Ermənistan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna təhlükə yaradır

Türkiyənin İstanbul şəhərində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafına dair İşçi Qrupunun iclası işinə başlayıb. “Report” “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-yə istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvləri iştirakçılara sentyabrın 27-dən Ermənistan Silahlı Qüvvələrinin ölkəmizə qarşı hücumları, dinc sakinlərin həlak olmasına səbəb olan təxribatları barədə geniş məlumat veriblər. Diqqətə […]

Erməni polkovnik, “Qarabağ qəhrəmanı” məhv edildi – Foto

Azərbaycan Ordusu Qarabağda işğalçı ordunun batalyon komandiri, polkovnik, “Qarabağ qəhrəmanı” Ara Avaqyanı məhv edib. Axar.az xəbər verir ki, bu məlumat Ermənistan MN-in yaydığı itki siyahısında da təsdiqlənib. Qeyd edək ki, Avaqyan 1992-ci ildə Şuşa qalasının ələ keçirilməsində birbaşa iştirak edib. O, buna görə “Artsax qəhrəmanı” dırnaqarası adını alıb.

Şuşadan görüntülər yayıldı: Ermənilər şəhəri tərk edib – VİDEO

Azərbaycanın işğal altında olan torpağı Şuşadan görüntülər yayılıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Şuşada çəkilən görüntülərdə küçələrdə bir nəfər də olsa insan gözə dəymir. Ermənilər şəhəri tərk ediblər.

Vilayət Eyvazov generalı vəzifəsindən azad etdi

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi edilib. Oxu.Az-ın əldə etdiyi məlumatına görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi, polis general-mayoru Elşən Kazımov təqaüdə göndərilib. Hazırda onun vəzifəsi müavini, polis polkovniki Arzu Məmmədova həvalə edilib.

Ordumuz Qarabağda hara qədər irəliləyib? – YENİ XƏRİTƏ / VİDEO

Azərbaycan ordusu 27 sentyabrda əks-hücum əməliyyatlarına başlayandan bu günədək 3 şəhər, 3 qəsəbə, 135 kənd və Murovdağ zirvəsi daxil olmaqla, bir sıra strateji yüksəkliklər işğaldan azad edilib. Redaktor.az bununla bağlı son xəritəni təqdim edir:

“Futbol kralı” Pelenin 80 yaşı tamam oldu

Bu gün əfsanəvi braziliyalı futbolçu, üçqat dünya çempionu Pelenin 80 yaşı tamam olur. Qol.az xəbər verir ki, Pele futbolçu kimi üç dəfə (1958, 1962, 1970) dünya kubokunu qazanan yeganə futbolçudur. Eyni zamanda o, 1958-ci ildə dünya çempionatının ən yaxşı gənc futbolçusu və 1970-ci ildə mundialın ən yaxşı oyunçusu seçilib. Pele həmçinin, Qitələrarası kubokun və Libertadores […]

Ermənistanda yeni silahlar peyda olur – Düşmən durmadan silahlanır – FOTO

İyulda Tovuz döyüşlərindən sonra Ermənistanın qeyri-legitim şəkildə silahlanması daha intensiv xarakter aldı. Danışıqlar yolu ilə Dağlıq Qarabağ probleminin çözümünə razı olduqaları barədə açıqlamalar verərək Azərbaycanın başının altına yenə yastıq qoymaq istəyən rəsmi İrəvan gizli yollarla Ermənistana silah-sursat daşımağa başladı. Bunu Prezident İlham Əliyev hələ 10 gün öncə Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsi zamanı “Tovuz bölgəsində […]

Milli Qəhrəman Şükür Həmidovun adı Qubadlı rayonunda əbədiləşdiriləcək

Milli Qəhrəman Şükür Həmidovun adı doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda əbədiləşdiriləcək. Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışarkən deyib. Dövlət başçısı qeyd edib ki, Şükür Həmidov hələ Aprel döyüşləri zamanı göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

“WhatsApp”da yazışmaları qoruyacaq yeni funksiya işə salınacaq

“WhatsApp” messencerində tezliklə istifadəçi məlumatlarının məxfiliyi ilə əlaqəli yeni funksiya tətbiq olunacaq. “APA-Economics”in “WABetaInfo”ya istinadən verdiyi məlumata görə, söhbət sifət cizgilərinin tanınması sisteminin tətbiqindən gedir. Bənzər funksiya əvvəllər yalnız “FaceID”si olan “iOS” cihaz sahibləri üçün mövcud idi. Yeni funksiyanın nə zaman işə salınacağı barədə məlumat verilmir.

Prezidentin köməkçisi BMT TŞ-da Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar keçirilmiş müzakirələrlə bağlı açıqlama yayıb

“25 illik fasilədən sonra BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsinə dair 29 sentyabr və 19 oktyabrda müzakirələr keçirilib. Təəssüf hissi ilə qeyd etmək istərdik ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar 822, 853, 874 və 884 saylı dörd qətnaməsinin qəbul olmasına baxmayaraq, BMT TŞ-da Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar sonuncu müzakirələr 1995-ci ildə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031