Prezident: “Bir neçə yaşayış məntəqəsi tam nəzarətimiz altındadır”

“Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır. Hər gün, demək olar ki, hansısa bir şəhər və ya kənd işğaldan azad edilir, yaxud həmin kəndlər nəzarət altına alınır”. “Report” xəbər verir ki, bunu Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib. “Bu gün deyə bilərəm ki, bir neçə yaşayış məntəqəsi […]

İlham Əliyev: “Gəncəyə raket atılması erməni faşizminin eybəcər sifətinin növbəti təzahürüdür”

“Biz ümid edirdik ki, bundan sonra Dağlıq Qarabağ məsələsi siyasi yollarla həll olunacaq, çünki hesab edirdik ki, hərbi mərhələ artıq başa çatıb, təcavüzkar döyüş meydanında dərsini alıb və bundan sonra reallıqlarla hesablaşıb, diplomatik müstəvidə müsbət yanaşma göstərəcək. Ancaq, təəssüf ki, biz bunu görmədik”. “Report” xəbər verir ki, bunu Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində Azərbaycan […]

AMB depozit hərracında 100 mln. manat vəsait cəlb edib

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb. AMB-dən “APA-Economics”ə verilən məlumata görə, oktyabr 12-də Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti depozit hərracında tələb 579,6 mln. manat, hərracın nəticəsində bağlanılan depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil edib. Nəticədə, hərrac zamanı AMB 100 mln. […]

Enerji Məsələlərini Tənzimləmə Agentliyi ötən 9 ayda 3 468 müraciətə baxıb

Bu ilin 9 ayı ərzində Energetika Nazirliyinə və tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə istehlakçı hüquqlarının qorunması, elektrik enerjisi və təbii qaz təchizatı və digər məsələlərlə bağlı 3 468 müraciət daxil olub. Bu barədə Musavat.com-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, müraciətlərin 2190-ı elektrik enerjisi, 415-i təbii qaz təchizatı, 863-ü isə digər məzmunlu məsələləri əhatə edib. Bunlardan […]

“Barselona” futzal üzrə Çempionlar Liqasının qalibi olub

İspaniyanın “Barselona” klubu futzal üzrə Çempionlar Liqasının qalibi olub. “Report”un məlumatına görə, Kataloniya komandası finalda ölkənin digər təmsilçisi “El Poso”nu məğlubiyyətə uğradıb – 2:1. “Barsa” 2012 və 2014-cü ildən sonra tarixində üçüncü dəfə nüfuzlu mükafata sahib çıxıb. Onlar yarımfinalda müvafiq olaraq, Rusiyanın KPRF və “Tümen” komandalarını üstələyiblər. 3-cü yer uğrunda görüşün əsas vaxtı 2:2 hesablı […]

Monteneqrolu qapıçı: “Meydança yaxşı olsaydı, daha çox qol vurardıq”

“Əvvəlki oyunlarda olduğu kimi, Azərbaycanla matçda qazandığımız qələbədə də hamımızın rolu oldu. Lüksemburqla görüşdə son dəqiqələrdə zərbəyə yaxşı reaksiya göstərdim və bir qol vurub qalib gəldik. İndiyə qədər bütün görüşlərdə qələbə qazanmışıq. Bu, bizi ruhlandırır”. “Report”un məlumatına görə, bu fikirləri Monteneqro millisinin oyunçusu Milan Miyatoviç UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunda Azərbaycan üzərində qazandıqları 2:0 […]

Qərbi Kaspi Universiteti dünyanın 300 universitetinə müraciət edib

Qərbi Kaspi Universitetinin tələbələri erməni təcavüzü ilə əlaqədar olaraq universitetin tərəfdaşlıq əlaqələrinə malik olduğu dünyanın 300 universitetinin tələbələrinə müraciət edib. Müraciətdə deyilir: “30 ilə yaxındır ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu da daxil olmaqla təxminən 20 faiz ərazisini işğal altında saxlayır. İşğal nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından didərgin […]

Zərdabda zəlzələ olub

Azərbaycanda zəlzələ olub. Musavat.com Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, zəlzələ saat 06:56-da Zərdab stansiyasından 17 km qərbdə Zərdab-Bərdə sərhədində qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Atəş səsinin kəsilmədiyi Füzuli cəbhəsində atəşkəsin üçüncü günü – Cəbhədən xəbər

Cəbhənin Füzuli istiqamətində döyüşlər davam edir. “Yeni Müsavat” qəzetinin Füzuliyə ezam olunmuş əməkdaşları xəbər verir ki, atəşkəsin üşüncü günündə də ermənilərin təxribatı davam edib. Düşmən Horadiz şəhərini, Şükürbəyli, Alıxanlı kəndlərini artilleriyadan atəşə tutmaqda davam edirilər. Azərbaycan ordusu düşmən mövqelərini ağır artileriyadan hədəfə alıb. Döyüşlər şəhər saatlarında da davam edir. Qeyd edək ki, humanitar atəşkəs elan […]

Neft yenidən ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin dekabr müqaviləsinin dəyəri 1,03% azalaraq 1 barelə görə 42,41 dollar təşkil edib. “APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 1,06% azalaraq 40,17 dollar təşkil edib.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031