Emmanuel Makron Prezident İlham Əliyevə telefonla zəng edib

Oktyabrın 9-da Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyəti müzakirə ediblər.

Bakıda 2040-cı ilədək metro xətlərinin sayı 25-dən 51-ə çatdırılacaq

Bakıda 2040-cı ilədək metro xətlərinin sayı 25-dən 51-ə çatdırılacaq. APA-nın məlumatına görə, bu, Bakı Şəhərinin Baş Planı 2040-da əksini tapıb. Layihəyə əsasən, 2040-cı ilədək “28 May” stansiyası metro şəbəkəsinin mühüm əhəmiyyətə malik mərkəzi qovşağı olaraq qalacaq. 2027-ci ilədək “28 May”-“Cəfər Cabbarlı” keçid stansiyasında yaşıl və qırmızı xətlərinin bir-birindən ayrılması və yeni dəstəkləyici infrastrukturun yaradılması planlaşdırılır. […]

Ajda Pekkandan Azərbaycana dəstək: “Həm ölkəniz, həm də xalqınız çox gözəldir!”

“Həm ölkəniz, həm də xalqınız çox gözəldir!” Musavat.com bildirir ki, bu sözləri Türkiyənin məşhur ulduzu, müğənni Ajda Pekkan “Nargis Magazine” jurnalına açıqlamasında bildirib. Ajda Pekkan Azərbaycanı tez-tez ziyarət etmək istədiyini də dilə gətirib: “Azərbaycanı daha tez-tez ziyarət etmək istərdim. Həm ölkəniz, həm də xalqınız çox gözəldir! Zəngin mədəni irsiniz, şəhərinizin gözəlliyi isə çox gözəl təsir […]

“O komandada oynamaq arzumdur” – Poqba

“Mançester Yunayted”in futbolçusu Pol Poqbanın “Real”a keçəcəyi ilə bağlı xəbərlər yenidən gündəmdədir. Qol.az xəbər verir ki, fransalı yarımmüdafiəçi bu məsələyə münasibət bildirib. O, Britaniya mətbuatına açıqlamasında “Real”da oynamaq istədiyini etiraf edib: “Bəli, hər bir futbolçu “Real”da oynamaq istəyir. Bu, hər kəsin arzusudur. Elə mənim də arzum bu komandada oynamaqdır. Niyə bu arzunu nə vaxtsa reallaşdırmayım? […]

Dağıstanda onlarla uşaq kəskin bağırsaq infeksiyası ilə xəstəxanaya yerləşdirilib

Rusiyanın Dağıstan Respublikasında 42 uşaq kəskin bağırsaq infeksiyası ilə xəstəxanaya yerləşdirilib. Trend-in məlumatına görə, bu barədə respublikanın Səhiyyə Nazirliyi bildirib. Qeyd olunur ki, uşaqlardan 36-ı məktəbəqədər müəssisələrdən, dörd nəfəri isə məktəblərdən gətirilib. Bəzi xəstələrin vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Hazırda infeksiyanın mənbəyi ilə bağlı araşdırma aparılır.

“Versace” də Azərbaycana dəstək oldu: “Bu ölkə başqalarına bənzəmir”

“Mən düşünürəm ki, Azərbaycan çox fərqli yerdir və başqalarına oxşamır”. Musavat.com bildirir ki, bu sözləri dünyaca məşhur “Versace” brendinin rəhbəri Canninin dizayner bacısı Donatella “Nargis Magazine” jurnalına açıqlamasında bildirib. O, Azərbaycana dəstəyini bu cür qeyd edib: “Azərbaycan Avropa və Asiyanın mədəniyyətini və dinini özündə birləşdirir. Arixitekturası, modası, insanları, hətta mətbəxi Şərq və Qərbin birləşməsidir”. Qeyd […]

Yaponiya hökuməti İmperator taxtının varisini noyabrın 8-də elan edəcək

Yaponiya hökuməti vəliəhd-şahzadə Akişinonu İmperator taxtının varisini elan etmək üçün noyabrın 8-də mərasimlər silsiləsinin təşkili barədə qərar qəbul edib. AZƏRTAC xəbər verir ki, bu barədə qərar hökumətin oktyabrın 8-də keçirilən iclasında qəbul edilib. Bildirilir ki, koronavirus pandemiyası ilə əlaqədar mərasimlərin ixtisar edilmiş şəkildə təşkili nəzərdə tutulur. Şahzadə Akişino İmperator Naruhitonun kiçik qardaşıdır. Qeyd edək ki, […]

Hacı Əliyev: “Əsgərlərimiz qələbə eşqi ilə alışıb-yanırlar” MÜSAHİBƏ

Sərbəst güləş üzrə 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyevin “Report”a müsahibəsi – Bu yaxınlarda Rafael Ağayevlə birlikdə cəbhə bölgəsində oldunuz. Hətta “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovla Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov da orada idi. Maraqlıdır, səfər kimin təşəbbüsü ilə təşkil olunmuşdu? – Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən Ordumuza yardım kampaniyası var […]

İndoneziyanın müvəqqəti işlər vəkili Milli Məclisdə olub- FOTOLAR

Oktyabrın 8-də İndoneziyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım İngan Malem parlamentdə oldu və millət vəkilləri ilə görüşüb. Musavat.com-un məlumatına görə, qonağı Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycanın Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva salamladı və ona ölkəmizdəki fəaliyyətində uğurlar arzulayıb. Azərbaycanın çox gərgin bir tarixi prosesdən keçdiyini qonağın diqqətinə çatdıran komitə sədri ona cəbhə […]

Azərbaycanda bir qrup ziyalı, dini və milli icma nümayəndəsi BMT Baş Katibinə müraciət edib

Ermənistanın sentyabrın 27-dən etibarən növbəti dəfə hərbi təcavüzə əl ataraq təmas xətti boyunca Azərbaycan ordusunun mövqelərini, Dağlıq Qarabağ ərazisindən çox uzaqda yerləşən məntəqələrini iriçaplı silahlardan, artilleriya qurğularından atəşə tutması, mülki əhalini, azyaşlıları qəsdən hədəfə alması, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyasının kobud surətdə pozması ilə əlaqədar olaraq bir qrup ziyalı, dini və […]

Photo Gallery

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031