Rusiyada yaşayan azərbaycanlı biznesmenin qızları ordumuza dəstək oldu

Rusiyada yaşayan azərbaycanlı biznesmenin qızları Aidə və Fəridə bacıları Qarabağda gedən döyüşlərlə bağlı Azərbaycana dəstək olublar. BAKU.WS xəbər verir ki, “İnstagram”da 2 milyona yaxın izləyicisi olan bacılar dəstəyini belə ifadə edib. Onlar Azərbaycanla bağlı video paylaşaraq, “Allah əsgərlərimizi qorusun, dualarımız sizinlədir” şərhini yazıb.

KTMT üzvü olan ölkə Bakını açıq şəkildə müdafiə etdi

Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev Qarabağın da aid edildiyi dondurulmuş konfliktlərlə bağlı danışıb. Axar.az xəbər verir ki, Tokayev təəssüflə BMT-nin yarandığı gündən dünyanın çoxsaylı regional və millətlərarası konfliktlərdən xilas ola bilmədiyini deyib. O, Qazaxıstanın bütün konfliktlərin siyasi-diplomatik yolla həllinin tərəfdarı olduğunu deyib. Tokayev çıxışı zamanı, həmçinin beynəlxalq hüququn baza prinsiplərinə əməl etməyin vacib olduğunu qeyd […]

“Almaniyanı Ermənistandan işğal olunmuş ərazilərimizi boşaltmağı tələb etməyə çağırırıq” – bəyanat

Azərbaycan QHT-ləri Almaniyanın Xarici İşlər naziri Hayko Maasın Ermənistan-Azərbaycan münaqişəsinə dair açıqlaması ilə bağlı bəyanat veriblər. Bəyənatda deyilir:  – Biz Azərbaycan QHT-ləri olaraq bildiririk ki, Almaniya Federativ Respublikasının Xarici İşlər naziri Hayko Maasın Azərbaycana birtərəfli atəşkəsə dair çağırış etməsi və ölkəmizə təzyiq göstərilməsi barədə Almaniya Bundestaqında açıqlama verməsinin ictimaiyyətimizdə ciddi təəssüf hissi ilə qarşılanıb. Məlum […]

Aprel döyüşlərində də iştirak edən işğalçı erməni məhv edildi

Aprel döyüşlərində də iştirak edən erməni əsgər məhv edilib. BAKU.WS xəbər verir ki, bu barədə məlumatı erməni saytları yayıb. Mənbənin məlumatına görə, məhv edilən əsgər Menua Ovannisyan Ermənistanda böyük layihələrin rəhbəri Karin Tonoyanın oğlu imiş.

“Real Madrid”in əsas qapıçısı yığmadan kənarlaşdırıldı

İspaniyanın “Real Madrid” klubunun qapçısı Tibo Kurtua Belçika millisinin düşərgəsindən ayrılıb. “Report” Belçika yığmasının rəsmi “Twitter” səhifəsinə istinadən xəbər verir ki, tibbi müayinədən sonra 28 yaşlı qolkiperin fiziki cəhətdən hazır olmadığı üzə çıxıb. Kurtua sentyabrda koronavirus şübhəsi ilə UEFA Millətlər Liqasının matçlarını buraxıb. Qeyd edək ki, Belçika oktyabrın 11-də Millətlər Liqasında İngiltərənin, 3 gün sonra […]

Ermənistanda dizenteriya yayılıb

Ermənistanın Lori vilayətində 39 nəfər dizenteriyaya yoluxub. Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin Səhiyyə Nazirliyi bildirib. Qeyd olunub ki, oktyabrın 6-da 6 nəfər dizenteriya diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Oktyabrın 6-dan 8-dək daha 33 nəfərdə eyni xəstəlik aşkar edilib. Bütün xəstələr xəstəxanaya gətirilib. Bütün yoluxanların eyni məhəllədə yaşadığı və eyni mənbədən sudan istifadə etdiyi […]

Ermənistanda qəhrəman elan edilən əsgərin ölməsi təsdiqləndi

Erməni hərbçi Artak Ovannisyanın ölməsi ermənilər tərəfindən  rəsmi olaraq təsdiqlənib. Musavat.com xəbər verir ki, Ermənistanda qəhrəman elan edilən və reklam lövhələrinə şəkli vurulan Artak Ovannisyan Ermənistan ordusunda topçu vəzifəsində xidmət edib. Qeyd edək ki, döyüşlər başlayandan bu şəkil Ermənistanda xeyli məşhurlaşmışdı. Daha sonra həmin erməni əsgərin Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilməsi bildirilmişdi.

Ermənistan MN şokda: 5 min əsgər itkin – Foto

Azərbaycana qarşı müharibəyə çağırılan erməni əsgərlərinin anaları və qohumları onları nə ölən və yaralananların siyahısında, nə də cəbhə bölgəsində yerləşən hərbi hissələrdə tapa bilirlər. Axar.az xəbər verir ki, bu məlumat Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan tərəfindən təsdiqlənib. Ermənistanın rəsmi məlumatına görə, onlar son döyüşlərdə 361 hərbçi itiriblər, lakin sosial şəbəkələrin erməni seqmentində tamamilə fərqli […]

AFFA-nın müraciətindən sonra UEFA Henrik Mxitaryanın bacısını tənbeh etdi

İtaliyanın “Roma” klubunda çıxış edən futbolçu Henrix Mxitaryanın bacısı və agenti, UEFA-da çalışan Monika Mxitaryan bir neçə gün öncə “Twitter”dəki paylaşımı ilə diqqət çəkib. “Report” xəbər verir ki, M.Mxitaryan Dağlıq Qarabağla bağlı müxtəlif paylaşımlar edərək guya həmin ərazilərin tarixi erməni torpaqları olduğunu iddia edib. UEFA əməkdaşının belə yanaşması, ən azı, Avropa futbol qurumunun əməkdaşları üçün […]

Azərbaycanlı mayor 27 ildən sonra doğulduğu Cəbrayılda – FOTO

Azərbaycan Ordusunun mayoru Camal Qəmbərovun 27 ildən sonra doğulduğu Cəbrayıl rayonundan fotosu yayılıb. Şəkil sosial şəbəkədə paylaşılıb. Bildirilib ki, o, 7 yaşında ermənilərin işğalından sonra Cəbrayıldakı evini tərk edib və 27 il sonra doğma torpağını işğaldan azad edən şəxs kimi geri dönüb. İTV xəbərin Camal Qəmbərovun ailəsindən hazırladığı süjeti təqdim edirik.

Photo Gallery

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031