“Qoy, düşmən şok olsun, qorxuya düşsün…” – Murad Arif

“Ən pis nə ola bilər ki? Ölə bilərik? Olsun! Torpağına sahib çıxmayan xalq niyə yaşasın ki? O damğa ilə yaşamaq yaşamaqdır ki?! Ona görə də, hər bir pis xəbər, hər itkiyə dirənməliyik, sınmamalıyıq. Qoy, düşmən çaşsın, şok olsun, qorxuya düşsün, anlamasın bizi”. Musavat.com xəbər verir ki, bu sözləri bəstəkar müğənni Murad Arif sosial şəbəkədə yazıb. O, […]

Ermənistan KTMT-nin təlimlərində iştirak etməyəcək

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu ayın 12-dən 16-dək Belarusda keçirəcəyi növbəti “Sarsılmaz qardaşlıq” adlı hərbi təlimlərdə iştirak etməyəcəklərini açıqlayıb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə KTMT mətbuat katibi Vladimir Zeynəddinov bildirib. Ermənistanın KTMT ölkələrinin birgə hərbi təlimində iştirak etməməsi Azərbaycanın işğal etdikləri ərazisində sentyabr ayının 27-dən başlayan hərbi əməliyyatlarla əsaslandırılır.

İşəncələrə Qarşı Azərbaycan Komitəsi ermənilərindinc sakinləri hədəf alınmasına qarşı etiraz bəyanatı yayıb

İşəncələrə Qarşı Azərbaycan Komitəsinin Sədri Tural Hüseynov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrində dinc sakinlərin hədəf alınmasına qarşı etiraz bəyanatı yayıb. Musavat.com-a daxil olan bəyanatda bildirilir ki, 30 ildir Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən törədilən ağlasığmaz cinayətlər üçün heç bir hesab sorulmaması təcavüzkarı daha da azğınlaşdırmış və yeni-yeni cinayətlərə sövq etdirmişdir: “Ermənistanın Baş naziri […]

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik I oxunuşda qəbul olundu

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. “Report” xəbər verir ki, qanuna təklif edilən dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, müvafiq icra  hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olan vətəndaşlar bir qayda olaraq dövlət sirrinin daşıyıcıları olurlar. Qanuna ediləcək dəyişilikdən öncə vətəndaş […]

Sabah hava yağmursuz olacaq

Oktyabrın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində havanın qısa müddətə tutulacağı, çiskinli olacağı ehtimal olunur. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 19-21, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək […]

Əfqanıstan XİN başçısı ölkəsinin Azərbaycana dəstəyini bir daha bəyan edib

Bu ilin 5 oktyabr tarixində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Əfqanıstan İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Hənif Atmar arasında telefon danışığı baş tutub. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Musavat.com-a verilən məlumata görə, nazir Məhəmməd Hənif Atmar bölgədə yaşanan gərginlikdən narahatlıq ifadə edib və Əfqanıstanın Azərbaycana dəstəyini bir daha qeyd edib. Nazir […]

Rusiyada əhalinin müflisləşməsi bu il 65% artıb

Bu ilin yanvar-sentyabr aylarında Rusiya vətəndaşları arasında müflis olanların sayı 77 050 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 64,9% çoxdur. “APA-Economics” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Fedresurs” portalı (hüquqi şəxslər, fərdi sahibkarlar və digər iqtisadi fəaliyyət subyektlərinin fəaliyyətinin faktları barədə qanuni əhəmiyyətli məlumatların vahid federal reyestri) dərc […]

Rəşad Mahmudov: “Tarixi ədalət bərpa ediləcək”

“Azərbaycan apardığı mübarizədə qalib gələcək”. APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Milli Məclisin Səhiyyə komitəsinin sədrinin müavini Rəşad Mahmudov deyib. O bildirib ki, tarixi ədalətin bərpa ediləcəyinə əmindir: “Buna heç kimin şübhəsi yoxdur. Hamıya məlumdur ki, müharibə aparmaq rahat iş deyil. Müharibənin ön və arxa cəbhə olmaqla iki hissəsi var. Müharibənin müddəti uzandıqca […]

Gürcüstanda koronavirusa yoluxanların sayı 9 mini ötüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 549 yoluxma halı qeydə alınıb, 6 nəfər ölüb. APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 9 245 nəfərə, ölənlərin sayı 58 nəfərə çatıb. Qeyd edək ki, Gürcüstanda koronavirus […]

Günün fotosu: Erməninin Petkesinin atdığı raket – bir azdan manqal olacaq

Bu, Mingəçevirə atılan raketdir, partlamayıb, asfalta sancılıb. Ancaq mütəxəssislərin dediyinə görə, bu iki metrlik raketin partlamaması bəxt gətirməklə bağlı deyil, bunu havadaca zərərsizləşdirməyi bacaran oğulların əməyidir. Heç demə, raketin torpağa sancılan hissəsindəki partladıcı başlıq əvvəlcədən havada vurulub, başqa səmtə göndərilib, nəticədə Mingəçevirə düşən raketin “cəsədi” olub. Yadınızdadırsa, hələ iyul ayının ortalarında Tovuz-Tavuş həndəvərində müharibə gedəndə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031