Türkiyə lirəsi rekord səviyyədə dəyərsizləşib

Regiondakı geosiyasi risklərin kəskin artması fonunda Türkiyə lirəsi çərşənbə günü ABŞ dollarına nisbətən tarixi minimumu yeniləyib. “Report” “Bloomberg”ə istinadən xəbər verir ki, Türkiyə valyutası bir gün əvvəl qeydə alınan əvvəlki rekordu (7,88) yeniləyərək 1 ABŞ dolları=7,89 Türkiyə lirəsi səviyyəsinə düşüb. Rəsmi Ankara ilə Avropa İttifaqı arasındakı münasibətlər son zamanlarda Türkiyənin Aralıq dənizinin şərqində apardığı və […]

Bəhram Bağırzadə: “Qələbə çalacağıq, çünki həqiqət, ədalət və Allah bizim tərəfimizdədir”

Əməkdar artist Bəhram Bağırzadə “İnstagram”da paylaşdığı statusu ilə diqqət çəkib. Musavat.com bildirir ki, o, ermənilərə səslənərək, aşağıdakıları qeyd edib: “Mən- Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə, insan nitqini hələ də qavraya bilən hər kəsə müraciət edirəm. Son onilliklər ərzində Azərbaycan bir çox dünya səviyyəli layihələr həyata keçirib. Ancaq əsas odur ki, biz 10 milyon olduq. Çünki prezidentimiz […]

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 7-də 40,58 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,9 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 40,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,89 dollar/barel […]

Nəsrin Cavadzadə də Azərbaycana dəstək oldu

Türkiyədə yaşayan məşhur azərbaycanlı aktrisa Nəsrin Cavadzadə də Azərbaycana dəstək olub. Musavat.com bildirir ki, aktrisa Qarabağda gedən müharibə ilə əlaqədar Azərbaycana dəstək mesajı verib. Belə ki, aktrisa 2 milyon izləyicisi olan “İnstagram” səhifəsinin profil fotosunu Azərbaycan bayrağı ilə əvəzləyib.

Prezidentin köməkçisi: “Ermənistanın dövlət terroru davam edir”

“Ermənistanın kamikadze dronu Azərbaycanın hava hücumundan müdafiə qüvvələri tərəfindən uğurla məhv edilib”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ”Twitter”dəki hesabındakı paylaşımında bildirib. H. Hacıyev qeyd edib ki, kamikadze dron mülki obyektlərin ətrafında hərəkət edib, kamikadze dronun məhv edilməsi nəticəsində daha çox mülki şəxsin […]

MN: Bərdə şəhəri atəşə tutulur

Ermənistan silahlı qüvvələri Bərdə şəhərini atəşə tutur. Bu barədə Musavat.com-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Mülki əhali və şəxsi heyət arasında təbliğat-təşviqat işləri davam edir

Əks-hücum əməliyyatları zamanı mənəvi-psixoloji təminat tədbirləri çərçivəsində keçirilən təbliğat-təşviqat işi davam edir. Bu barədə Musavat.com-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Ali Baş Komandanın müraciətləri, təbrikləri və ürək sözləri, həmçinin hərbi komandanlığın müraciətləri, əldə edilən qələbələr barədə məlumatlar şəxsi heyətə və mülki sakinlərə operativ şəkildə çatdırılır. Təşviqat tədbirlərinin məqsədi Ordu-Xalq birliyinin daha da möhkəmləndirilməsi, Ordumuzun qüdrətinin […]

Rusiya səsdənsürətli raketi sınaqdan keçirib

Rusiya Hərbi-Dəniz Qüvvələri səsdənsürətli “Sirkon” qanadlı raketini sınaqdan keçirib. Trend-in məlumatına görə, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov prezident Vladimir Putinə məruzə edib. Qeyd olunur ki, raket Ağ dənizdə yerləşən gəmidən buraxılıb və 450 kilometr məsafədə, Barens dənizində şərti hədəfi vurub. Raketin sürəti saatda 5,7 min kilometrə bərabər olub. “Sirkon”un 2020-2021-ci […]

İsveçdə yaşayan Azərbaycan əsilli siyasətçilər ölkə Parlamentinə müraciət edib

İsveç Krallığında yaşayan Azərbaycan əsilli siyasətçilər bu ölkənin Parlamentinin xarici əlaqələr üzrə komitəsinə müraciət ünvanlayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, İsveç Krallığının parlamentində təmsil olunan partiyalarin seçkili orqanlarında, regionlarda və bəllədiyyələrdə siyasi vəzifə daşıyan Azərbaycan əsilli siyasətçilər Aida Kərimli, İradə Əliyeva Söderberg, Turan Əliyev, Firudin Ələsgərov, Xalidə Marefat İsveç Krallığının xarici […]

Ermənilər Ağdama yenə mərmi atıb, 2 mülki şəxs yaralanıb

Cəbhədə şiddətli döyüşlər davam edir. Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir. Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayon ərazisini yenidən atəşə tutub, dinc sakinləri hədəf alıb. Düşmənin növbəti dəfə atdığı mərmilərindən biri rayon ərazisinə düşüb. Nəticədə 2 mülki şəxs yaralanılıb. Hazırda döyüşlər davam edir.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031