300 nəfər əhalisi olan və pula ehtiyac duyulmayan ada -Fotolar

Latın Amerikası və Afrikanın ortasında, Atlantik Okeanının cənubunda Tristan de Cunha adlı ada yerləşir. Hazırda adada cəmi 300 nəfər sakin yaşayır. Məlumata görə, ada 1506-cı ildə admiral Tristao de Cunha tərəfindən kəşf edilib və onun şərəfinə də bu cür adlandırılıb. Musavat.com bildirir ki, dünya ölkələrindən uzaq olan bu adaya getmək çox çətindir. Tristan de Cunha […]

İlham Əliyev İranın yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edib. Musavat.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Azərbaycan Prezidenti Şimali Makedoniyanın dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovskiyə təbrik məktubu ünvanlayıb. Musavat.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə Şimali Makedoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə […]

“Qalatasaray”dan Terimə doğum günü sürprizi – VİDEO

Türkiyənin “Qalatasaray” klubu baş məşqçi Fatih Terimə 67 yaşı münasibətilə sürpriz edib. “Report”un məlumatına görə, klub Terimin karyerası ərzində birgə çalışdığı futbolçular və dostlarının təbriklərinin yer aldığı video hazırlayıb. Onların arasında İngiltərə “Arsenal”ının sabiq baş məşqçisi Arsen Venger, təcrübəli mütəxəssislə İtaliyada birgə çalışmış Paolo Maldini, Cennaro Qattuzo, Nunu Qomeş, Ruy Koşta, “sarı-qırmızılar”ın əfsanəvi futbolçuları George Hacı, […]

Azərbaycanda övladlığa götürülən uşağa müavinət veriləcək

Azərbaycanda övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə aylıq müavinət verilməsi təklif olunur. APA-nın məlumatına görə, bununla bağlı “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik təklif edilir. Övladlığa götürülən uşağa görə hansı halda müavinət təyin ediləcəyi də müəyyənləşir. Övladlığa götürülən uşağa görə müavinət valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 […]

2021-ci ilin dövlət büdcəsi və azalan neft gəlirləri: İqtisadçı Əkrəm Həsənov “Canlı yayın”da

Bu gün Musavat.com saytının canlı yayımda Facebook və Youtube platformalarında həyata keçirdiyi, aparıcı Nərgiz Liftiyevanın təqdimatında baş tutan “Müzakirə Masası” verilişində ölkədəki iqtisadi vəziyyət, gələn ilin dövlət büdcəsinin detalları, neftin qiyməti və azalan neft gəlirləri, bankların durumu və sair mövzular müzakirə olunur. Hazırda başlayan yayında iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov iştirak edir. Müzakirədə izləyicilərimiz də iştirak […]

Aİ Belarus rəsmilərinə sanksiya tətbiq edəcək

Avropa İttifaqı (Aİ) Belarusda son prezident seçkilərinin nəticələrini saxtalaşdırdıqlarına və etirazçılara qarşı zorakılıq əməllərinə görə bu ölkənin 31 rəsmi şəxsinə qarşı iqtisadi sanksiyalar tətbiq etmək niyyətindədir. “Report” “Reuters”ə istinadən xəbər verir ki, diplomatik mənbələrə görə, məhdudlaşdırıcı tədbirlər görüləcək 31 yüksək vəzifəli şəxs arasında Belarus xarici işlər naziri Yuriy Karayev də var. Belə ki, dünən nazir ölkəsinin […]

İranda zəlzələdə yaralananların sayı artdı

İranın şərqində yerləşən Gülüstan əyalətində baş verən zəlzələ nəticəsində zərərçəkənlərin sayı 34 nəfərə yüksəlib. “Report” ISNA-ya istinadən xəbər verir ki, bu barədə tibb işçiləri məlumat veriblər. Bildirilib ki, 17 yaralı xəstəxanaya yerləşdirilib, qalanlarına isə yerində yardım göstərilib. Qeyd edək ki, sentyabrın 7-də gecə saatlarında Gülüstan əyalətinin Ramian şəhərində 5,1 bal gücündə zəlzələ olub. Yeraltı təkanların […]

Bakı məktəblisi özünü üçüncü mərtəbədən atıb? – Açıqlama

Bakı şəhəri, Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 313 N-li məktəb şagirdinin intihar etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı rəsmi açıqlama verilib. Məktəbdən “Report”a bildirilib ki, təhsil müəssisəsinin 10-cu sinif şagirdi məktəbdə texniki işçi işləyən anasının arxasınca məktəbə gəlib və məktəbdə olan zaman yıxılaraq ayağından xəsarət alıb. Qeyd olunub ki, təcili tibbi yardım çağırılıb və […]

Ceyhun Bayramov özbəksitanlı həmkarı ilə telefonla danışıb

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramovun Özbəkistan Xarici İşlər naziri Əbdüləziz Kamilov ilə telefon söhbəti baş tutub. Musavat.com xəbər verir ki, bu barədə məlumatı Xarici İşlər Nazirliyi yayıb. Nazirlər ikitərəfli əməkdaşlıq əlaqələrinin müxtəlif aspektləri üzrə fikir mübadiləsi aparıblar. İkitərəfli əməkdaşlığın inkişafı, o cümlədən pandemiyaya baxmayaraq ölkələr arasında ticarət dövriyyəsinin artdığı vurğulanıb. Tərəflər, həmçinin Azərbaycan […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930