ABŞ İraqdakı hərbçi sayını azaldır

ABŞ Prezidenti Donald Tramp Amerikanın İraqdakı hərbçilərinin sayını azaltmaq niyyətində olduğunu bildirib. Bu barədə Ağ Ev rəhbəri Tvitter hesabında yazıb. “ABŞ İraqdakı hərbi mövcudluğu azaltmağı planlaşdırır”, – Tramp bildirib. Məlumata görə, ABŞ hökuməti İraqdakı hərbi kontingentinin sayını 3,5 min nəfərə endirmək niyyətindədir. Hazırda ABŞ-ın bu ölkədə 5200 hərbçisi xidmət edir.

Hindistan Rusiya ilə təlimdən imtina edib

Hindistan bu il sentyabr ayında Rusiyada keçirilməsi planlaşdırılan Qafqaz-2020 strateji komanda-qərargah təlimində iştirak etməyəcək. Bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb. “Rusiya və Hindistan yaxın tərəfdaş ölkələrdir. Rusiyanın dəvəti ilə Hindistan bir çox beynəlxalq tədbirlərdə iştirak edir. Pandemiya səbəbindən yaranan çətinliklərlə bağlı Hindistan hökuməti bu il Qafqaz 2020-yə kontingent göndərməmək qərarına gəlib”, – məlumatda bildirilib.

Paşinyan Xankəndində generalları toplayıb hansı planları müzakirə etdi…

Ermənistanın baş naziri Nikol Paşinyan dünən növbəti dəfə Azərbaycanın işğal altındakı ərazilərinə gəlib və burada generallarla müşavirə keçirib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, “Qarabağ müdafiə ordusunun” qərargahında keçirilən müşavirə zamanı Ermənistanın qondarma rejimlə “hərbi əməkdaşlığının dərinləşdirilməsi” planları müzakirə olunub. Bu formal ifadə əslində Ermənistanın Qarabağa yeni silahlar və ola bilsin əlavə hərbi qüvvələr […]

Qvardiola Messiylə görüşəcək

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İspaniyanın Barselona şəhərindədir. Milli.Az goal.az-a istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis “Barselona”nın ulduzu Lionel Messinin gələcək karyerasını müzakirə etmək üçün onunla görüşməyə razılıq verib. “Mançester Siti” Lionel Messinin transferində əsas namizəd hesab edilir. Kataloniya təmsilçisi 33 yaşlı hücumçunu 700 milyon avro qarşılığında satmağı planlaşdırır.

Sabah peşə təhsili müəssisələrinə sənəd qəbulu başa çatır

Sabah 2020-2021-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbul olunanların sənəd qəbulu başa çatır. Peşə Təhsili üzrə Dövlət Agentliyindən Milli.Az-a verilənn məlumata görə, tələbələr qəbul olunduqları təhsil müəssisəsinə aşağıdakı sənədləri təqdim etməlidirlər: – təhsil haqqında sənədin əsli; – tibbi arayış haqqında sənədin əsli; – sistemdən (şəxsi kabinetdə) çıxarılan avtomatik ərizə nümunəsi; – şəxsiyyət vəsiqəsi (surəti); […]

Dünyanın ən yaşlı prezidenti – 87 yaşlı Pol Biyanın 38 illik fəaliyyəti və davam edən hakimiyyət… – FOTO

O, dünyanın ən yaşlı dövlət başçısıdır. 87 yaşlı Pol Biya 1982-ci ildən Kamerunun prezidentidir. Prezidentliyikdən əvvəl isə Pol Biya 7 il ölkənin baş naziri kürsüsündə əyləşib. 7 dəfə 7 illik prezident seçilən Pol Biya yaşına baxmayaraq kürsüsündən ayrılmaq niyyətində deyil, hər seçkidə 70-90 faiz səs toplayan prezident əvəzolunmaz lider kimi fəaliyyətini davam etdirməkdədir. Pol Biya […]

TÜRKİYƏ POLİSİ YENİ GÖRÜNTÜLƏRI YAYDI – Xəqan Zeynalov Lotu Qulini öldürmək üçün məqam gözləyirmiş… + VİDEO

Türkiyə mətbuatı “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) qətlindən bir gün əvvəl Antalyada dostları ilə birlikdə yemək yediyi restoranlardan birinin nəzarət kameralarından video görüntülər yayımlayıb. Həmin gün kriminal bossun qatili 25 yaşlı Xəqan Zeynalov (Xan Əhmədlinski) da restoranda olub. Kadrlarda Nadir Səlifovun bir qrup şəxslə restorandan çıxaraq avtomobilinə mindiyi əks olunub. Daha sonra Xəqan Zeynalov […]

Putin və Lukaşenko Moskvada görüşəcəklər

Rusiya və Belarus prezidenti Vladimir Putin və Aleksandr Lukaşenko arasında telefon danışığı olub. APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Putin belaruslu həmkarını doğum günü münasibətilə təbrik edib. “Prezidentlər Rusiya – Belarus ittifaqının möhkəmləndirilməsi və bütün istiqamətlərdə qarşılıqlı sərfəli əməkdaşlığın genişləndirilmək niyyətində olduqlarını təsdiqləyiblər. Yaxın həftələrdə Moskvada görüş keçirmələrini […]

Polis Ceyranbatanda axund da daxil olmaqla 29 nəfəri cərimələdi – FOTOLAR

Ceyranbatanda Aşura mərasimi keçirmək istəyənlər xüsusi karantin rejimini pozublar.DİN-nin Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində bir qrup şəxsin “Aşura” mərasiminin keçirilməsi ilə əlaqədar məscidin qarşısına toplaşdıqları müəyyən olunub. Həmin şəxslər ümumilikdə 29 nəfər, həmçinin Ceyranbatan məscidinin axundu Kazım Əyyubov ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq Polis İdarəsinə gətiriliblər. Polis […]

Müxalifətin yeni izdihamlı aksiyası gözlənilir – Minskin mərkəzinə hərbi qüvvələr yeridilir

Bu gün səhər saatlarından etibarən Belarusun paytaxtı Minskin mərkəzinə hərbi texnika və güc sturkturlarının bölmələri, o cümlədən OMON hissələri yeridilir. Virtualaz.org xəbbər verir ki, təhlükəsizlik qüvvələri mərkəzi Müstəqillik meydanı və Hökumət evi boyu düzlülürlər. Bu, müxalifətin növbəti izdihamlı aksiyasına hazırlıqdır. Planlaşdırılır ki, Belarus müxalifəti günün ikinci yarısında Minskdə və digər iri şəhərlərdə prezident seçkilərinin nəticələrinə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31