“Oruc Rəis” gəmisi Şərqi Aralıq dənizindəki fəaliyyət bölgəsinə çatıb

“Oruc Rəis” kəşfiyyat-qazma gəmisi Şərqi Aralıq dənizinin Türkiyə sektorunda fəaliyyət göstərəcəyi bölgəyə çatıb. AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez deyib. Oktyabrın 13-də sınaqların aparıldığını deyən nazir artıq bu gün ilk seysmik tədqiqatların emalına başlandığını qeyd edib. Qeyd edək ki, Türkiyənin Xarici İşlər Nazirliyindən verilən açıqlamaya əsasən, gəminin […]

Azərbaycanın “Stalinqrad”ı – Tərtərdə reportyorlarımız atəş altına düşdü FOTO VİDEO

Vətən uğrunda müharibənin 18-cü günü Tərtər istiqamətində döyüşlər qızğın şəkildə davam edir. Düşmən Azərbaycanın “Stalinqrad”ına – Tərtər rayonuna top və raketlərlə mərmi yağdırır. Oktyabrın 14-də səhər 7-dən başlayaraq Azərbaycan Ordusu düşməni atəş nöqtələrini, canlı qüvvələrini zərərsizləşdirmək üçün tədbirlər görür. Ermənistan Silahlı Qüvvələri rayonun əsasən mülki şəxslər yaşayan ərazilərini atəşə tutur. Nəticədə sosial obyektlər, məktəblər, uşaq […]

Azərbaycanlı alim Almaniya mətbuatında bəyanatla çıxış edib: Ermənistan həmişə danışıqlar prosesini yarımçıq qoymağa çalışıb

Professor Mirdaməd Sadıqov: Beynəlxalq ictimaiyyət Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb etməlidir UNEC-in prorektoru, Avropa Universitetləri Rektorları Klubunun üzvü, professor, Mirdaməd Sadıqov Almaniyanın aparıcı xəbər saytı “nex24.news”da bəyanatla çıxış edib. Azərbaycanlı alim beynəlxalq ictimaiyyətə səslənərək Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını bildirib. AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: “Azərbaycan ərazisinin 20 faizi – Dağlıq […]

Bostonda Ermənistanın işğalçı hərəkətləri ilə bağlı plakatlar yayılıb

Xarici ölkələrdə yaşayan azərbaycanlılar işğalçı Ermənistana kəskin etirazlarını bildirmək məqsədilə dünyanın iri şəhərlərində müxtəlif aksiyalar keçirirlər. Diasporla İş üzrə Dövlət Komitəsindən Musavat.com-a verilən məlumata görə, belə aksiyalardan biri də ABŞ-ın Boston şəhərində həyata keçirilib. Massaçusets ştatında yaşayan soydaşımız Həmid Rəhimlinin təşəbbüsü ilə şəhərin müxtəlif mərkəzi küçələrində 200-ə qədər plakatlar yerləşdirilib. Bu plakatlarda Ermənistanın baş nazirinin Dağlıq […]

Azərbaycan ordusu düşmənin daha bir neçə texnikasını ələ keçirdi

Azərbaycan ordusunun cəbhənin Füzuli istiqamətində uğurları davam edir. “Yeni Müsavat” qəzetinin cəbhənin Füzuli istiqamətinə ezam olunmuş müxbirləri xəbər verir ki, ordumuzun qəhrəman əsgərləri ermənilərin daha bir neçə texnikasını qənimət olaraq ələ keçirib. Əməkdaşlarımız xəbər verir ki, saz vəziyyətdə olan texnikaların sayı müşahidələrinə görə, ən azı 3 ədəd olub. Həmin hərbi texnikalar əsasən yük və qida […]

Baş epidemioloq: “Gürcüstanda ikinci dalğa başlayır”

“Gürcüstanda epidemioloji vəziyyət gərginləşib, ikinci dalğa başlayır”. “Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze deyib. Onun sözlərinə görə, ikinci dalğa say baxımından daha güclü, ağırlıq baxımından isə nisbətən yüngüldür. Baş epidemioloq bildirib ki, Gürcüstan daxilində yayılma intensiv xarakter alıb: “Buna baxmayaraq, ölkədə […]

Rusiya KİV: Ermənistan Qarabağdakı müharibəyə muzdlu əsgərlər cəlb edir

Ermənistanla Azərbaycan arasında Qarabağdakı hərbi münaqişədə erməni kökənli, amma ABŞ, Fransa və Rusiya vətəndaşlığına sahib olan silahlılar iştirak edir. “Report” xəbər verir ki, bu barədə Rusiyanın “ura.ru” informasiya agentliyi yazıb. Agentlik qeyd edib ki, muzdluların cəlb edilməsində ictimai təşkilatlar kimi maskalanmış diasporlar və strukturlar mühüm rol oynayırlar. Onlar “könüllüləri” – erməni mənşəli əcnəbiləri cəlb edirlər. […]

Qırğızıstanda yeni baş nazir seçilib

Qırğızıstan parlamenti ölkənin yeni baş naziri qismində Sadır Japarovu təsdiq edib. Trend-in məlumatına görə, yeni nazir parlamentin yekdil qərarı ilə seçilib. Bundan başqa, Qırğızıstanın yeni hökumətinin tərkibi, strukturu və proqramı təsdiq olunub. Qeyd edək ki, ölkədə oktyabrın 4-də keçirilmiş parlament seçkilərindən sonra baş vermiş etirazlar nəticəsində baş nazir Kubatbek Boronov istefa vermişdi.

Paşinyandan etiraf: “Xeyli sayda itkilərimiz var”

“Bu müddət ərzində xeyli itki verdik. Hazırda itkilərimizin sayı böyükdür”. “Report” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciəti zamanı deyib. Onun sözlərinə görə, Ermənistan qoşunları şimal və cənub istiqamətində geri çəkiliblər.

Xırdalan dairəsi yaxınlığında yeni körpünün tağ hissəsinin montajına başlanıb FOTO

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün metal konstruksiyalı aşırım tirlərinin montajı yekunlaşdırılaraq, tağ hissəsinin quraşdırılmasına başlanılıb.  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Musavat.com-a bildirilib ki, bundan öncə isə körpünün monolit dəmir-beton dayaqlarının inşası aparılaraq yekunlaşdırılmışdı. Qeyd edək ki, köhnə dəmiryolu körpüsünün dayaqları yolun hərəkət hissəsində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz […]

Photo Gallery

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031