Hikmət Hacıyev: “Biz bütün təzyiqlərə sinə gəlməyə hazırıq”

“Təəssüf ki, ölkəmizə qarşı – öz haqlı savaşı olduğu təqdirdə də – yenə də təzyiqlər, fərqli fikirləri olan bir sıra dövlətlər var. Ölkəmizə qarşı təbliğat da aparılır. Ancaq biz bunların hər birinə sinə gəlməyə hazırıq”. “Report” xəbər verir ki, bunu “Haber Global”a müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət […]

Azərbaycan nefti kəskin bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,36 ABŞ dolları, yaxud 3,35% artıb. “Report” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 41,94 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin […]

Bəstəkarlar müharibədən nələr yazır?

“Tezliklə Şuşada bayrağımızı qaldıracayıq və Şuşanı dünya mədəniyyətinin mərkəzi edəcəyik” Rəşadətli Ordumuz bir-birinin ardınca uğurlu əməliyyatlar keçirərək, işğal olunmuş ərazilərimizi düşmən tapdağından azad edir. Bu da insanlarda ruh yüksəkliyi, qələbəyə inam yaradır. Son günlər vətənpərvərlik mövzusunda mahnılar yazdıran, kliplər çəkdirən sənətçilər də az deyil. Televiziyalar və radiolar da vətənpərvərlikdən bəhs edən mövzuları gündəmdə saxlayır, mahnılar, […]

Soydaşlarımız rəsmi Londonu Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırıb

Böyük Britaniyada yaşayan azərbaycanlı icması ölkənin Xarici İşlər naziri Dominik Raaba müraciət edib. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Britaniya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Hafiz Baxşəliyevin və Britaniya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fəridə Pənahovanın imzaladıqları məktublarda britaniyalı nazirə kanadalı həmkarı Fransua-Filip Şampanla hərbi toqquşmaların dayandırılmasına çağıran 6 oktyabr 2020-ci il tarixli birgə bəyanatına görə […]

Sahibə Qafarova İsrailin Azərbaycandakı səfirini qəbul edib

Milli Məclisin sədri Sahibə Qafarova İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Corc Diki qəbul edib. APA-nın məlumatına görə, parlamentin sədri bu barədə Tvitter hesabında məlumat yayıb. S. Qafarova qeyd edib ki, səfirə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu barədə ətraflı məlumat verib.

Cənubi Qafqaz müharibədən sonra: iqtisadi açılım mümkündürmü?

Azər Mehtiyev: “Regionda sülh və inkişafın olmağını arzulamayan şimal və cənub qonşularımız imkan versə”… Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək uğrunda apardığı mübarizə uğurla davam edir. Artıq regionun münaqişənin köklü şəkildə həll olunmasından sonrakı dövrü ilə bağlı planların qurulmasına başlanır. Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Pervıy kanal” telekanalına müsahibəsində Azərbaycan öz torpaqlarını azad etdikdək sonra […]

Türkiyə S-400-lə bağlı elan verdi: “Sınaq başlayır!”

Türkiyə S-400 zenit raket kompleks sistemlərinin sınağına başlayır. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilir ki, Ankara Qara dənizdə S-400 sistemlərinin atış təlimi üçün NAVTEX vasitəsilə elan verib. Təlim 13-16 oktyabr tarixləri arasında baş tutacaq.

Çavuşoğlunun “tvit”inin pərdəarxası

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun oktyabrın 6-da Azərbaycana səfəri zamanı “Twitter”də paylaşdığı status ölkəmizdə rəğbətlə qarşılanıb. Eyni zamanda XİN rəhbərinin bu statusu ölkəsində də ciddi rezonans doğurub. M.Çavuşoğlu yazıb: “Can Azərbaycanın Prezidenti İlham Əliyevə Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın salamını və dəstəyini çatdırdıq. BİZ BİR MİLLƏTİK! Ehtiyac olarsa, bir dövlət kimi davranacağımızdan heç kimin şübhəsi […]

Ermənilər Füzuli istiqamətində kəndləri atəşə tutdu, 6 mülki şəxs yaralandı – SON DƏQİQƏ

Cəbhənin Füzuli istiqamətində gərginlik davam edir. Kəndlərin və qəsəbələrin atəşə tutulması nəticəsibdə mülki şəxslər arasında yaralananlar var. “Yeni Müsavat” qəzetinin Füzuliyə ezam olunmuş əməkdaşları xəbər verir ki, sentyabrın 27-dən başlayan əks-əməliyyatlar davam edir. Düşmən Horadiz şəhərini, Şükürbəyli, Alıxanlı kəndlərini, Zobucuq qəsəbələrini ağır artileriyadan atəşə tutub. Bundan başqa düşmən Füzulinin cəbhədən kilometrlərlə kənarda yerləşən Qarabağ kəndini, […]

MN: Xankəndində sığınacaqda xeyli erməni hərbi qulluqçu məhv edildi

Azərbaycan Ordusunun Xankəndi şəhərinə endirdiyi atəş zərbələrindən ağır itkilərə məruz qalan Ermənistan silahlı qüvvələrinin burada yerləşən hərbi hissələrinin şəxsi heyəti təxliyə edilir. Musavat.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Məlumata görə, Xankəndində yerləşən hərbi hissələrdən birinin sığınacağına endirilən artilleriya atəşi nəticəsində xeyli sayda hərbi qulluqçu məhv edilib və yaralanıb.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031