Sabaha gözlənilən hava şəraiti açıqlanıb

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, oktyabrın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər saatlarında bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.  Havanın temperaturu Abşeron yarımadasında gecə 15-19, gündüz  21-24, Bakıda gecə 16-18, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer  […]

Gürcüstan XİN: Hava məkanı ilə bağlı qanunu pozan tərəf beynəlxalq hüquqa uyğun cavab verəcək

“Gürcüstanın hava məkanı ilə  mümkün hərbi daşınmalar barədə yayılan məlumatlar spekulyasiyadır”. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında bildirilib. “Təəssüf ki, son günlər mətbuatda Gürcüstanın hava məkanından mümkün hərbi daşınmalarla bağlı fərziyyələr davam edir. Bildiyiniz kimi, Gürcüstan hava sahəsini hərbi uçuşlar üçün bağladı və bu barədə açıq şəkildə […]

Ordumuza qarşı döyüşən futbolçu Qarabağda məhv edildi FOTO

Qarabağa gələrək Azərbaycan ordusuna qarşı döyüşən erməni futbolçu məhv edilib. Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, Azərbaycan əsgərinin məhv etdiyi futbolçu İrəvanın birinci liqada mübarizə aparan “Lokomativ” futbol klubunun yarımmüdafiəçisi imiş.

Azərbaycanın Avropa çempionatı üçün namizədliyi irəli sürülüb

Avropa Karate Federasiyası (EKF) rəhbərliyinin təşkilatçılığı və qitənin 30-dan artıq milli karate federasiyası rəsmilərinin iştirakı ilə növbəti videokonfrans keçirilib. Azərbaycan Milli Karate Federasiyasından apasport.az saytına verilən məlumata görə, görüşdə qlobal pandemiya şəraitinin karatenin inkişafına mənfi təsirlərini azaltmaq və qarşıda nəzərdə tutulan yarışlarla bağlı müzakirələr aparılıb. Dünya Karate Federasiyası (WKF) və EKF-in prezidenti Antonio Espinosun sədrliyi […]

Ölərəm dərdindən…

Tovuzda doğulduğum, tovuzlu olduğum üçün özümü çox şanslı sayıram. Allah mənə böyük lütf edib o gözəl torpaqda doğulmağıma izn verməklə. İkinci dəfə dünyaya gəlmək şansım olsaydı və desəydilər, harada anadan olmaq istərsən, Şuşanı seçərdim. Heç vaxt görmədiyim bu şəhər haqda sakit düşünə bilmirəm. “Uzun ömrün akkordları” filmində Şuşa ilə bağlı fraqmentlərə baxanda çox kövrəlirəm. Gözlərim […]

“Santos” 1 həftə əvvəl transfer edilən Robinyo ilə müqaviləni pozdu

Braziliyanın “Santos” klubu 1 həftə əvvəl transfer etdiyi Robinyo ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Qol.az xəbər verir ki. Bu barədə klubun saytı məlumat yayıb. Belə bir addıma səbəb kimi 36 yaşlı hücumçunun hazırda İtaliyada davam edən məhkəməsinə köklənməli olması göstərilib. Robinyo 2013-cü ildə gecə klubunda alban əsilli 23 yaşlı gənc qadına təcavüzdə ittiham […]

Ceyhun Bayramov Gəncə terroru barədə beynəlxalq təşkilatları məlumatlandırıb

Bu ilin 17 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin növbəti dəfə raket atəşinə tutulması dinc əhalinin, mülki infrastrukturun hədəfə alınması ilə bağlı Xarici İşlər naziri Ceyhun Bayramov beynəlxalq təşkilatların rəhbərləri və xarici dövlətlərdəki həmkarları ilə əlaqə yaradıb. Bu barədə Musavat.com-a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazir Ermənistan […]

Prezidentin çıxışındakı üç mühüm məqam

Bu axmaq erməni hakimiyyəti hələ də anlamır ki, nə 28 il əvvəlki təklənmiş xalq var, nə Azərbaycan 1992-93-cü illərdəki ölkədir… Bu səhər Prezident İlham Əliyevin xalqa növbəti müraciəti yayımlandı və əlamətdar xəbərlər, mesajlar, xəbərdarlıqlarla zəngin oldu. Ali Baş Komandanın müraciətində xüsusilə üç məqam diqqət çəkir: Gəncəyə növbəti xain hücumun məqsədi, Ermənistanın silahlandırılması, Ordumuzun cəbhədə uğurlu […]

Ombudsman: “Ermənistanın hərbi siyasi rəhbərliyi tərəfdar çıxdığı bütün beynəlxalq hüquq konvensiyalarına zidd addımlar atır”

“Təəssüflər olsun ki, hər zaman olduğu kimi Ermənistanın hərbi siyasi rəhbərliyi tərəfdar çıxdığı bütün beynəlxalq hüquq konvensiyalarına zidd addımlar atır”. APA xəbər verir ki, bu barədə Gəncədə səfərdə olan Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirilib. O qeyd edib ki, hadisə ilə bağlı insan hüquqları üzrə bütün beynəlxalq təşkilatlara və institutlara məlumat […]

Mövlud Çavuşoğlu: Ermənistanın etdiklərinə səssiz qalmaq bu cinayətlərə ortaq olmaq deməkdir

Ermənistan müharibə cinayəti törətməyə, mülki şəxsləri öldürməyə davam edir. Trend-in məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. M.Çavuşoğlu bildirib ki, Ermənistan uşaq-qadın demədən məsum insanları öldürür. Bu cinayətlərə səssiz qalmaq bu cinayətlərə ortaq olmaq deməkdir. İnsanlıqdan xəbəri olmayanlar bu cinayətlərin hesabını verəcək: “Can Azərbaycan daim yanındayıq”.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031