keçmiş məmurlara sərt cavab verib. “…Qərəzli uydurmalar səsləndirən şəxslər bilməmiş deyillər ki, sübut olmadan atılan böhtanlar və edilən təhqirlər hüquqi məsuliyyət yaradır. Bir şəxsi, xüsusilə də vəzifəli şəxsi dövlətə xəyanətdə günahlandırmaq ciddi ittihamdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci […]

Ceyhun Bayramov Rusiya Federasiya Şurasının sədr müavini ilə görüşüb

Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiya Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanov ilə görüşü baş tutub. Nazirlikdən “Report”a verilən məlumata görə, tərəflər iki ölkə arasında uğurla inkişaf edən münasibətlərin müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparıb, o cümlədən parlamentlərarası əməkdaşlığın yüksək səviyyəsini qeyd ediblər. Ölkə rəhbərləri arasında mövcud […]

AZƏRBAYCANDA KORONAVİRUSA YOLUXMA SAYI AÇIQLANDI – Sutkalıq statistika

Azərbaycanda bu gün koronavirus infeksiyasına 148 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 35 707 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 281 nəfər müalicə […]

Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncama əsasən, 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək […]

Ərdoğan Türkiyəyə mane olmaq istəyənlərə xəbərdarlıq etdi

Türkiyə Aralıq, Egey və Qara dənizdə haqqı olanı alacaq. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgird zəfərinin 949-cu ildönümü ilə bağlı çıxışında deyib. “Türkiyə artıq səbri sınanacaq bir ölkə deyil. Bunu hər kəs görəcək. Edərik deyiriksə, edərik. Egeydəki saxta hegemonluqları qəbiristanlıqda fit çalma psixologiyasının təzahüründən başqa bir şey deyil. Türkiyənin […]

Pul alıb SOCAR-a işə düzəltmək vədi verən şəxslər yaxalanıb – FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsinin əməkdaşları işə düzəltmək adı ilə vətəndaşları aldadıb onlardan pul almış Həsənov Elçin Əmir oğlu və onunla əlbir olan şirkətin “Azneft” İstehsalat Birliyində yardımçı fəhlə işləyən Yaşar Babayevi yaxalayıb. Bu barədə “Report”a Təhlükəsizlik İdarəsindən bildirilib. Məlumata görə, özünü SOCAR-ın Baş ofisinin əməkdaşı kimi qələmə verən E. Həsənov saxta vakansiya […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31