MN: Havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verib

Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci əlahiddə artilleriya alayı bölmələrinə havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verib. Müdafiə Nazirliyindən Musavat.com-a verilən məlumata görə, xeyli sayda canlı qüvvə və hərbi texnika itirən düşmən döyüş meydanını qoyaraq qaçmağa məcbur edilib.

Gəncə vurulub, döyüşlər davam edir, rus politoloqlar isə dialoqdan dəm vurur

Dağlıq Qarabağda ağır döyüşlərdən sonra Moskvada əldə olunan humanitar atəşkəs məsələsinə rus politoloqlar ümidlə yanaşdıqlarını bildiriblər. Musavat.com Rusiya mətbuatına istinadən onların bəzilərini təqdim edir. Qeyd edək ki, bu rəylər Ermənistanın Gəncəni xaincəsinə vurmasından bir qədər öncə mətbuatda əks olunub. Rusiya Federasiya Şurasının beynəlxalq əlaqələr komitəsinin sədri Konstantin Kosaçev bunu eskalasiyanın nizalanması üçün şans adlandırb. “Əsas […]

Rusiyadakı səfirliyimiz: Vəziyyətə görə məsuliyyət Ermənistanın üzərinə düşür

Ermənistan tərəfindən Azərbaycanın mülki obyektlərinin qəsdən atəşə tutulması bir daha göstərir ki, bu ölkə beynəlxalq hüququn əsas normalarına, habelə öz üzərinə götürdüyü öhdəliklərə riayət etmək istəmir. “Report”un məlumatına görə, bu fikirlər Ermənistanın Moskvada əldə edilmiş atəşkəs barədə razılaşmanın şərtlərinin pozulması ilə əlaqədar Azərbaycanın Rusiyadakı səfirliyinin bəyanatında öz əksini tapıb. Səfirlikdə xatırladıblar ki, Azərbaycan Respublikasının, Ermənistan […]

Gəncədə raket atəşi nəticəsində dağılmış binada axtarış-xilasetmə işləri yekunlaşıb

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusunun 11 oktyabr 2020-ci il tarixində gecə saat 2.00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə atdığı raket nəticəsində yaşayış binası tamamilə dağılıb, bina sakinləri dağıntılar altında qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, dərhal əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin müvafiq […]

Prezident: “Qoy o, Putinə təşəkkür etsin ki, Rusiya növbəti dəfə Ermənistanı xilas etməyə gəldi”

“Bilirsinizmi, böyük etimad bəsləmədiyin adamla danışmaq çətindir. Mən onun sələfləri, müharibə cinayətkarları hesab etdiyim adamlarla danışıqlar aparmağa məcbur idim. Çünki onlar Xocalıda qanlı soyqırımı törədiblər, onlar Azərbaycanın dinc əhalisini məhv etməkdə, bizim tarixi və mədəni irsimizin dağılmasında təqsirkardırlar. Lakin mən məcbur idim. Ona görə ki, biz bu münaqişənin nizamlanması yolunu tapmalı idik”. Demokrat.az-ın xəbərinə görə, […]

Robinyo “Santos”a qayıtdı: Ayda 271 dollar maaş alacaq

Türkiyə çempionu “Başakşehir”dən ayrılan futbolçu Robinyo Braziliya “Santos”una keçib. “Report”un klubun rəsmi saytına istinadən məlumatına görə, 36 yaşlı hücumçu ilə 5 aylıq müqavilə bağlanılıb. 2021-ci ilin fevralınadək davam edəcək sözləşmə müddətində braziliyalı forvard ayda 1500 Braziliya realı (271 ABŞ dolları) maaş alacaq. Robinyo San-Paulu təmsilçisinin heyətində dördüncü dəfə çıxış edəcək. O, peşəkar karyerasına 2002-ci ildə […]

Ermənistan ŞOKDA! — Ordumuz düşmənə elə zərbə vurdu ki… (ANBAAN VİDEO)

Oktyabrın 10-dan 11-nə keçən gecə itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə hücuma keçməyə cəhd göstərən düşmənin qüvvə və vasitələri bölmələrimiz tərəfindən məhv edilib. Bu barədə Demokrat.az-a  Müdafiə Nazirliyindən bildirilib.  

Azərbaycan Prezidenti: “Ermənistan Rusiyadan 100 faiz asılı vəziyyətdədir”

“Minsk qrupunun həmsədri kimi Rusiya ATƏT tərəfindən üç ölkəyə verilmiş hüquq və səlahiyyətlərə malikdir. Lakin sözsüz ki, Rusiya bizim qonşumuz kimi, həm Azərbaycanla, həm də Ermənistanla ortaq tarixə malik olan bir ölkə kimi, əlbəttə, xüsusi rol oynayır. Şübhəsiz, bu rol xalqlarımızın tarixinə və qarşılıqlı əlaqələrinə, həmçinin Rusiyanın dünyada və əlbəttə, bizim regionda sanbalına və roluna […]

Düşmən hücumuna məruz qalan Gəncənin səmadan çəkilmiş görüntüləri – VİDEO

Ermənistan silahlı qüvvələrinin bu gün gecə saatlarında Gəncəni raket atəşinə tutması nəticəsində şəhərdə dağıntılar olub. “Anadolu Ajansı” dağıntılar baş verən Gəncənin səmadan çəkilmiş görüntülərini yayıb.

Elçin Əmirbəyov: “Ermənistana qarşı müəyyən sanksiyalar tətbiq olunmalıdır”

“Bu humanitar atəşkəsin ömrü ondan asılıdır ki, hansı dərəcədə erməni tərəfi öz öhdəliklərinə sadiqdir. Əgər onlar öhdəlikləri bundan sonra da pozmağa davam etsələr, Azərbaycan beynəlxalq hüququ çərçivəsində hərəkət edəcək”. “Report” xəbər verir ki, bunu Azərbaycan Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov söyləyib. “Biz yalnız müharibə yolunu nəzərdən keçirmirik. Əgər bütün beynəlxalq ictimaiyyət deyir ki, sülhə də […]

Photo Gallery

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031