Türk birliyinin əhəmiyyəti və zərurəti günbəgün artmaqdadı

Pandemiya ilə bağlı dünya miqyasında siyasi mübarizənin və hərbi qarşıdurmaların səngiməsinin gözlənildiyi bir vaxtda dövlətlərarası münasibətlərdə siyasi gərginliyin artması dövlətimizi yeni vəziyyətə uyğun daha çevik siyasət aparmağa vadar edir. Ermənistanın təcavüzü nəticəsində son 30 il ərzində hərbi-siyasi gərginliyin episentrində yer alan Azərbaycan ölkə vətəndaşlarının həyatının xilas olunması üçün çalışdığı bir zamanda Ermənistanın sərhəd zolağında törətdiyi […]

Salyanda qətl törədən şəxs saxlanılıb

Salyanda qətl törədən şəxs saxlanılıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ötən gün Salyan rayonunun Boranıkənd kənd sakini, 1993-cü il təvəllüdlü Hüseynov Hilal Əliyar oğlu qonşusu, 1979-cu il təvəllüdlü Əhədov Rəşad Sədyar oğlu tərəfindən bıçaqlanıb. Bıçaqlanan şəxs Salyan rayon mərkəzi xəstəxanasının cərrahiyə şöbəsində əməliyyat olunaraq reanimasiya şöbəsinə köçürülüb. Bir müddət sonra çoxlu qan itirən yaralı aldığı […]

Sentyabrın 14-dən metronun fəaliyyəti bərpa oluna bilər

Sentyabrın 14-də Bakı metrosunun açılacağı gözlənilir. “Report”un əldə etdiyi məlumata görə, Bakı Metropoliteninin stansiyaları açılışa hazırlanır. Belə ki, metro stansiyalarının ilk tədris günündən (15 sentyabr) öncə açılması ilə bağlı “Bakı Metropoliteni” QSC təklif irəli sürülüb. Hazırda təklif Nazirlər Kabineti yanında Operativ Qərargahda müzakirə olunur. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”a açıqlamasında hazırda […]

Gürcüstanda koronavirusa yoluxanların sayı 28 nəfər artıb

Gürcüstanda son sutka ərzində koronavirusa 28 yeni yoluxma halı təsdiqlənib, 15 pasiyent sağalıb. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Bununla da qonşu ölkədə indiyədək COVID-19 diaqnozu qoyulan şəxslərin sayı 1 596-ya, sağalanların sayı isə 1 294-ə çatıb. Xəstəlikdən 19 nəfər vəfat edib. Hazırda Gürcüstan üzrə 6 250 […]

PSJ klubunun daha bir futbolçusu koronavirusa yoluxub

Fransanın PSJ klubunun daha bir futbolçusu koronavirus pandemiyasına yoluxub. Apasport.az saytı xəbər verir ki, hücumçu Mauro İkardidən götürülən testin nəticəsi pozitiv çıxıb. Argentinalı forvard dərhal karantinə alınıb. Qeyd edək ki, bir neçə gün əvvəl PSJ-nin digər futbolçuları Neymar, Anxel Di Mariya və Leandro Paredesin də koronavirus infeksiyasına yoluxduğu açıqlanıb.

Ermənistanda COVID-19-dan ölənlərin sayı 890-ı ötdü

Ermənistanda daha 190 nəfərdə koronavirus aşkarlanıb. “Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 44 461-ə yüksəlib. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 891-ə çatıb. İndiyədək 39 257 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 4 041 aktiv koronavirus xəstəsi var.

Serbiya Prezidenti və Kosovo Baş naziri Vaşinqtonda müqavilə imzalayacaq

Serbiya Prezidenti Aleksandar Vuçiç və tanınmayan Kosovanın Baş naziri Avdulah Hoti sentyabrın 4-də Ağ Evdə ABŞ lideri Donald Trampın iştirakı ilə mahiyyəti açıqlanmayan müqavilələrin imzalanması mərasimində iştirak edəcəklər. “Report” TASS-a istinadən xəbər verir ki, bu, ABŞ prezidentinin cümə günü üçün cədvəlində göstərilib. Ağ Ev Vuçiç və Hotinin hansı sənədi imzalayacağını açıqlamayıb. Digər tərəfdən, Serbiya lideri cümə axşamı cümə […]

Cənubi Koreyada internet satışlar rekord həddə çatıb

Koreya Respublikasında onlayn ticarət həcmi iyul ayında rekord həddə yüksəlib. Trend-in məlumatına görə, bu barədə ölkənin Milli Statistika İdarəsi xəbər verib. Bildirilir ki, sözügedən rəqəm 12,9 trilyon von (10,8 milyard dollar) təşkil edib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz çoxdur. Qida və ev əşyaları satışında əhəmiyyətli artım olub. Xüsusilə internet vasitəsilə qida […]

“UNİVERSİTETLƏR ÜÇÜN DƏ NÜMUNƏ OLMALIDIR…” – Prezident UNEC-in yeni tədris korpusunun açılışında + VİDEO

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Bakının Yasamal rayonundakı 3 saylı tədris korpusu yenidən inşa olunaraq istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni tədris korpusunun açılışında iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım tədris korpusunda yaradılan şəraitlə tanış olublar. Təhsil naziri Emin Əmrullayev və UNEC-in rektoru Ədalət Muradov Prezident İlham Əliyevə […]

“TOFİQ YAQUBLUNU ƏFV EDİN” – Deputat Prezidentə müraciət etdi

“Öncə onu qeyd etmək istəyirəm ki, Tofiq Yaqublu siyasi məsələlər barədə nə qədər çox və nə qədər sərt danışsa da, cəmiyyət onu siyasətçidən daha çox döyüşçü kimi tanıyır və ona olan müəyyən hörmət də daha çox torpaqlarımız uğrunda döyüşüb yaralanmasına görədir”. Bunları BAXCP sədri, deputat Qüdrət Həsənquliyev Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun 4 il 3 ay azadlıqdan məhrum edilməsi […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930